Məhkəmə qərarları › İş №3(006)-4002/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4002/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4002/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru X3 tərəfindən onun barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan **-FP-*** dövlət qeydiyyat nişanlı “BAİC X3 4 AT LUXURY” minik markalı avtomobil ilə Bakı Şəhəri Nəsimi Rayonu Asif Məhərrəmov 174 küçəsi ilə üzü Şamaxinka istiqamətdə hərəkətdə olarkən işıqforun qarşı tərəfə qadağan edici (qırmızı) işarəsi verdiyi halda sola dönmə işığı yandıraraq sol tərəfdə olan yaşadığı binaya doğru hərəkətini davam etdirmişdir. Bu zaman X10 Yol Patrul Xidməti baş inspektoru, polis baş leytenantı X8 tərəfindən saxlanılmışdır. DYP inspektoru ona İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır" yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşman yiik avtomobillərinin sərnişinlərlə yanacaq doldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi tıişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) maddəsinin tələblərini pozduğunu bildirərək 100 manat 3 bal tərtib edərək İXP ******* saylı protokol yazmışdır. Qeyd olunan protokol əsasında Bakı Şəhər DYPİ Polis X1 tərəfindən xx.xx.2025-ci il tarixdə 100 manat 3 bal, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunan protokolun əsassız olduğunu polis baş leytenantı X6 dəfələrlə izah etməyə çalışsa da xəta yerinə bərabər baxış keçirtməyi təklif etsə də buna vaxtının olmamasını gedib məhkəmədə şikayətini bildirməyi tövsiyyə edərək xəta yerindən uzaqlaşmışdır. Hesab edir ki, tərəfindən heç bir İnzibati Xəta törədilməmişdir. Bütün bunları sübut edəcək xəta deyilən yerdə təhlükəsizlik şəhər müşahidə kamerasının olması və tərəfindən ərazi üzrə video çəkilişin aparılmasıdır. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru X2 onun barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhər BPİ X13 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin həmin qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən həmin qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şikayət vermiş X9 şikayət ərizəsinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, şikayətçini dinləyərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ YPX inspektoru X3 tərəfindən qəbul edilən TP ******* saylı, 25 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 14:31-də “Baic X3 4 AT Luxury Minik” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X9 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinin tələbinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qeyd olunan Məcəllənin 61.1-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan işin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən istifadə etmək hüquqları vardır. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, kobud pozuntulara yol verilmiş və bu da X5 İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulduğuna görə X9 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilən xx.xx.2025ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar