Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-397/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Ləğv prosesində olan Şəxs ASC-nin ləğvedicisi olan Əmanətlərin sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Ləğv prosesində olan Şəxs ASC-nin ləğvedicisi olan Əmanətlərin sığortalanması Fondunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan Şəxs ASC-nin ləğvedicisi olan Əmanətlərin sığortalanması Fondunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Ləğv prosesində olan Şəxs ASC-nin ləğvedicisi olan Əmanətlərin sığortalanması Fondu “Hyundai Tucson” minik markalı, **-AL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxx 2020-ci il tarixdə, saat 14:20-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ləğv prosesində olan Şəxs ASC-nin ləğvedicisi olan Əmanətlərin sığortalanması Fondunun nümayəndəsi F.E.Abbasov bildirmişdir ki, DPX-nin sorğusu Ləğv prosesində olan ASC-nin ləğvedicisi olan Əmanətlərin sığortalanması Fonduna təqdim edilməmişdir. Belə ki, poçt xəbərnaməsinə imza ataraq sorğunu qəbul edən “xxxx” adlı Şəxs ASC-nin ləğvedicisi olan Əmanətlərin sığortalanması Fondunun əməkdaşı yoxdur. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Yasamal RPİ-nə ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ləğv prosesində olan Şəxs ASC-nin ləğvedicisi olan Əmanətlərin sığortalanması Fondunun barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin Ləğv prosesində olan Şəxs ASC-nin ləğvedicisi olan Əmanətlərin sığortalanması Fonduna ünvanladığı xx xxxx 2020-ci il tarixli sorğudan görünür ki, həmin ASC-nin mülkiyyətində olan “Hyundai Tucson” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxx 2020-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin sorğu xx xxxx 2020-ci il tarixdə “xxxx” adlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Ləğv prosesində olan Şəxs ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun şikayəti qismən təmin edilmiş, Şəxs ASC-nin İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları hərtərəfli, tam və obyektiv araşdırılması üçün birici instansiya məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, Şəxs ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fonduna Şəxs ASC-nin ləğvedicisi təyin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamasına icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Ləğv prosesində olan Şəxs ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, DPX-nin sorğusu Ləğv prosesində olan ASC-nin ləğvedicisi olan Əmanətlərin sığortalanması Fonduna təqdim edilməmiş, poçt xəbərnaməsinə imza ataraq sorğunu qəbul edən “xxxx” adlı Şəxs ASC-nin ləğvedicisi olan Əmanətlərin sığortalanması Fondunun əməkdaşı olmamışdır. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, məhkəmə iclasında isə müəyyən edilmişdir ki, Ləğv prosesində olan Şəxs ASC-nin əməkdaşı heç bir sorğu qəbul etməmiş, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan, ASC-nin ünvanına göndərilmiş bildirişdən məlumatı olmamışdır. Həmçinin, poçt göndərişlərinin izlənilməsi ilə bağlı xəbərnamədə qeyd edilmiş şəxs “xxxx” adlı şəxs ASC-də fəaliyyət göstərməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Ləğv prosesində olan Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ləğv prosesində olan Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-397/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-397/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver