Məhkəmə qərarları › İş №3(006)-3968/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3968/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3968/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 2-ci ərazi X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 2-ci ərazi X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası FHN-nin DYNX-nin əməkdaşları tərəfindən onun iştirakı olmadan Nizami küçəsi-129B ünvanda barəsində inzibati protokol tərtib edilmişdir. Protokol əsasında çıxarılmış qərara əsasən guya obyekt odsöndürən balonlarla təmin olunmamışdır. Obyekt odsöndürən balonlarla təmin olunsa da onun barəsində 350 manat inzibati cərimə edilməsinə dair protokol tərtib edilmişdir. Eyni zamanda 15 iyun 2023-cü il tarixli 03 saylı yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin təyin olunması barədə “Everton” firmasının əmrində cavabdeh şəxs başqa adam olduğundan onun barəsində təyin olunmuş 350 manat cərimə cəzası ilə bağlı qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 2-ci ərazi X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 2-ci ərazi X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 2-ci ərazi X8 İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən binada yanğın-texniki müayinə keçirilən zaman YTQ-nın 10.3-10.4-cü bəndlərinin pozulması aşkar edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixdə X5 İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 350 manat məbləğində cərimə edilmişdir. Buna görə də inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 2-ci ərazi X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 350 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 15 iyun 2023-cü il tarixli 03 saylı yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin təyin olunması barədə “Everton” firmasının əmrinə əsasən 1. Bütövlükdə firmanın işçiləri tərəfindən yanğın təhlukəsizliyi tələblərinə riayyət edilməsinə, yanğın təhlükəsizliyi üzrə işçilərin biliklərinin artırılmasına, yanğına qarşı təhlükəsizlik təlimatlarının hazırlanmasına və bu təlimatlarla işçilərin təlimatlandırılmasına və firmanın struktur bölmələrində yanğına qarşı vəziyyətin yoxlanılmasına, SƏTƏM mühəndisi A.B.Hüseynov cavabdeh şəxs təyin edilmişdir. 2. Firmanın və onun struktur bölmələrində yanğın təhlukəsizliyi tələblərinə və yanğına qarşı rejim qaydalarına riayyət edilməsi ilə əlaqədar, struktur bölmələrdə ilkin yanğınsöndürmə üçün nəzərdə tutulan yanğın şitlərinə, yanğın hidrantlarına, və yanğın kranlarına nəzarət olunması və qorunması məqsədi ilə aşağıda adları göstərilən rəhbər və vəzifəli şəxslərin yazılı razılığı alındıqdan sonra yerlərdə yanğına qarşı cavabdeh şəxslər təyin edilmişlər. 3. Firmanın “Eurohome” tikinti materialları satışı mərkəzinin yanğına qarşı vəziyyətinə cavabdeh direktor Etibar Əliyev təyin edilmişdir. 4. Firmanın “AF HOTEL AKUA PARK”nın yanğına qarşı vəziyyətinə cavabdeh direktor Sevinc Rəşidova təyin edilmişdir. 5. Firmanın anbar sahələrinin yanğına qarşı vəziyyətinə cavabdeh Fətullayev Sənan təyin edilmişdir. 6. Firmanın “AF MALL” ticarət mərkəzinin yanğına qarşı vəziyyətinə cavabdeh direktor Lamiyə Süleymanova təyin edilmişdir. 7. Firmanın “AF Busines House” ticarət mərkəzinin yanğına qarşı vəziyyətinə cavabdeh direktor İnara Faradova təyin edilmişdir. 8. Firmanın struktur bölmələrində elektrtik təsərrüfatına cavabdehlik hər struktur bölmənin ştat cədvəli üzrə elektrikləri cavabdehlik daşıyır. 8. Firmanın struktur bölmələrində icarə müqaviləsi əsasında icarəyə verilən tikinti materialları istehsalı və satışı mağazalarının, ictimai iaşə müəssisələrinin və digər obyektlərin fiziki və hüquqi şəxsləri, icarəyə götürdükləri sahələrdə yanğına qarşı cavabdeh şəxs təyin olunmuşlar. Bu əmrin 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı bəndlərində adları göstərilən əməkdaşların borcudur: - Təhkim olunmuş binalarda işçi personalı tərəfindən Yanğın Təhlükəsizliyi qaydalarına riayyət edilməsinə nəzarət etmək. -Təhkim olunmuş binalarda mövcüd yanğın avtomatikasına, yanğın şitlərinin, odsöndürən balonların və yanğın kranlarının adi şəkildə qeydiyyatını aparmaq və onların texniki sazlığına, istifadəyə yararlı olmasına nəzarət etmək.

8. X9 küçəsi - 34 ünvanda yerləşən yaşayış binasında mövcud avtomatik yanğınsöndürən “SPRİNKLER” quğusunun və yanğın xəbər verən siqnalizasiya qurğusunun, tüstü sovurma və təmiz hava vurma sistemlərinin texniki vəziyyətinin sazlığına cavabdeh komendant X6 təyin edilmişdir.

9. İnsan resursları şöbəsinə tapşırılmışdır ki, əmr aidiyyatı üzrə elan edilsin.

10. Bu əmrin icrasına nəzarət direktor M.A.Babayev tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 536.1-ci maddəsinə əsasən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə - fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 10.3-10.4-cü bəndinə əsasən yanğınsöndürmə məqsədi ilə uyğunlaşdırılmış (yenidən təchiz edilmiş) hər bir yanğın motopompasına xüsusi hazırlıq keçmiş motorçu (sürücü) təhkim olunmalıdır. Müəssisələrdə yanğın motopompalarının yanğın yerinə gətirilmə qaydaları müəyyən edilməlidir. Otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidirlər. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X5 yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməsi qaydalarını pozmadığını və obyektin odsöndürən balonlarla təmin olunduğunu bildirmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 2-ci ərazi X8 İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən binada yanğın-texniki müayinə keçirilən zaman YTQ-nın 10.1-10.4-cü bəndlərinin pozulması aşkar edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixdə X5 İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 350 manat məbləğində cərimə edilmişdir. Halbuki, X1 rayonu, Nizami küçəsi 129B ünvanında yerləşən binada yanğın təhlükəsizlik qaydalarına məsul şəxs olmamış, əksinə o, 15 iyun 2023-cü il tarixli 03 saylı yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin təyin olunması barədə “Everton” firmasının əmrinin 1-ci bəndinə əsasən bütövlükdə firmanın işçiləri tərəfindən yanğın təhlukəsizliyi tələblərinə riayət edilməsinə, yanğın təhlükəsizliyi üzrə işçilərin biliklərinin artırılmasına, yanğına qarşı təhlükəsizlik təlimatlarının hazırlanmasına və bu təlimatlarla işçilərin təlimatlandırılmasına cavabdeh şəxs olmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 2-ci ərazi X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 2-ci ərazi X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar