Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3950/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-nin rəhbəri işləyən, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic küçəsi, dalan 1, ev 5-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, e-2-2(113)- 334/2024 saylı, həmin məhkəmənin 15 aprel 2024-cü il tarixli, e-2-2(113)-1631/2024 saylı və həmin məhkəmənin 01 dekabr 2023-cü il tarixli, e-2-2(113)-5136/2023 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, e-2-2(113)-334/2024 saylı, həmin məhkəmənin 15 aprel 2024-cü il tarixli, e-2-2(113)-1631/2024 saylı və həmin məhkəmənin 01 dekabr 2023-cü il tarixli, e-2-2(113)- 5136/2023 saylı icra sənədlərindən xəbəri olsa da, həmin icra sənədləri üzrə ödənişləri tam olaraq ödəyə bilməmişdir. Lakin vaxt verilərsə, hissə-hissə icra sənədləri üzrə öhdəliklərini yerinə yetirəcəkdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, e-2-2(113)-334/2024 saylı, həmin məhkəmənin 15 aprel 2024-cü il tarixli, e-2- 2(113)-1631/2024 saylı və həmin məhkəmənin 01 dekabr 2023-cü il tarixli, e-2-2(113)- 5136/2023 saylı icra sənədləri icraata qəbul olunduqdan sonra qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədləri üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarların surəti bildirişlərlə bərabər borclu "xxxx" MMC-nin icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarların surətini və bildirişləri qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra sənədləri üzrə öhdəliyin tam olaraq yerinə yetirilməsi mümkün olmamışdır. Hal-hazırda tələbkarlar məhkəmə qərarının tam olaraq icra edilməsini tələb edir. Borclu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Bakı Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, e-2-2(113)- 334/2024 saylı, həmin məhkəmənin 15 aprel 2024-cü il tarixli, e-2-2(113)-1631/2024 saylı və həmin məhkəmənin 01 dekabr 2023-cü il tarixli, e-2-2(113)-5136/2023 icra vərəqələrinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, e-2-2(113)-334/2024 saylı icra vərəqəsinə əsasən ”Techeye Group” Məhdud Məsliyyətli Cəmiyyətindən 62250 manat əsas borc, mediyasiya xərci kimi ödənilmiş 400 manat cəmi 62650 manat məbləğində vəsaitin tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qərar qəbul edilmişdir. Bundan başqa, Bakı Kommersiya Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, e-2- 2(113)-1631/2024 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 38076,18 manat əsas borc, 5751,81 manat ƏDV məbləği, 1460,92 manat faiz məbləği, dövlət rüsmunun əvəzi olaraq 227,50 manat, vəkil xərcinin əvəzi olaraq 500 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilmişdir. Bundan başqa, Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e-2- 2(113)-5136/2023 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-dən 7275,01 manat əsas borc, 350 manat dəbbə pulu, ödənilmiş 100 manat dövlət rüsumu, 150 manat hüquqi yardımla bağlı xərc, ümumilikdə 7875,01 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” qərarlardan, “tələbin könüllü icrası haqqında” bildirişlərdən görünür ki, icra işi ilə əlaqədar icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya göndərilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3950/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3950/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver