Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3942/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu Şəxs (FİN:xxxxxxx) barəsində Baş Dövlət X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP 3372666, xx.xx.2020-ci il tarixli, İXP ******* və İXP ******* saylı inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(006)-1700/2020, 3(006)-1716/2020 və xx.xx.2020-ci il tarixli, 3(006)-1738/2020 saylı qərardadları ilə həmin protokollar qanunvericiliyin tələblərinə tam riayət edilmədiyi üçün geri qaytarılmışdır. Hazırda həmin protokollar məhkəmənin qeyd olunan qərardadlarında göstərilən nöqsanların aradan qaldırıldığı əsas gətirilərək yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş portaldan çıxarışda inzibati xəta haqqında protokollarda qeyd olunan “xxxx” MMCyə məxsus “Nissan Sunny” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin xətaların törədildiyi vaxtlarda etibarnamə əsasında Şəxs tərəfindən idarə edildiyi qeyd olunmuşdur. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin yuxarıda sözügedən qərardadlarından da aydın olur ki, şirkət tərəfindən həmin avtomobili idarə etmək üçün Zamanlı Rüstəm Rövşən oğluna etibarnamə verilmişdir. Eyni zamanda barəsində icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında da inzibati xətaların törədildiyi zaman avtomobilin qardaşı tərəfindən idarə olunduğunu, bu barədə Dövlət Yol Polisi Şöbəsinə məlumat verilsə də, buna əhəmiyyət verilmədiyini, heç bir araşdırma aparılmadığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iş üzrə kifayət qədər araşdırma aparılmadığı, ziddiyyətli məqamlar aradan qalıdırılmadığından inzibati xəta haqqında protokollarda qeyd olunanları işə baxarkən tamamlamaq mümkün olmadığı üçün protokollar onu tərtib orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs (FİN:xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokollar ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3942/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3942/2020
24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver