Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3945/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X15 tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “X20 haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X6 11 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “X20 haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və kimya” X13 X1 1000 manat məbləğində “X20 Haqqında” Qərarı ilə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan qaydada) - İnzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən” Qərar qəbul edilmişdir. Qeyd olunan bədbəxt hadisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər idarəsinin əməkdaşları ilə şifahi və yazılı əlaqə saxlanılmış və bildirilmişdir ki, baş verən bu hadisənin istehsalatla heç bir əlaqəsi yoxdur. İnzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevin 11 iyun 2025-ci il tarixli, MN ******* saylı Qərarı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Unversiteti “Neftin, qazın geotexnoloji problemləri və kimya” X13 X1 1000 manat məbləğində “X20 Haqqında” Qərarını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq edir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində də nəzərdə tutulur ki, bu növ bədbəxt hadisələr istehalatla bağı olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Bir daha bildirir ki, qeyd olunan bu hadisə istehsalatda baş verməmiş, istehsalatla əlaqəsi yoxdur. İnzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin Rəis müavini Sadiq Əliyevin bunu təsdiq edən hər hansı bir sübutu varsa mhkəməyə təqdim etsin və öz Qərarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində nəzərdə tutulan qaydada sübut etsin. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Onların tərəfindən isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində nəzərdə tutulan qaydada qeyd olunan bədbəxt hadisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər idarəsinin əməkdaşları ilə şifahi və yazılı əlaqə saxlanılmış və bildirilmişdir ki, baş verən bu hadisənin istehsalatla heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin 29 May 2025-ci il tarixli, 3-17-5/2- 49308/2025 saylı bildirişində olan və təqribən eyni məzmunda olan suallar barədə də onların tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin 27 Fevral 2025-ci il tarixli, 3-17-5/2- 17827/2025 saylı məktubda əsaslı cavab verilmişdir. Bununla əlaqədar bu bildirişdə və əvvəllər cavabdeh tərəfindən imzalanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Unversiteti “Neftin, qazın geotexnoloji problemləri və kimya” X10 göndərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin 27 Fevral 2025-ci il tarixli, 3-17-5/2- 17827/2025 saylı məktubu da onların tərəfindən müvafiq qaydada araşdırılmış və əsaslandırılmış cavab verilmişdir ki, onların təşkilatın bu hadisə ilə əlaqədar heç bir əlaqəsi yoxdur. Məhkəməyə ilk olaraq onu bildirmək istəyir ki, X3 Həsən-Zadə ilə əlaqədar baş vermiş hadisə və ya bədəxt hadisə nə istehsalatla bağlıdır, nə də müəssisə ilə əlaqədar hər hansı bir əmək funksiyasını və ya əmək vəzifələrinin verinə yetirilməsi ilə əlaqədar deyildir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Unversiteti “Neftin, qazın geotexnoloji problemləri və kimya” X8 xx.xx.2025-ci il tarixində X3 Həsən- Zadə ilə əlaqədar bas vermiş hadisə və ya bədəxt hadisə olmamış və qeydə alınmamışdır. Baş veribsə də bu istehsalatla əlaqədar olmamışdır. Qeyd olunan əsaslardan da onların tərəfindən olmayan və ya onlara aidiyyatı olmayan bədbəxt hadisə ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə məlumat verilməmişdir. Belə ki, qeyd olunan şəxslə baş vermiş hadisə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Unversiteti “Neftin, qazın geotexnoloji problemləri və kimya” X9 ərazisində deyil, inzibati binasında baş verməmiş, ona yaxın bir ərazidə baş vermişdir. İş yerində bədbəxt hadisə nəticəsində əmək xəsarətı aldığını bildirən X3 Həsən-Zadə hesab edir ki, baş vermiş bədbəxt hadisə iş yerində baş vermişdir. Bildirmək istəyir ki, 21 fevral 2025-ci ildə nə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və kimya” X8, nə onun ərazisi və ya inzibati binasında və ya binanın girişində hər hansı bir bədbəxt hadisə baş verməmişdir. Hər hansı bir bədbəxt hadisə və ya işçilərin sağlamlığı ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və kimya” X18 tərəfindən Təcili Tibbi yardıma müraciət edilməmişdir. Belə ki, ümumiyyətlə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və kimya” X9 iş yerinin - əsas qapısı, işçilərin iş yerinə gəlib getməsi və ya inzibati əraziyə daxil olması - ünvan 1 ünvanda və ya giriş qapısında da hər hansı bir bədbəxt hadisə baş verməmiş və ya hər hansı bir bədbəxt hadisə və ya işçilərin sağlamlığı ilə əlaqədar Təcili Tibbi yardıma müraciət edilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və kimya” X18 üçün maraqlıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin hansı marağı vardır ki, bizim İnstitutun ərazisində və binasında olmayan, şəhər ərazisində baş verən bədbəxt hadisəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının" 1.2-ci maddəsinin tələblərini açıq şəkildə pozaraq bu bədbəxt hadisənin İnstitutun ərazisində olduğunu və ya istehsalatla bağlı olmasını sübut etməyə çalışır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının" 1.2-ci maddəsinə əsasən işçilərin səhhətinin pozulması əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, Müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində, keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə, istehsal avadanlıqları və obyektlərində qəza zamanı, növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt, işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə, işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt, əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə, əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı təhqiq edilməlidir. Bir daha qeyd edirik ki, X3 Həsən-Zadə ilə baş vermiş hadisə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş "istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının" 1.2-ci maddəsinə uyğun deyildir. Belə ki, ehtimal olunan bu hadisə nə iş vaxtı, nə də instutun ərazisində, nə də istehsalatla əlaqəli hər hansı bir vəzifəni yerinə yetirərkən baş verib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 İyul 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Bu hadisənin istehsalatla əlaqədar olmadığını mühafizəçi vəzifəsində işləyən Tərlan Vəzirovanın izahatı da təsdiq edir. Bu İzahat da müvafiq qaydada cavabdehə və məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq bildirir ki, X3 Həsən-Zadə 21 Sentyabr 2021-ci il tarixindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və kimya” X14 “X25” vəzifəsində işləyir. Onunla bağlanmış sonuncu Əmək müaviləsi müddətli Əmək müqaviləsidi və müddəti 2025-ci ilin may ayının 14-ü tarixində bitmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 11 iyun 2025-ci il tarixli X20 haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X17 verilmiş şikayətin təmin edilməməsini və Bakı şəhər İdarəsinin rəis müavini X15 tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “X20 haqqında” qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayətçi gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, MN ******* saylı X20 haqqında qərara əsasən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və kimya” X19 işçisi X3 Həsən-Zadənin xx.xx.2025-ci il tarixində iş yerinə gələrkən, iş yerinin inzibati binasında xəsarət alması ilə nəticələnən bədbəxt hadisə barədə həmin institutun direktoru X16 tərəfindən DƏMX-nə hadisə günü məlumat verməmişdir. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi üzrə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir; Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını tədqiq edib belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1 hissəsinə uyğun olaraq işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X12 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X12 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3). Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və kimya” X14 işləyən X3 Həsən-Zadənin xx.xx.2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermiş və bu hadisə barədə həmin institutun direktoru X16 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə onun araşdırılması üçün vaxtında məlumat vermədiyinə görə Xidmətin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi üzrə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir. Yuxarıda sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən bədbəxt hadisələrin araşdırılması üçün məlumat verilməli dövlət orqanının iş vaxtının olub-olmamasından asılı olmayaraq belə məlumat dərhal həmin hadisə baş verən günü telefonla, teleqrafla və ya elektron formada verilməli idi. Buna görə də, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və kimya” X13 direktoru X5 hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 555.1ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində düzgün olaraq həmin maddə üzrə X20 haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və kimya” X13 direktoru X5 hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 555.1ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində düzgün olaraq həmin maddə üzrə X20 haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən X20k haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə X20k haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli X20 haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3945/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3945/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver