Məhkəmə qərarları › İş №3(006)-4010/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4010/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4010/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X1 iştirakları ilə, X2 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində TP ******* saylı tərtib edilmiş qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, istifadəsində olan “BMW” markalı, **-SS- *** dövlət qeydiyyat nişanlı olan avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində hərəkətdə olarkən yolun tənzimləyən DYP əməkdaşının siqnalı əsasında yolun əks tərəfinə çıxaraq hərəkətini davam etdirmiş və yolda yaranmış tıxacın qarşısı alınması üçün həmişə orda dayanan yol polis əməkdaşının siqnalı əsasında əks tərəfə çıxmaqla hərəkət davam etdirilir. Belə ki, o, həmin yoldan avtomobil sahibi kimi daim istifadə edir, çünki daim iş yerinə gedib gəldiyi yol həmin yoldan istifadə etməklə qət edir. Qeyd edir ki, guya onun törətdiyi inzibati xəta 07 avqust 2024-cü il tarixdə olması inzibati protokolda əks olunsa da, ona rəsmi SMS 1 ay sonra 11 sentyabr 2024-cü il tarixdə daxil olmuşdur. Bununla razı olmadığı üçün Bakı şəhəri DYPİ gedərək orada şifahi narazılığını bildirsə də, ondan əlavə cərimənin silinməsi üçün pul tələb olunmuşdur. Hətta orada yolu tənzimləyən yol polis əməkdaşının siqnalı əsasında onun əks yola çıxamasını əks etdirən TŞ kameranın görüntüsü də təqdim olunmasından imtina edilmişdir. Halbuki, həmin yolda yol polis əməkdaşının nizamlayıcısı əsasında yol hərəkətində olan avtomobillər əks yola çıxmaqla hərərkət etməsi görünür. Buna baxmayaraq ona əsassız olaraq barəsində inzbati protokolu əsasında inzibati qərar qəbul edilmişdir. Bu zaman onun əks yola çıxaraq hərəkət etməsi barədə inzibati qərarla barəsində inzibati xəta törətməsilə 150 manat cərimə edilməsi barədə inzibati qərarı 16 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri DYPİ almışdır. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə 150 manat məbləğində cərimə olunmuşdur. Ona həmin yolda yol polis əməkdaşının olması barədə və həmin yolun nizamlanması barədə DYP əməkdaşının göstərişi əsasında tənzimlənməsi barədə TŞ kamera görüntülərini təqdim etmədiyi üçün qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X3 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12:26-da X2 idarə etdiyi “BMW” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə etmə qaydalarını pozmuş, bununla da onun barəsində xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 150 manat məbləğində cərimə olunmuşdur. Həmin inzibati xətanın törədilməsi ilə bağlı videogörüntünü məhkəməyə təqdim edərək barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən X2 barəsində qəbul edimiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 İXM-in 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görəyüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X5 yol hərəkəti qaydalarını pozmadığını, onun yolda yol polis əməkdaşının nizamlayıcısı əsasında əks yola çıxmaqla hərərkət etməsini bildirmişdir. Həmçinin, məhkəmə iclasında şikayət vermiş şəxs X5 BPİ DYPİ-nin nümayəndəsinin təqdim etdiyi videogörüntü ilə bağlı əlavə məlumat verərək bildirdi ki, onun tərəfindən tərədilməsi iddia olunan inzibati xəta ilə bağlı videogörüntünün əvvəlinin, yəni videogörüntüdə görünən yolun təxminən 100-150 metr əvvəlinin görüntüsü təqdim edilməmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X3 videogörüntüdə görünən yolun təxminən 100-150 metr əvvəlinin görüntüsü ilə bağlı videogörüntülərinin olmadığını bildirmişdir. Belə olan halda, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, X5 barəsində olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, vətəndaş X4 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı, vətəndaş X6 isə Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında eyniməzmunlu qərarlardan məhkəməyə şikayət verərək X2 göstərdiyi xüsusatları təsdiq etmiş və eyniməzmunlu izahat verərək qeyd olunan qərarların ləğv edilməsini xahiş etmişlər. Məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsi araşdırılarkən bu xüsusat nəzərə alınsın. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar