Məhkəmə qərarları › İş №3(006)-4011/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4011/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4011/2022 31.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Protokola görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1407/2021 saylı icra vərəqəsinə əsasən aşağıdakı adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa və ya yararsız vəziyyətdə olsa onların dəyəri cavabdeh X1 və Şəxs alınaraq iddiaçı X2 verilsin: əyar 583 və dəyəri 380 manat olan beş qaşlı qadın üzüyü, əyar 583 və dəyəri 1100 manat olan qolbaq (“Cartier”), dəyəri 520 manat olan hamam otağı moykası, dəyəri 120 manat olan “Gorenje” markalı şirəçəkən, dəyəri 23 manat olan “Vitek” markalı elektron mətbəx tərəzisi, dəyəri 15 manat olan silikon aparatı, dəyəri 90 manat olan “Philips” markalı epilyator, dəyəri 45 manat olan “Enzosalon” markalı hava feni, dəyəri 45 manat olan “Premier” markalı manikür aparatı, dəyəri cəmi 50 manat olan “Pro Wax” lipucka aparatı, salfetkası və dərmanı ilə birlikdə, dəyəri 25 manat olan “Luminarc” markalı qırmızı rəngli meyvə qabı, dəyəri cəmi 42 manat olan “Luminarc” markalı qrafin və 6 ədəd bakalı, dəyəri cəmi 64 manat olan “Luminarc” markalı tort buludu 6 ədəd boşqabı ilə - 2 dəst, dəyəri 180 manat olan Türkiyə istehsalı yemək servisi hər şey daxil, dəyəri cəmi 40 manat olan “Luminarc” markalı 6 ədəd dondurma qablı qaşıqları ilə birlikdə - 2 dəst, dəyəri cəmi 30 manat olan 24 karat qızıl suyuna batırılmış 12 ədəd çay qaşığı, dəyəri cəmi 170 manat olan Türkiyə istehsalı “Galaxy” tökmə qranit tava dəsti, dəyəri cəmi 35 manat olan Türkiyə istehsalı tort servisi üçün paslanmayan bıçaq və tort götürən, dəyəri cəmi 45 manat olan tefal və qranit tava və qazan üçün “Silicone Genny” markalı 7 ədəd silikon qaşıq dəsti, dəyəri cəmi 8 manat olan silikon peçenya qəlbləri, dəyəri cəmi 10 manat olan 2 ədəd orta və böyük ölçülü ət taxtası, dəyəri cəmi 35 manat olan hamam üçün qaşlı 3 dəst, dəyəri cəmi 18 manat olan qazan tutan və qazan qapağı dəsti, dəyəri 8 manat oyuncaqlı pul daxılı, dəyəri cəmi 50 manat olan 2 ədəd 32 gb flaşkart, dəyəri cəmi 18 manat olan Türkiyə istehsalı ütü masası üstü (maçalka və ütü altı), dəyəri 11 manat olan “İpeksu” 19 litrlik su bidonu, dəyəri cəmi 70 manat olan 9 ədəd əl-üz üçün dəsmal, dəyəri cəmi 90 manat olan “Sarev Vupline” hamam üçün böyük ölçülü 5 ədəd dəsmal, dəyəri cəmi 48 manat olan 8 ədəd çay dəsmalı manat, dəyəri cəmi 270 manat olan “Akhome Vipline” markalı 3 ədəd kitab pastel, dəyəri 120 manat olan “Gökyüzü Vipline” üstü mirvarili çəhrayı pakrival dəsti, dəyəri 280 manat olan “Gökyüzü Vipline” markalı üstü svarovski qaşlarla işləməli qəhvəyi rəngli pakrival dəsti, dəyəri cəmi 120 manat olan “Akhoma Vipline” markalı 4 mövsüm pastel, dəyəri cəmi 140 manat olan “Maxrofta” markalı 2 ədəd pastel, dəyəri 150 manat olan “Gökyüzü Vipline” markalı sintifon yorğanlı pastel, dəyəri 80 manat olan uşaq otağı üçün bəzəkli jalüz, dəyəri cəmi 850 manat olan dörd seksiyalı mətbəx mebeli. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsində tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi məcburi icra tədbirləri kimi göstərilmişdir. Bu Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinə əsasdır. Sözügedən Qanunun 63.1.3-cü maddəsinə görə tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Lakin təqdim olunmuş materiallarda icra məmuru tərəfindən yuxarıda qeyd olunan hərəkətlərin yerinə yetirilib-yetirilməməsini müəyyən etmək mümkün olmur. Halbuki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş çıxarışa əsasən barəsində icraata aparılan şəxs Şəxs mülkiyyətində 2 nəqliyyat vasitəsi var, həmçinin, o, “Heydər Əliyev adına X5”nda işləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmaması məsələlərini həll edir. Qeyd olunan Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar