Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3944/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1984-cü ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 1410, ev 31, mənzil 35-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 20.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir şəhər məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(051)-244/2020 saylı icra sənədinə əsasən 29.06.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq hər ay 120 manat sabit pul miqdarında alimentin və 30 manat məbləğində dövlət rüsumunun Şəxs tutularaq X2 verilməlidir. Lakin borclu öz üzərinə düşən vəzifələri icra etmir, aliment ödəməkdən qəsdən yayınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(051)-244/2020 saylı icra sənədinə əsasən 29.06.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin və 30 manat dövlət rüsumunun ondan tutularaq X2 verilməsi qərara alınmışdır. O, müxtəlif vaxtlarda aliment üzrə ödənişlər etmiş, lakin pandemiya dövründə yaranmış maddi çətinliklərlə bağlı 520 manat ödəniş borcu yaranmışdır. Lakin həmin borc üzrə ödənişləri etməkdən yayınmır və hissə-hissə ödənişləri etmək iqtidarındadır. Qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X4 izahat verərək bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(051)- 244/2020 saylı icra sənədinə əsasən 29.06.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq hər ay 120 manat sabit pul miqdarında alimentin və 30 manat məbləğində dövlət rüsumunun Şəxs tutularaq X2 verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası tam təmin edilməmişdir. İcra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilsə də, onun adına tələbin yönəldilə biləcək heç bir əmlak növü aşkar edilməmişdir. Borclu yaranmış aliment borcunu ödəməkdən yayınır. Bununla bağlı Şəxs icra şöbəsinə dəvət edilmiş, məsələ ilə bağlı bir neçə dəfə izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında protokol üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu Şəxs tərəfindən icra sənədi üzrə icranın təmin edilməsi məqsədilə hərəkətlər edilir və tələbkara aliment pulu ödənilir. İş materiallarında olan Mingəçevir şəhər məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(051)-244/2020 saylı icra sənədindən görünür ki, 29.06.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq hər ay 120 manat sabit pul miqdarında alimentin və 30 manat məbləğində dövlət rüsumunun Şəxs tutularaq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” 02.03.2020-ci il tarixli qərardan, “könüllü icra barədə” 02.03.2020-ci il tarixli bildirişdən görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən 02.03.2020-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş və həmin qərar üzrə tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs tərəfindən müxtəlif vaxtlarda aliment borcu üzrə ödənişlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3944/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3944/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver