Məhkəmə qərarları › İş №3(006)-394/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-394/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-394/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 2-ci ərazi X3 İdarəsinin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs Firması (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov, ev 62, mənzil 2, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Firmasına məxsus “AFCOM” yaşayış kompleksinin 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış obyektində xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş plandan kənar yanğın texniki müayinəsi zamanı yanğın xəbərverici qurğuların quraşdırılmaması müəyyən olunmuşdur. Məhkəmə iclasında Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 2-ci ərazi X3 İdarəsinin səlahiyyətli nümayəndəsi X2 verdiyi izahatında bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə Şəxs Firmasına məxsus Nəsimi rayonu, M.Qaşqay və Vlodislav Plotnikov 21a küçələrinin kəsişməsi ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində fəaliyyət göstərən Təzə Bazarda keçirilmiş plandan kənar yanğın-texniki müayinə zamanı yanğın xəbərverici qurğuların quraşdırılmaması aşkar olunmuşdur. Bundan sonra inzibati xətanın aşkar olunduğu gün MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolun qanuni və əsaslı olduğunu bildirərək müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxsə bildiriş göndərilsə də, həmin hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat təqdim edilməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Firması tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması halı tam sübuta yetirilir. Buna görə də hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 2-ci ərazi X3 İdarəsinin rəisi vəzifəsini icra edən İlqar Əsgərovun “Yanğıntexniki müayinənin aparılması haqqında” 1601 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, ünvan 3 ünvanında yerləşən Şəxs firmasına məxsus “AFCOM” yaşayış kompleksində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək plandan kənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 1601 saylı, xx xxxxxx 2021-ci il tarixli “yanğın-texniki müayinə” aktından və “yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” 1601 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Şəxs Firmasına məxsus “AFCOM” yaşayış kompleksinin 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış obyektində xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş plandan kənar yanğın texniki müayinəsi zamanı yanğın xəbərverici qurğuların quraşdırılmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs Firmasının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi Beləliklə, məhkəmə Şəxs Firmasının törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar