Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3954/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 14.09.2021-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi «Göy» məscidin yanında Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilərək verdiyi izahatında bildirmişdir ki, 14.09.2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi “Göy” məscidin yaxınlığında olan “Bravo” marketin yanında özünə məxsus “Nissan” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobildə əvvəldən tanıdığı bir qadınla söhbət edən zaman orta yaşlarında bir nəfər şəxs onun avtomobilinə yaxınlaşmış, o, həmin şəxsin orada dayanmış “Hyundai” markalı avtomobilin sahibi olduğunu və cibindən avtomobilin açarını çıxartmaq istədiyini düşünmüşdür. Lakin, həmin şəxsin gündəlik tələbatını ödədəyini görmüş və dərhal yan pəncərəsini bağlamışdır. O, əsəbləşdiyindən avtomobilindən düşərək həmin şəxsin arxası ilə getmiş və arxa tərəfdən “ay kişi nə edirsən” sualını vermişdir. Həmin şəxs ona yaxınlaşan zaman onu vuraraq yerə yıxmışdır. O, yerdə olan həmin şəxsin yaxasından tutaraq nə üçün ictimai yerdə gündəlik tələbatını ödəməsinin səbəbini soruşmuşdur. Həmin şəxs onları görmədiyini bildirərək ondan üzr istəmişdir. Bundan sonra həmin şəxs yerdən qalxaraq bir neçə dəqiqə onunla söhbət etmiş, daha sonra görüşərək oradan getmişdir. O, avtomobillə gedən zaman həmin şəxs yenidən ona yaxınlaşaraq ondan avtomobildən enməsini istəmişdir. O, avtomobildən yerə düşmüş, həmin şəxs özünə məxsus “Xiomi” markalı mobil telefonun yıxılan zaman zədələndiyini demişdir. O, isə bunu qəsdən etmədiyini, aralarında baş vermiş mübahisə zamanı olduğunu demişdir. Həmin şəxs ondan telefonun düzəldilməsini tələb etmişdir. O, həmin şəxsə telefonu düzəltməyəcəyini demiş və avtomobildən uzaqlaşaraq oradan getmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 14.09.2021-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi Göy” məscidin yanında olan zaman gündəlik tələbatını ödəmək üçün ara küçəyə girmiş və tələbatını ödədikdən sonra oradan uzaqlaşmaq istədikdə tanımadığı şəxs ona arxadan yaxınlaşaraq zərbə endirmişdir. O,zərbədən yerə yıxılmışdır. Həmin şəxs onu yerdə olan zamanda vuraraq nalayiq ifadələrlə təhqir etmişdir. O, həmin şəxsdən nə üçün onu döydüyünü soruşduqda, həmin şəxs təbii ehtiyacını ödəyən zaman avtomobilində ailə üzvlərinin olduğunu demişdir. O, həmin şəxsdən etdiyi hərəkətə görə üzr istəmişdir. Bundan sonra həmin şəxslə normal görüşüb ayrılmışdır. O, cibində olan “Xiomi Note 5” markalı mobil telefonuna baxan zaman telefonun yıxılan zaman zədələndiyi görmüş və yenidən onu döyən şəxsin idarə etdiyi “Nissan” markalı avtomobiliə yaxınlaşaraq telefonu həmin şəxsə göstərərək ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Lakin həmin şəxs ona sərt cavab verərək oradan getmişdir. O, evə getdikdən sonra əynində olan gödəkçənin və şalvarının yararsız vəziyyətə salındığını aşkar etmişdir. O, Şəxs Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək şikayətçi olmuşdur. Hazırda barəsində inzibati qaydada icraat aparılan şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhəri, Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş təhqiqatçısı Nicat Sadıqov tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə 11 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübi və Tədris Birliyi»nin canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 31.05.2021-ci il tarixli, 285 saylı rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs sol gözün üst qapağının qançırı müəyyən edilmişdir. Bu xəsarət bərk küt (küt kənarlı) əşyanın təsirindən əmələ gəlmişdir, yəni 29 may 2021-ci il tarixə uyğun gələ bilər və drəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X1» X3 sağlamlığa zərər vurmanın təyininə dair ekspertizasının 30.09.2021-ci il tarixli, 846 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 14.09.2021-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin insan bədəni hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, həmçinin şəxsin öz boyu hündürlüyündən surətləndirmiş yıxılması zamanı yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məhkəməyə 22.12.2021-ci il tarixdə ərizə ilə müraciət edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsla barışdığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim edilən ərizəni və inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3954/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3954/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver