Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4/2021 08.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs MMC (hüquqi ünvanı: ünvan 1 VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokola əsasən Şəxs MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(006)-3929/2019 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-2070/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilmiş, verilmiş apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2071/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-2070/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqan Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsinə, həmçinin X2 qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun, Şəxs MMC-nin nümayəndəsinin və X1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)3929/2019 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, Şəxs MMCnin X3 ilə bağlanmış müqaviləsinə xitam verilməsi barədə xx xxxxx 2019-cu il tarixli, 622§02 saylı əmrinin ləğv edilməsi, X1 Şəxs MMC-də Satış şöbəsinin 8-ci mikrorayon filialı üzrə satıcı vəzifəsinə bərpa edilməsi və ona xx xxxxx 2019-cu il tarixindən hesablanmaqla məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir; İş materiallarında olan “icraata başlamaq haqqında” qərardan və “tələbin könüllü icra edilməsi haqqında” bildirişdən görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Əhmədov Rövşən Arif oğlu tərəfindən qeyd olunan icra sənədinin icrasını təmin olunması məqsədilə xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış və həmin tarixli e101914/2020-5-9-003 nömrəli məktubla müvafiq bildiriş Şəxs MMC-yə göndərilmişdir. İş materiallarında olan Şəxs MMC-nin xx xxxxxx 2019-cu il tarixli 171 saylı əmrindən görünür ki, Şəxs MMC-nin xx xxxxxx 2019-cu il tarixli 171 saylı əmrinə əsasən X3 həmin tarixdən Şəxs MMC-də satıcı vəzifəsinə işə bərpa olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 3929/2019 saylı qətnaməsindən qismən, yəni əmək haqqı ilə bağlı apelyasiya şikayəti verilmiş, X1 xx.xx.2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi məhkəmə mübahisəsi tam yekunlaşana qədər təxirə salınmışdır. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 xx.xx.2019-cu il tarixli, müddətsiz olaraq bağlanmış əmək müqaviləsi ilə Şəxs MMC-də satıcı vəzifəsi üzrə işə qəbul olunmuşdur. İş materiallarında olan X3 tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubun surətindən görünür ki, o, ailə vəziyyəti ilə bağlı və dərman firmasında stajor olaraq çalışıdığı üçün Şəxs MMC-də işləməsi mümkün olmadığından həmin tarixdən etibarən işə çıxmaması nəzərə alınaraq bərpa olunduğu satıcı vəzifəsindən azad olunmasını xahiş etmişdir; İş materiallarında olan Şəxs MMC-nin xx xxxxxx 2019-cu il tarixli 172 saylı əmrindən görünür ki, Şəxs MMC-nin xx xxxxxx 2019-cu il tarixli 172 saylı əmrinə əsasən X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Şəxs MMC-nin satıcı vəzifəsindən azad edilmiş, onun işə bərpa olunduqdan sonra işə çıxmaması nəzərə alınmışdır; İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs MMC-nin xx xxxxxx 2019-cu il tarixli 172 saylı əmri əsasında həmin tarixdən X3 ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 3929/2019 saylı icra vərəqəsi Şəxs MMC tərəfindən icra edilmiş, X3 cəmiyyətin xx xxxxxx 2019-cu il tarixli əmri ilə işə bərpa olunmuş, lakin onun orada işləmək arzusu olmadığı əsas götürülərək onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs MMC-nin icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4/2021
08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver