Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3971/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında X2 iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, ev 31A, mənzil 35-də qeydiyyatda olan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində idarə etdiyi “X13” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ilə hərəkət edib Ə.Quliyev küçəsinin kəsişməsiə çatıb dayanmadan yolayrıcına daxil olaraq sağ tərəfdən Ə.Quliyev küçəsi ilə hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi “X10” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti, onun idarə etdiyi avtomobildə olan sərnişin X6 isə az ağır dərəcəli bədən xəsarəti almışdır. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda X2 əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatında bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ilə üzü “Qış parkı” istiqamətində hərəkət etmişdir. Həmin vaxt hərəkət etdiyi küçənin baş yol olduğunu zənn edib Ə.Quliyev küçəsinin kəsişməsində dayanmadan yolayrıcına daxil olaraq sağ tərəfdən Ə.Quliyev küçəsi ilə hərəkətdə olan “X10” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində idarəetməni itirmiş və avtomobil yolun sol kənarında səkinin üzərinə çıxmışdır. Hadisə nəticəsində “X10” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və onun yanında olan bir nəfər qadın sərnişin xəsarət almışdır. Onun tərəfindən vurulmuş zərər qarşılanmış, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri yoxdur. Eyni zamanda təhqiqatçı tərəfindən ona işə xitam verildiyi bildirilmişdir. Buna görə də məsələyə hazırda məhkəmədə baxılması ona aydın deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət X12 nümayəndəsi və zərər çəkmiş şəxs gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Dövlət X12 polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə X3 idarə etdiyi “X13” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə X5 az ağır dərəcəli bədən xəsarəti yetirmiş və buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdırıb hesab edir ki, protokolda zərər çəkmiş şəxs və sağlamlığa vurulan zərərin dərəcəsi düzgün göstərilmədiyindən və bununla da inzibati xəta haqqında protokola baxılarkən işi tamamlamaq mümkün olmadığından, protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Bu Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3971/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3971/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver