Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4001/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 30 iyun 2025-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Qərar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş orqana bildiriş göndərilsə də, onların nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat təqdim edilməmişdir. Məhkəmə işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 30 iyun 2025-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - rəhbəri X9 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunun 4 və 5-ci maddələrinin tələblərinə əsasən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikasiyadan keçməyən X3 Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən "xxxx" klinikasında cərrah həkim kimi 2024-cü ilin noyabr və 2025-ci ilin yanvar və fevral aylarında X6 üzərində “mini-üzgəlmə” və “blefoplastika” cərrahi əməliyyatların, həmçinin xx.xx.2025-ci il tarixdə X4 üzərində yanaq və çənə nahiyyəsində ət sallanması (brilya) tibbi müdaxiləsi icra edilməsi kimi tibbi fəaliyyətə buraxmış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati xətasını törətmişdir. İş materiallarında olan 07 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, KEŞ-333 saylı rəyi ilə müəyyən edilmişdir ki, Xanım Abbasovanın adına "xxxx" klinikasında tibbi sənəd tərtib edilməli olduğu halda, bu tərtib edilməmiş, buna görə də ona hansı tibbi tədbirlərin aparılması barədə dəqiq fikir söylənilməsi mümkün olmamışdır. X.Abbasovanın üzərində ‘'mini üzgərmə” və “blefaroplastika” cərrahi əməliyyatları aparılmış və onun mütəxəssis müayinəsi zamanı hər iki gözün alt qapaq anatomiyası və fiziologiyası pozulduğu üçün gözdə görmənin pisləşməsi, sulanma və göz quruluğu kimi yanaşı əlamətlər ortaya çıxmışdır ki, bu da aparılmış əməliyyatın taktiki və texniki cəhətdən qüsurlu icrası ilə əlaqədardır. Bu halın aradan qaldırılması üçün təkrar cərrahi əməliyyata ehtiyac vardır. "xxxx" klinikasında Xanım Abbasovaya göstərilmiş qüsurlu tibbi xidmətlə əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışsan tibb, əczaçılıq və digər ixstisaslar üzrə işçilərin nümünəvi vəzifə təlimatları”nın 24.1 (ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi”) bəndinin tələbləri pozulmuşdur. Buna məsul şəxs-müalicə həkimidir. Aparılan araşdırma zamanı, verilən sorğularla müəyyən edilmişdir ki, "xxxx" klinikası (JBH MMC)-nın heç bir tibbi lisenziyası olmamış, X5 ilə əmək müqaviləsi olsa da, X.Abbasovam əməliyyat edən zaman müqaviləyə xitam verilmiş (hüquqi qüvvəsi olmamış), X1 olmamışdır. Lakin, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyindən daxil olmuş, xx.xx.2025-ci il tarixli, ********* nömrəli məktubda qeyd edilmişdir ki, X5 xaricdə əldə etdiyi kvalifıkasiyanın tanınması məqsədi ilə TKTA-a müraciət etməmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4001/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4001/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver