Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-398/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08.01.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən olunmuşdur ki, Şəxs 08.01.2022-ci il tarixdə, saat 00:30-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Koala parkın yanında “Volkswagen Jetta” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, o, 07 yanvar 2022-ci il tarixində ailə üzvləri ilə yolda olarkən, DYP patrul xidmətinin YP323 DQN-lı avtomobilinin əməkaşları tərəfindən saxlanılaraq sonuncu tərəfindən işlək vəziyyətdə olmayan arxa işıq cihazının olduğu bildirmiş, o, avtomobildən düşərək hər bir işiq cihazının tam şəkildə işlək vəziyyətdə olduğunu görüb sübut etmiş və onu qanunsuz saxladıqlarını polis əməkdaşına bildirmişdir. Bundan sonra, DYP əməkdaşları ondan spirtli içki qəbul edib-etməməsini soruşmuş, o, tam səmimi şəkildə etiraf edərək cəmi yarım qədəh şərab qəbul etdiyini, sərxoş olmadığını və avtomobildə ailə üzvlərinin olduğunu bildirmişdir. Buna baxmayaraq, o, alkotesterlə yoxlanılmasına etiraz etməmiş, alkotesterin nəticəsinə onda alkoqolun göstəricisi cəmi 0.27 promilli göstərmişdir. Qanunla təyin olunan 0.3 promillini aşmamışdır. Bundan sonra o, polis əməkdaşları tərəfindən tibbi müayinəyə aparılmış və qanına alkoqolun miqdarı 0.35 promilli olduğu görünmüşdür. Ona həkim narkoloq tərəfindən heç bir akt təqdim edilməmişdir. O, bu nəticədən narazı qalmışdır. Həmçinin barəsində həmin vaxt barəsində protokol tərtib edilməmiş, ümumiyyətlə heç bir protokoldan məluamtı olmamışdır. Bundan başqa, o bildirmişdir ki, protokoldan məlumatlı olmadığına görə heç bir sənədə imza etməmiş, protokolda göstərilən imzalar ona aid deyil, bu halı təsdiq edəcək xətşünaslıq ekspertizasının rəyi də mövcuddur. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vəkil V.K.Səfərov tərəfindən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan 08.01.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol 08.01.2022-ci il tarixdə, saat 00:30-da Şəxs sərxoş halda avtomobil idarə etməsinə görə tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, 08.01.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol Şəxs şəxsi elektron kabinetinə 19.01.2022-ci il tarixdə yerləşdirilmişdir. İş materiallarında olan 07.01.2022-ci il tarixli, 2/1007 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə saat 23:50-də müayinə zamanı Şəxs sərxoş olmuşdur (0,348 promilli). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin məhkəmə xətşünaslıq-ekspertizasının 11.04.2022-ci il tarixli, 4/434 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 08.01.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda “protokolun surətini aldım:” qrafasında “Şəxs” sözlərinin qarşısındakı imza; 07.01.2022-ci il tarixli, 2/1007 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında “müayinə aktını alan şəxsin imzası” qrafasındakı imza ilə Şəxs eksperimentol imza nümunələri – müxtəli şəxslər tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 112 (bir yüz on iki) manat müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08.01.2022-ci il tarixdə, saat 00:30-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Koala parkın yanında “Volkswagen Jetta” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış, onun sərxoşluğu alkotester cihazı ilə yoxlanılmış və alkoqolun miqdarı 0,27 promillİ göstərilmişdir. Lakin daha sonra polis əməkdaşları tərəfindən o, xəstəxanaya aparılmış və müayinə zamanı onun qanında 0,348 promilli alkoqol miqdarı aşkar edilmişdir. Bundan sonra, Şəxs heç bir akt və ya protokol təqdim edilməmişdir. Daha sonra sonuncu elektron kabinetində içkili halda avtomobil idarə etdiyinə görə Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə barəsində protokol tərtib edildiyini, həmin maddə ilə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edildiyini və protokolun kabinetinə 19.01.2022-ci il tarixdə yerləşdirildiyini müəyyən etmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, 08.01.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol qanuvericiliyə əsasən Şəxs təqdim olunmalı olduğu halda həmin protokol sonuncunun iştirakı olmadan tərtib edilmiş, ona qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələri izah olunmamış, ona protokola qeyd vermək və ya imtina hüququ izah edilməmiş, həmin protokol tərtib edilərkən ona heç bir məlumat verilməmişdir. Bundan əlavə məhkəmə iclasında müəyyən edilmişdir ki, 08.01.2022-ci il tarixli, İXP ******* saylı protokolda Şəxs aid kimi göstərilmiş imza və yazılar sonuncu tərəfindən deyil, başqa şəxslər tərəfindən icra edilmişdir. Bu hal məhkəmə xətşünaslıq-ekspertizasının 11.04.2022-ci il tarixli, 4/434 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Yuxarıdakıları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta hadisəsi yoxdur. Belə ki, “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasl Nazirlər Kabinetinin 209 saylə Qərarının 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi həmin maddə ilə yalnız o halda inzibati məsuliyyət yaranır ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş olsun. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs sərxoşluq vəziyyətində olmamış və onun nəqliyyat vasitəsini o halda idarə etməsi isə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta hadisəsi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 112 (bir yüz on iki) manat dövlət hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Həmçinin məhkəmə hesab edir ki, 08.01.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib eilərkən ciddi qanun pozuntusuna və saxtakarlığa yol verilmiş şəxsin müəyyən edilməsi məqsədilə Bakı Şəhər Prokurorluğuna məlumat verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 112 (bir yüz on iki) manat dövlət hesabına ödənilsin. 08.01.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib eilərkən ciddi qanun pozuntusuna və saxtakarlığa yol verilmiş şəxsin müəyyən edilməsi məqsədilə Bakı Şəhəri Prokurorluğuna məlumat verilsin. Araşdırmanın nəticəsi barədə Nəsimi Rayon Məhkəməsinə məlumat verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-398/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-398/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver