Məhkəmə qərarları › İş №3(006)-3991/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3991/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3991/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Dövlət yol Polis Şöbəsinin baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində idarə etdiyi «Toyota Prius» markalı, **-CP-*** dövlət nömrə nişanlı avtomobili geriyə doğru hərəkət etdirərkən zərərçəkmiş şəxs X2 idarə etdiyi «Wolksvagen» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsini vurmuş, nəticədə X2 idarə etdiyi «Wolksvagen» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində idarə etdiyi «Toyota Prius» markalı, **-CP-*** dövlət nömrə nişanlı avtomobilini geriyə doğru hərəkət etdirərkən zərərçəkmiş şəxs X2 idarə etdiyi «Wolksvagen» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsini vurmuş, nəticədə X2 idarə etdiyi «Wolksvagen» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək ona maddi zərər vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəymişdir. Onun sürücülük hüququ Tovuz rayon məhkəməsi tərəfindən məhdudlaşdırılsa da, 14 oktyabr 2022-ci il tarixdə məhdudiyyətin aradan qaldırılması barədə qərar qəbul edilmişdir. Törətdiyi inzibati xətadan peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində xidmətdə olarkən yol nəqliyyat hadisəsi baş verdiyi barədə məlumat aldıqdan sonra əraziyə yaxınlaşmışdır. Bu zaman Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində idarə etdiyi «Toyota Prius» markalı, **-CP-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən zərərçəkmiş şəxs X2 idarə etdiyi «Wolksvagen» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili vurduğunu, sonuncuya maddi zərər vurduğu məlum olmuşdur. Bu səbəbdən də Şəxs oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyətı üzrə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Tovuz rayon məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində olan Tovuz rayon məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 3(062)-490/2022 saylı sürücülük hüququnun məhdudlaşdırılmasına dair qərarın icrasına xitam verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı, Bakı şəhəri Nəsimi rayon Dövlət yol Polis Şöbəsinin baş inspektoru X3 tərəfindən tərtib edilmiş 22 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati cəzanın tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar