Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4001/2020 11.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 xx xxxx 2015-ci il tarixli, BD-068 nömrəli inzibati tənbeh vermə haqqında qərarından “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 xx xxxx 2015-ci il tarixli, BD-068 nömrəli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Ekologiya və Təbii sərvətlər Departamcntinin (hüquqi varisi, 11 saylı Regional Ekologiya və X5) BD-068 saylı, xx.xx.2015-ci il tarixli qərarına əsasən MMC-nin əvvəlki İXM-nin 104.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi təqsirli bilinərək 9.000 manat cərimə edilib dövlət büdcəsinə ödənilməsi qərarı qəbul edilmiş, həmin iş ilə əlaqədar bütün bildirişlər, o cümlədən qərar MMC-nin Nəsimi rayonunda qeydiyyatda olduğu hüquqi ünvana və nədəki faktiki ünvana göndərilinməmiş, nəticədə MMC məlumatlandırılmamış və qərar alınmamışdır. BD-068 saylı, xx.xx.2015-ci il tarixli qərar Yasamal rayon icra və provasiya şöbəsi tərəfindən 5 il keçdikdən sonra icraya yönəldilərək MMC-nin bank hesabı olan “xxxx” ASC-yə göndərildikdən sonra şirkət bank vasitəsi ilə xx.xx.2020-ci il tarixdə məlumatlandırılmış və qərarı Yasamal Rayon Məhkəməsindən həmin gün təhvil almışdır. Müəssisə tərəfindən məhkəməsinin qəbul qərarın ləğvi barədə müəyyən edilmiş 10 günlük prosessual müddət üzürlü halda buraxılmışdır. Belə ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən İXM-nin 130-cu maddəsinə müvafiq olaraq şikayətə əlavə edilən vəsatət əsasında şikayət müddəti bərpa edilməklə təqdim edilən şikayəti icraata qəbul edərək baxıb müvafiq qərar qəbul etməlidir. Belə ki, Bakı şəhər Ekologiya və X1 (hüquqi varis, 11 saylı Regional Ekologiya və X6) BD- 068 saylı, xx.xx.2015-ci il tarixli qərarına əsasən MMC-nin əvvəlki İXM-nin 104.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi təqsirli bilinərək birbaşa hüquqi şəxs kimi 9000 manat cərimə edilib dövlət büdcəsinə ödənilməsi qərarının qəbul etməsi yanlışdır. Belə ki, xx.xx.2015-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə ticarət mərkəzinin yaxınlığında olan böyük su hövzəsində MMC-yə məxsus olmuş “Kamaz” markalı **-AG-*** nömrə nişanlı sürücü tərəfindən politein üzlükləri boşaltmasına görə ən azından ilkdəfə olduğuna görə İXM 18.2.4-cü maddəsinə əsasən sürücünü barədə inzibati məsuliyyət tədbirin görülməsi barədə qərar qəbul etməli idi, lakin əlavə araşdırılma düzgün aparılmamış, “xxxx” MMC-nin heç bir nümayəndəsi araşdırmada, o cümlədən protokol və qərarların tərtib olunmasında iştirak etməmiş və almamışdır. Göstərilənləri nəzərə alaraq 700 manat məbləğində inzibati cərmə tətbiq edilməsi və ya qərarın ləğv edilib işə yenidən baxılmasının göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, MMC-nin inzibati işin mövcudluğundan məlumatı olmamış, MMC-nin barəsində inzibati tənbeh vermə haqqında qərarın 2015-ci il tarixdə qəbul edilməsinə baxmayaraq qərarın icrasına aydın olmayan səbəbdən 5 il sonra, yəni 2020-ci ildə başlanılmışdır. Bundan başqa, həmin qərardan MMC-nin indiyədək məlumatı olmamış, yalnız icra şöbəsi tərəfindən icraata başlanandan sonra qərardan xəbəri olmuşdur. Göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X4 lazımi qaydada və telefon vasitəsilə məlumat verilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2015-ci il tarixli, BD-068 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxx” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17 və 104.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 9.000 (doqquz min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli icra ödənişinin alınması haqqında icra məmurunun qərarından görünür ki, Bakı şəhər Ekologiya və X1 BD-068 saylı, xx xxxx 2015-ci il tarixli icra sənədinin könüllü icrası üçün borcluya verilmiş 10 gün müddətində icra təmin olunmadığı üçün “xxxx” MMC tərəfindən ödənilməli olan 9.000 manat məbləğində borcun 7%-i – 630 manat məbləğində icra ödənişi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yasamal rayon icra və probasiya şöbəsinin hesabına tutulması qərara alınmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli icra şöbəsinin məktubundan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 3(037)-267/2012 saylı Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin 022683, xx.xx.2014-cü il tarixli və Bakı şəhər Ekologiya və X1 BD-068 saylı, xx.xx.2015-ci il tarixli icra sənədlərinin və icra ödənişinin alınmasına dair Yasamal rayon İcra və Probasiya şöbəsnin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarların icrası ilə əlaqədar olaraq tərtib edilmiş inkasso sərəncamları icra olunması üçün “xxxx” ASC-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, 63884/15-5R inkasso sərəncamından görünür ki, “xxxx” MMC “xxxx” ASC-nin vasitəsi ilə Dövlət Xəzinədarlıq Agentliyinə 9150 (doqquz min yüz əlli) manat məbləğində pul köçürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 1 materiallarına əlavə edilmiş “xxxx” şirkətinin çıxarışından görünür ki, “xxxx” MMC-nin faktiki ünvanı ünvan 2 materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, “xxxx” MMC-nin şikayəti qismən təmin edilmiş, Bakı şəhər Ekologiya və X1 xx.xx.2015-ci il tarixli, BD-068 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 3(103)-1799/2020 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 apelyasiya şikayəti təmin edilmiş, həmin qurumun xx xxxx 2015-ci il tarixli, BD-068 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından verdiyi şikayətin təmin edilməsi və həmin qərarın ləğv edilərək işə yenidən baxılmasına dair Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən hüquqi şəxs “xxxx” MMC-nin şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi xx xxxxxxxx 2014-cü il tarixli bildirişdən görünür ki, Nümayəndə xx xxxx 2007-ci il tarixdən müddətsiz olmaqla “xxxx” MMC-də direktor vəzifəsində işləmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi xx xxxxxx 2020-ci il tarixli bildirişdən görünür ki, Nümayəndə xx xxxx 2016-ci il tarixdən “xxxx” MMC-də hüquqşünas vəzifəsində işləyir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 tərəfindən “xxxx” MMC barəsində tərtib olunmuş protokoldan və həmin protokol əsasında qəbul edilmiş qərardan məlumatlı olmamış, MMC-nin müdafiə hüquqları təmin olunmadan, barəsində tərtib edilmiş protokol və qəbul edilmiş qərarda onların iştirak edib-etməməsi barədə heç bir qeyd aparılmamış, hüquqi şəxsin hüquqları kobud şəkildə pozularaq qərar qəbul edilmiş, daha sonra 2015-ci tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar aydın olmayan səbəbdən 2020-ci ildə, yəni qəbul ediləndən 5 il sonra icraya yönəldilmiş və MMC-nin əmlakına həbs qoyulduqdan sonra həmin qərardan MMC-nin məlumatı olmuşdur. Beləliklə, “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Beləliklə, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-yə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, həmin qərardan şikayət vermək kimi hüquqlarından məhrum edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 xx xxxx 2015-ci il tarixli, BD- 068 nömrəli inzibati təhbeh vermə barədə qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakıları rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 xx xxxx 2015-ci il tarixli, BD-068 nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X4 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 61, 48, 76, 84, 129 və 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 xx xxxx 2015-ci il tarixli, BD-068 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X4 göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4001/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4001/2020
11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver