Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3991/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.3 və 492.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə 00100-02472/24 nömrəli, 10 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “Yaşıl-dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş ünvan 1 ünvanında qeydiyyatda olan "Azelko” MMC tərəfindən Türkiyə Respublikasından idxal olunmuş və **********6669 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların daşındığı 31ARM313/31ZH385 nömrə nişanlı yük avtomaşını xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsinin "Qırmızı körpü gömrük postundan keçməklə Abşeron rayonu, Hökməli ŞTQ, Şamaxı şossesi ünvanında yerləşən anbara təyinat almış və xx.xx.2024-cu il tarixdə həmin nəqliyyat vasitəsinin çatması "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Monitoriq şöbəsinin və "İpək Yolu gömrük postunun əməkdaşları tərəfindən "xxxx" MMC-nin Abşeron rayonu, Hökməli STQ, Şamaxı şossesi ünvanında yerləşən anbarına baxış keçirilən zaman 31ARM313/31ZH385 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatının gömrük rəsmiləşdirilməsi başa çatmadan, gömrük orqanının icazəsi olmadan pozulduğu və gömrük nəzarəti altında olan yüklərin nəqliyyat vasitəsindən həmin anbara boşaldıldığı müəyyən olunmuşdur. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmış mallara baxış keçirilməsinə dair aktdan görünür ki, Abşeron rayonu, Hökməli ŞTQ, Şamaxı şossesi ünvanında yerləşən anbara baxış keçirilən zaman 31ARM313/31ZH385 nömrə nişantı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatının pozulduğu və malların anbara boşaldıldığı müəyyən olunmuşdur. Həmçinin, "Azelko” MMC tərəfindən **********6669 sorğu nömrəli xx.xx.2024-cü il tarixlı gömrük bəyannaməsi ilə bəyan olunan yükə gömrük baxışı həyata keçirilən zaman mallarda uyğunsuzluq aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş **********6669 sorğu nömrəli gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********6669 sorğu nömrəli gömrük bəyannaməsi 15.08 2024-cü il tarixdə yazılmış, rəsmiləşdirmək üçün gömrük orqanına göndərilmiş, gömrük bəyannaməsi təsdiq olunmuş, xx.xx.2024-cü il tarixdə fiziki yoxlanılması üçün göndərilmiş, 16.08 2024-cü il tarixdə icraçı təyin olunmuşdur. Göründüyü kimi **********6669 sorğu nömrəli gömrük bəyannaməsinin və yükün gömrük orqanları tərəfindən buraxılışı həyata keçirilməmiş, yük gömrük nəzarəti altında olmuşdur. Beləliklə də, aparılmış araşdırma zamanı 31ARM313/31ZH385 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatının "xxxx" MMC tərəfindən gömrük rəsmiləşdirilməsi başa çatmadan qırıldığı, gömrük nəzarətı altında olan malların sözügedən yük avtomaşınından gömrük orqanının icazəsi olmadan Abşeron rayonu, Hökməli ŞTQ, Şamaxı şossesi ünvanında yerləşən anbara boşaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 491.3-cü maddəsinə əsasən gömrük orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsi, daşınması, yüklənməsi, boşaldılması və 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsi, qəsdən məhv edilməsi, qırılması, zədələnməsi və ya itirilməsi inzibati xəta tərkibi yaradır. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəslərində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, onlar “Yaşıl-dəhliz” buraxılış sistemindən daimi istifadə hüququna malikdirlər. Belə olan halda onlar üçün yalnız yüklərin boşaldılmasına dayandırma verilə bilər. Dayandırma isə günorta saat 16:00-da verilmişdir. Tərəflərindən edilmiş hər hansı qayda pozuntusu mövcud deyil. Anlaşmazlığın nəzərə alınaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə 00100-02472/24 nömrəli, 10 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanova ünvanlanan raportdan görünür ki, “Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş "xxxx" MMC (VÕEN: **********) tərəfindən idxal olunmuş və xx.xx.2024 cü il tarixli **********6669 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklərin daşındığı 31ARM313/ 31ZH385 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postundan keçməklə Abşeron rayonu, Hökməlı Ştq, Şamaxı şossesı (Xirdalan), ünvanında yerləşən anbara təyinat almış və xx.xx.2024-cü il tarixdə çatması "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Monitoriq şöbəsinin və "İpək Yolu" gömrük postunun əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin Abşeron rayonu, Hökməli Ştq, Şamaxi şossesi (Xırdalan) ünvanında yerləşən anbarına baxış keçirilən zaman 31ARM313/31ZH385 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin gömrük təminatının gömrük rəsmiləşdirilməsi başa çatmadan pozulması və yüklərin boşaldılması müəyyən olunmuş, bununla bağlı müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.15-ci maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar - bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallardır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Həmin Məcəllənin 177.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir: 177.1.1. müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına; 177.1.2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə; 177.1.3. gömrük və ya müvəqqəti saxlanc anbarlarının təsisi ilə əlaqədar verilmiş lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən, gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.3-cü və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və 491.3-cü və 492.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 491.3-cü və 492.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 491.3-cü və 492.1-ci maddələrində maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla 1000 (bir min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-3991/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3991/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver