Məhkəmə qərarları › İş №3(006)-4015/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4015/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4015/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Bakı şəhər BPİ X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri DYPİ-nin müşavət-eskort bölüyünün yol partul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 327.2-ci maddəsi ilə 10 iyun 2025-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Bakı şəhər Bas X8 İdarəsinin polis kapitanı X1 TP ******* №-li xx.xx.2025-ci il tarixli qərarı ilə, İXM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş inzibati xətam törətməkdə təqsirli bilinərək barəmdə 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. İnizbati xəta haqqında qərarın qəbul edilməsinə əsas mənim istifadəmdə olan «Kia Sorento minik» markalı, ** QM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Neftçilər prospekti 153 ünvanında idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozmağımla bağlı olmuşdur. Aşağıda qeyd olunanlara əsasən hesab edirəm ki, qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, Şəxsin əməlində (hərəkət və ya hərəkətsizliyində) inzibati xətanın mövcud olması üçün onun bütün tərkib əlamətlərinin - inzibati xətanın subyekti, obyekti, obyektiv cəhəti və subyektiv cəhətinin olması zəruridir Mənə istinad olunan İXM-nin 327 2-ci ma ddəsinin dispozisiyasına əsasən svetoforun və ya nizamlayıcmm qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 «Giriş qadağındır” yol nişanının tələbələrinin və yasərnişin daşıma,əks istiqamətli hərəkət zolağına çıxmaqla ötməvə manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşman yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurrna məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə inzibati məsuliyyətə səbəb olur. İXM-nin 327.2-ci maddəsi obyektiv cəhətdən aşağıdakı hərəkətləri özündə ehtiva edir: - svetoforun və ya nizamlayıcımn qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi - 3.1 «Giriş qadağandır» yol nişanının tələblərinə riayət edilməməsi - sərnişin daşıma qaydlarına riayət edilməməsi əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə - yolayrıcını keçmə qaydalarının pozulması - ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşman yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurrna məntəqəsinə daxil olması 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə Qeyd olunan obyektiv cəhətə daxil olan hərəkətlərdən hər hansı birinin mövcud olmaması şəxsin əməlində inzibati xətanın mövcudluğunu istisna edir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Bu həmin orqanın pozitiv öhdəliyindən irəli gəlir. DYPİ tərəfindən qəbul edilmiş qərar onunla əsaslandırmışdır ki, videogörüntülərə əsasən az əhəmiyyətli yoldan digər yola daxil olarkən hərəkət üstünlüyü olan nəqliyyat vasitəsinə yol verməyərək yolayrıcım keçmə qaydaları pozulmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinə görə: I. Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. II. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdivi yolayrıcını keçmək qaydalarım əsas tutmalıdırlar, ikinci dərəcəli yollarla hərəkət ec ən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. III. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında re'ssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında, tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. IV. Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. V. Əgər sürücü yolun örtüyünün olub-olmadığım təyin edə bilirirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində) üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır. Həmin Qanunun 1-ci maddəsinin 4-1 -cı bər dinoə qeyd olunur ki, yol vermək dedikdə - sürücünün hərəkəti davam etdirməsi və ya y enidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması manevr etməməsi başa düşülür. Həmin Qanunun 1-ci maddəsinin i. 1-ci bəndinə əsasan yolayrıcı dedikdə, yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazi başa düşülür. DYP tərəfindən mənə təqdim edilmiş videogörüntülərdən görünür ki, istifadəmdə olan «Kia Sorento minik» markalı ** QM *** dövlət qevdiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Neftçilər prospekti 153 ünvanında idarə edərkən başqa yoldan yolayrıcına daxil olan digər nəqliyyat vasitəsinə yol verməmişəm. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmışdır ki, qeyd olunan inzibati xətanın baş verdiyi yer - DYP əməkdaşının patrul avtomobili ilə zəbt etdiyi hərəkət zolağı - xüsusilə səhər saatlarının pik vaxtında - artıq gediş-gəlişin intensiv olduğu bir vaxtda avtomobillərin hərəkətinə ciddi maneə yaranmışdır. Sürücülərin hərəkət azadlığına və hərəkət təhlükəsizliyinə təsir edən bıu vəziyyətdə onun üçün də seçim imkanları xeyli məhdudlaşmışdır. Həmin gün Çin Xalq Respublikasının səfirliyinin qarşısında yolun tıxanması səbəbindən təxminən 20 dəqiqə vaxt itirmişdir. Səfirlikdən sonra yol ayrıcına daxil olarkən Neftçilər prospektinə birinci zolaqla keçid etməyə çalışsa da, həmin zolağın tam şəkildə DYP avtomobili tərəfindən zəbt olunması səbəbindən hərəkət yalnız ikinci zolaq vasitəsilə davam etdirmək məcburiyyətində qalmışdır. Bundan başqa yuxarıda qeyd olunan qanunvericilik normasının məzmunu baxımından «yol verməmək» ifadəsi özündə, başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsini ehtiva edir. Onun hərəkətlərinə o zaman yol verməmək kimi qiymətləndirilə bilər ki, o hərəkəti davam etdirməklə başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur etmiş olmuşdur. Bu səbəbdən, baş verən halların obyektiv şəkildə qiymətləndirilməsini, tətbiq olunmuş inzibati tənbehin ədalətli qərarla ləğv olunmasını xahiş etmişdir. Məhkəmədən xahiş etmişdir ki, məsələni şəffaf şəkildə araşdıraraq, hərəkətinin məqsədli qayda pozuntusu deyil, məcburi vəziyyətdən irəli gəldiyini nəzərə alınsın. Qeyd olunanlara əsasən, Bakı şəhər Baş X8 İdarəsinin polis kapitanı X1 TP ******* № -li xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və barəmdə İXM-nin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər BPİ X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin qurumun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, qanunsuz cərimə tətbiq edildiyini, şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər BPİ X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əks etdirən çıxarışdan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 09:05-də idarə etdiyi «Kia Sorento minik» markalı, ** QM *** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X4 mahiyyəti üzrə hər hansı inzibati xəta törətmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində olan xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar