Məhkəmə qərarları › İş №3(006)-3952/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3952/2021

28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3952/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Qərarından şikayət verilən orqan: Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakları ilə X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 14.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 14.11.2021-ci il tarixdə Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində BNA ******* saylı elektron protokol tərtib olunmuşdur. O, 23.11.2021-ci il tarixdə bu orqana müraciət edərək protokolda qeyd olunan nəqliyyat vasitəsinin idarə etmədiyini, eləcə də protokolun qanunsuz tərtib olunduğunu bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələri əsasında olan pozuntuya görə elektron protokol tərtib oluna bilər. Bakı Nəqliyyat Agentliyi 30.11.2021-ci il tarixli cavab məktubunda iş üzrə icraatın İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsi ilə deyil, həmin Məcəllənin 124.5 və 124.6-cı maddələri üzrə aparıldığını yazmışdır. Elektron protokolda kameranın nömrəsi qeyd olunsa da, məktubda pozuntunun kamera ilə çəkilmədiyi göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 124.5 və 124.6-cı maddələrinə görə dayanma-durma zamanı sürücü nəqliyyat vasitəsinin yanında olmayanda inzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunur. Göründüyü kimi, sürücünün nəqliyyat vasitəsinin yanında və ya içərisində olmağı məlum deyil və bu bort-kompyuter vasitəsilə çəkilməyib. Bundan əlavə o, avtomobili onun tərəfindən idarə olunmadığını bildirsə də, ona gülməli cavab yazıblar. Göstərilənləri nəzərə alaraq 14.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X3 izahatında göstərdi ki, X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan Bakı Nəqliyyat Agentliyinin 14 noyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, V.Bayramov idarə etdiyi “Nissan Sunny” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 14 noyabr 2021-ci il tarixdə, saat 10:34:17-10:35:34 aralığında Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsində dayanacaq meydançasında, 1.17 nişanlanma xəttinin üzərində saxlamışdır. İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə məsuliyyət nəzərdə tutur. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin həmin Məcəllənin 346.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Bundan əlavə qeyd edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsinin tələbləri əsasında deyil, 124.5-ci və 124.6-cı maddələrinə uyğun aparılır. Həmin maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı Agentlik tərəfindən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və əməkdaşlar tərəfindən kameralar vasitəsilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 06.07.2018-ci il tarixli, 181 saylı Fərmanına da uyğundur. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Bununla belə həmin maddə İnzibati Xətalar Məcəlləsinin digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə təkcə 122.1-ci maddədə göstərilən deyil, həmçinin İnzibati Xətalar Məcəlləsinin xüsusi hissəsi üzrə digər maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisələri aşkar edilərək inzibati iş üzrə icraata başlanıla bilir. Digər tərəfdən həmin Məcəllənin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və video materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Qeyd olunan Məcəllənin 80.2-ci maddəsinə görə fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Eyni zamanda V.Bayramov Bakı Nəqliyyat Agentliyinə müraciə edərək nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilmədiyini göstərsə də, bu avtomobilin konkret olaraq digər hansı şəxsin idarə etməsi barədə heç bir məlumat verməmişdir. Bununla bağlı qanunvericiliyin tələbi onun diqqətinə çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxsə rəsmi məlumat verilsə də, şikayətçi tələbə olduğu üçün prosesdə iştirak edə bilməyəcəyinə dair məhkəməyə rəsmi məlumat vermiş, eyni zamanda iclasın təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan:  Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 14.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 “Nissan Sunny” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 14.11.2021-ci il tarixdə, saat 10:35:35-də Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında dayandığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir;  Bakı Nəqliyyat Agentliyinin internet portalından olan fotoşəkildən görünür ki, 14.11.2021-ci il tarixdə, saat 10:34:17-10:35:34 aralığında “Nissan Sunny” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında dayanıb. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X6 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29cu bəndinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi vəya düşməsi, yaxud yüklərin yığılmasıvəya boşaldılmasıüçün zəruri olan vaxtərzindənəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətəgətirilməsidir. Həmin Qanunun 69-cu maddəsinin Vİ hissəsinə əsasən 1.17 üfiqi nişanlanma xətti ümumi istifadədəolan nəqliyyat vasitələrinin dayanacaqlarınıvətaksi duracaqlarınıgöstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin:  124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xətatörətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir;  124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə müəyyən edilir ki, X5 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 14.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 “Nissan Sunny” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 14.11.2021-ci il tarixdə, saat 10:35:35-də Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında dayandığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. V.Bayramov həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu və iş üzrə icraatın qanunvericiliyin tələblərinə uyğun aparılmadığını iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin işdə olan fotogörüntüdən aydın olur ki, 14.11.2021-ci il tarixdə, saat 10:34:17- 10:35:34 aralığında “Nissan Sunny” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında dayanıb. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, V.Bayramov iş üzrə inzibati icraatın aparılması qaydasının qanuniliyini mübahisələndirsə də, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla onun tərəfindən xətanın törədilməsi faktı aşkar edilmiş və barəsində olan inzibati tənbeh vermə haqqında qərar müvafiq qaydada aidiyyəti informasiya sistemində yerləşdirilmişdir. Bununla da görünür ki, X5 Bakı Nəqliyyat Agentliyi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda V.Bayramov həmin nəqliyyat vasitəsinin qeyd olunan vaxtda idarə etmədiyini bildirsə də, məhkəməyə bu avtomobilin dəqiq olaraq başqa hansı şəxs tərəfindən idarə olunmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 14.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar