Məhkəmə qərarları › İş №3(006)-4/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4/2023 09.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi pr., ev məh.3001; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 26212,00 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, şirkətlə ölkədə fəaliyyət göstərən "xxxx" MMC arasında xx.xx.2020ci il tarixli, xx/xx/2020 saylı podrat müqaviləsi bağlanılmışdır. Bu müqaviləyə görə "xxxx" MMC “Sifarişçi”, Şəxs MMC “Podratçı”, Türkiyədə fəaliyyət göstərən “HYDROTECH İSİ MALZ İNŞ. SAN. VE DİS TİC. LTD” və sair şirkətlər isə “Təchizatçı” qismində çıxış edirlər. Müqaviləyə əsasən “Podratçı” “Sifarişçi”yə məxsus Neftçala rayonu, Yenikənd kəndində yerləşən balıqyetişdirmə kompleksində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən mal-materialların satışı və quraşdırılması işlərinin görülməsini, “Sifarişçi” isə “Podratçı”ya müqavilə ilə müəyyən olunmuş haqqını, ödəmə sənədləri qarşılığında köçürmə yolu ilə ödənilməsini öhdəsinə götürür. Həmçinin, tərəflər razılaşırlar ki, işlərin görülməsi zamanı istifadə ediləcək malmaterial və avadanlıqların alınması üçün bu sahədə ixtisaslaşmış şirkətlərin tapılması, alınacaq mal-material və avadanlıqların çeşidinin, miqdarının, qiymətlərinin müəyyən edilməsi, “Sifarişçi” ilə razılaşdırılması və mal-material və avadanlıqların sifariş edilərək ödənişlərin aparılmasını, alınmasını “Podratçı” həyata keçirir. Müqavilə əsasında işlərin görülməsi zamanı istifadə ediləcək mal-material və avadanlıqların çeşidi, miqdarı və qiymətləri “Sifarişçi” ilə razılaşdırıldıqdan, dəyəri “Podratçı” tərəfindən ödənildikdən sonra, “Sifarişçi” mal-material və avadanlıqları “Təchizatçı”nın yerləşdiyi ölkədən “Təchizatçı”dan təhvil götürərək Azərbaycan Respublikasına çatdırılmasını təmin edir. Mal-material və avadanlıqları daşınma və gömrük xərcləri “Sifarişçi” tərəfindən ödənilir. “Təchizatçı” “Podratçı” tərəfindən sifariş verilmiş və dəyəri ödənilmiş mal-material və avadanlıqları “Podratçı”nın tapşırığı əsasında “Sifarişçi”nin adına Azərbaycan Respublikasına göndərir və mal-material və avadanlıqları Türkiyə Respublikası ərazisində Azərbaycan Respublikasına daşınması üçün “Sifarişçi”yə təhvil verir. Məhz bu müqavilədən irəli gələrək Şəxs MMC "xxxx" MMC üçün 26212,00 Avro dəyərində malların alınmasına dair “HYDROTECH İSİ MALZ İNŞ. SAN. VE DİS TİC. LTD” şirkəti ilə “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi”ni bağlamış və bununla bağlı xx.xx.2020-ci il tarixdə 2020_11/030 saylı invoys üzrə həmin vəsaiti "xxxx" ASC vasitəsilə köçürmüşdür. Sadəcə olaraq köçürmə sənədində ödənişin təyinatında ancaq sonuncu müqavilə göstərilmiş, podrat müqaviləsinin qeyd olunması unudulmuşdur. Bundan sonra “Təchizatçı” olan “HYDROTECH İSİ MALZ İNŞ. SAN. VE DİS TİC. LTD” şirkəti sifariş edilmiş malları Türkiyədə "xxxx" MMC-yə təhvil vermiş, sonuncu da xx.xx.2020-ci il tarixdə bu malları ölkəyə idxal etmişdir. Həmin mallara dair tərtib olunmuş **********4563 saylı gömrük bəyannaməsinin 9-cu qrafasında bu iş üzrə maliyyə tənzimlənməsini həyata keçirən şəxs kimi Şəxs MMC göstərilmişdir. Onu da qeyd edir ki, yaranmış anlaşılmazlıq barədə "xxxx" ASC-yə məlumat verilib xx.xx.2020-ci il tarixli köçürmə sənədində ödənişin təyinatı ilə bağlı dəyişikliklərin edilməsi istənilsə də, müsbət nəticə əldə olunmamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2022-ci il tarixli məlumatda Şəxs MMC-nin xx.xx.2020-ci il tarixdə 26212,00 Avro dəyərində vəsaiti xaricə köçürdüyü və 02 il müddətində bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir; Köçürmə sənədinə görə Şəxs MMC tərəfindən “HYDROTECH İSİ MALZ İNŞ. SAN. VE DİS TİC. LTD”nin hesabına xx.xx.2020-ci il tarixli müqavilə ilə bağlı xx.xx.2020-ci il tarixdə 26212,00 Avro pul göndərilmişdir; Şəxs MMC ilə Türkiyədə fəaliyyət göstərən “HYDROTECH İSİ MALZ İNŞ. SAN. VE DİS TİC. LTD” arasında “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” bağlanılmışdır; Şəxs MMC ilə ölkədə fəaliyyət göstərən "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli, xx/xx/2020 saylı podrat müqaviləsi bağlanılmışdır. Bu müqaviləyə görə "xxxx" MMC “Sifarişçi”, Şəxs MMC “Podratçı”, Türkiyədə fəaliyyət göstərən «HYDROTECH İSİ MALZ İNŞ. SAN. VE DİS TİC. LTD” və sair şirkətlər isə “Təchizatçl” qismində çıxış edirlər. Müqaviləyə əsasən “Podratçı” “Sifarişçi”yə məxsus Neftçala rayonu, Yenikənd kəndində yerləşən balıqyetişdirmə kompleksində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən mal-materialların satışı və quraşdırılması işlərinin görülməsini, “Sifarişçi” isə “Podratçı”ya müqavilə ilə müəyyən olunmuş haqqını, ödəmə sənədləri qarşılığında köçürmə yolu ilə ödənilməsini öhdəsinə götürür (1.1-ci bənd). Tərəflər razılaşırlar ki, işlərin görülməsi zamanı istifadə ediləcək mal-material və avadanlıqların alınması üçün bu sahədə ixtisaslaşmış şirkətlərin tapılması, alınacaq mal-material və avadanlıqların çeşidinin, miqdarının, qiymətlərinin müəyyən edilməsi, “Sifarişçi” ilə razılaşdırılması və mal-material və avadanlıqların sifariş edilərək ödənişlərin aparılmasını, alınmasını “Podratçı” həyata keçirir (1.2-ci bənd). Hazırki müqavilə əsasında işlərin görülməsi zamanı istifadə ediləcək mal-material və avadanlıqların çeşidi, miqdarı və qiymətləri “Sifarişçi” ilə razılaşdırıldıqdan, dəyəri “Podratçı” tərəfindən ödənildikdən sonra, “Sifarişçi” mal-material və avadanlıqları “Təchizatçı”nın yerləşdiyi ölkədən “Təchizatçı”dan təhvil götürərək Azərbaycan Respublikasına çatdırılmasını təmin edir. Mal-material və avadanlıqları daşınma və gömrük xərcləri “Sifarişçi” tərəfindən ödənilir (1.3-cü bənd). “Təchizatçı” “Podratçı” tərəfindən sifariş verilmiş və dəyəri ödənilmiş mal-material və avadanlıqları “Podratçı”nın tapşırığı əsasında “Sifarişçi”nin adına Azərbaycan Respublikasına göndərir və mal-material və avadanlıqları Türkiyə Respublikası ərazisində Azərbaycan Respublikasına daşınması üçün “Sifarişçi”yə təhvil verir (1.4-cü bənd); **********4563 saylı gömrük bəyannaməsinə əsasən “HYDROTECH İSİ MALZ İNŞ. SAN. VE DİS TİC. LTD” tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli, xx/xx/2020 saylı müqavilə üzrə 26212,00 Avro dəyərində göndərilmiş mallar xx.xx.2020-ci il tarixdə ölkəyə idxal olunub, sənədin 9-cu qrafasında maliyyə tənzimlənməsini həyata keçirən şəxs kimi Şəxs MMC göstərilib; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmədə müəyyən olunur ki, Şəxs MMC ilə ölkədə fəaliyyət göstərən "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli, xx/xx/2020 saylı podrat müqaviləsi bağlanılmışdır. Bu müqaviləyə görə "xxxx" MMC “Sifarişçi”, Şəxs MMC “Podratçı”, Türkiyədə fəaliyyət göstərən “HYDROTECH İSİ MALZ İNŞ. SAN. VE DİS TİC. LTD” və sair şirkətlər isə “Təchizatçı” qismində çıxış edirlər. Müqaviləyə əsasən “Podratçı” “Sifarişçi”yə məxsus Neftçala rayonu, Yenikənd kəndində yerləşən balıqyetişdirmə kompleksində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən malmaterialların satışı və quraşdırılması işlərinin görülməsini, “Sifarişçi” isə “Podratçı”ya müqavilə ilə müəyyən olunmuş haqqını, ödəmə sənədləri qarşılığında köçürmə yolu ilə ödənilməsini öhdəsinə götürür. Həmçinin, tərəflər razılaşırlar ki, işlərin görülməsi zamanı istifadə ediləcək malmaterial və avadanlıqların alınması üçün bu sahədə ixtisaslaşmış şirkətlərin tapılması, alınacaq mal-material və avadanlıqların çeşidinin, miqdarının, qiymətlərinin müəyyən edilməsi, “Sifarişçi” ilə razılaşdırılması və mal-material və avadanlıqların sifariş edilərək ödənişlərin aparılmasını, alınmasını “Podratçı” həyata keçirir. Müqavilə əsasında işlərin görülməsi zamanı istifadə ediləcək mal-material və avadanlıqların çeşidi, miqdarı və qiymətləri “Sifarişçi” ilə razılaşdırıldıqdan, dəyəri “Podratçı” tərəfindən ödənildikdən sonra, “Sifarişçi” mal-material və avadanlıqları “Təchizatçı”nın yerləşdiyi ölkədən “Təchizatçı”dan təhvil götürərək Azərbaycan Respublikasına çatdırılmasını təmin edir. Mal-material və avadanlıqları daşınma və gömrük xərcləri “Sifarişçi” tərəfindən ödənilir. “Təchizatçı” “Podratçı” tərəfindən sifariş verilmiş və dəyəri ödənilmiş mal-material və avadanlıqları “Podratçı”nın tapşırığı əsasında “Sifarişçi”nin adına Azərbaycan Respublikasına göndərir və mal-material və avadanlıqları Türkiyə Respublikası ərazisində Azərbaycan Respublikasına daşınması üçün “Sifarişçi”yə təhvil verir. Bu müqavilə ilə bağlı Şəxs MMC "xxxx" MMC üçün 26212,00 Avro dəyərində malların alınmasına dair “HYDROTECH İSİ MALZ İNŞ. SAN. VE DİS TİC. LTD” şirkəti ilə “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi”ni bağlamış və bununla bağlı xx.xx.2020-ci il tarixdə 2020_11/030 saylı invoys üzrə həmin vəsaiti "xxxx" ASC vasitəsilə köçürmüşdür. Bundan sonra “Təchizatçı” olan “HYDROTECH İSİ MALZ İNŞ. SAN. VE DİS TİC. LTD” şirkəti sifariş edilmiş malları Türkiyədə "xxxx" MMC-yə təhvil vermiş, sonuncu da xx.xx.2020-ci il tarixdə bu malları ölkəyə idxal etmişdir. Həmin mallara dair tərtib olunmuş **********4563 saylı gömrük bəyannaməsinin 9-cu qrafasında bu iş üzrə maliyyə tənzimlənməsini həyata keçirən şəxs kimi Şəxs MMC göstərilmişdir. Göründüyü kimi, Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə xaricə köçürülmüş vəsaitlə bağlı alınmış mallar vaxtında ölkəyə idxal olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar