Məhkəmə qərarları › İş №3(006)-396/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-396/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-396/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində icraat aparılan şəxsin X1 vəkili: iştirakları ilə xx.xx.1983-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 06-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs xx.xx.2019-cu il tarixdə, saat 00:15 radələrində Xaçmaz şəhəri, Bakı prospektində “LEXUS LX570” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili izahatında bildirdi ki, Şəxs xx xxxxxx 2019-cu ildə, saat 00:15 radələrində Xaçmaz şəhəri, Bakı prospektində restoranlardan birində spirtli içki qəbul etdikdən sonra həmin restorandan çıxaraq özünə məxsus “Lexus LX570” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün sürücüsünü çağırmışdır. Lakin bu vaxt yol patrul xidməti əməkdaşları ona yaxınlaşaraq avtomobili sərxoş vəziyyətdə idarə etdiyini və barəsində protokol tərtib ediləcəyini bildirmişlər. Şəxs isə sərxoş vəziyyətdə avtomobil idarə etmədiyini, avtomobildə əyləşərək sürücüsünü gözlədiyini söyləsə də, polis əməkdaşları onun dediyinə məhəl qoymayaraq içkili olduğunu demişlər. O isə bununla razılaşmayaraq onlarla mübahisə etmiş, lakin yol patrul xidməti əməkdaşları ona mübahisəni davam etdirəcəyi təqdirdə post patrul xidmətini çağıracaqlarını bildirmişlər. Şəxs da mübahisənin daha da artacağından qorxub sürücülük vəsiqəsini onlara təqdim etmişdir. Daha sonra polis əməkdaşları ona narahat olmamağı deyib ona yola slmışlar. Bir müddət sonra Şəxs polis şöbəsinə gedib baş vermiş hadisə barədə maraqlananda, ona işin məhkəməyə göndərildiyini demişlər. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan:  “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol”a əsasən xx.xx.2019-cu il tarixdə, saat 00:15 radələrində Şəxs spirtli içki qəbul etməsi müəyyən edilmişdir;  xx.xx.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2019-cu il tarixdə, saat 00:15 radələrində Xaçmaz şəhəri, Bakı prospektində “LEXUS LX570” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etmiş, protokolda Şəxs bir daha içkili vəziyyətdə avtomobil idarə etməyəcəyinə dair qeyd aparmışdır;  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(006)-80/2020 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir;  Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-502/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət X5 Yol-patrul xidmətinin əməkdaşı X3 tərəfindən apelyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılaraq, hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılmışdır;  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(006)-80/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır;  Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1223/2020 saylı qərarına əsasən Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(006)-80/2020 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir;  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir;  Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv olunaraq iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təqdim edilmiş sənədlərlə və ya əlavə sübutlarla təsdiq edilmir. Belə ki, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas yalnız “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək” haqqında xx.xx.2019-cu il tarixli protokol və protokolda qeyd edilən “Alcovisor-ACE Zseries” markalı AZ 817 nömrəli sərxoşluq vəziyyətini müəyyən edən xüsusi texniki vasitəyə aid olması ehtimal edilən sənəd olmuşdur. Lakin xüsusi texniki vasitədən olan çıxarışdan şəxsin sərxoşluq vəziyyətinin məhz qeyd olunan avadanlıq vasitəsilə müəyyən edilməsini aydınlaşdırmaq mümkün olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir.Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Qeyd olunan Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. İş materiallarında qanunvericliyin yuxarıda göstərilən tələblərinə də əməl olunmasına dair heç bir sübüt yoxdur. Göründüyü kimi, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə icraat aparılarkən qəbul edilmiş qərar üçün əsas olan məqamlar qanunvericiliyin tələb etdiyi çərçivədə hərəkətlər edilmədən həyata keçirilmişdir ki, bu hal isə sərxoşluq hallarının müəyyən edilməsi prosesinin obyektiv və qərəzsiz şəkildə aparılmasını şübhə altına alır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərədən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi hadisəsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar