Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4022/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X6 oğlunun Zərər çəkmiş hüquqi şəxs: "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Türkmənistan Respublikası, Mari şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 17, mənzil 46-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-3131/2021 saylı, xx.xx.2022-ci il tarixli, 2-2(113)-1045/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-2(113)-3795/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2-2(113)- 2735/2023 saylı icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-3131/2021 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən cəmi 21.603,76 manat tutularaq "xxxx" MMC-yə, xx.xx.2022-ci il tarixli, 2- 2(113)-1045/2022 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən cəmi 10.248,42 manat tutularaq "xxxx" MMC-yə, xx.xx.2022-ci il tarixli, 2-2(113)-3795/2022 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən cəmi 6.554 manat tutularaq "xxxx" MMC-yə, xx.xx.2023-cü il tarixli, 2-2(113)-2735/2023 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən cəmi 8.492,89 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədlərinin icrasının təmin edilməsi ilə bağlı "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, onun tərəfindən heç bir ödəniş olunmamış və o, uzun müddət çağırışlara gəlməkdən yayınmışdır. Eyni zamanda o, borcu hissə-hissə ödəyəcəyi barədə vədlər versə də, buna əməl etməmiş, sonuncu dəfə izahatı alınarkən şirkətin fəaliyyəti dayandırıldığı üçün heç bir ödəniş edə bilmədiyini, iş tapan kimi ödənişlər edəcəyini söyləmişdir. Şirkətin balansında hər-hansı əmlak, habelə bank hesablarında heç bir vəsait yoxdur. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 izahatında göstərdi ki, "xxxx" MMC bugünə qədər Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-3795/2022 saylı icra sənədi üzrə şirkətə heç bir ödəniş etməmişdir. Şirkətin direktoru Şəxs məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs və digər zərər çəkmiş şəxslər olan hüquqi şəxslərin nümayəndələri gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-3131/2021 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən cəmi 21.603,76 manat tutularaq "xxxx" MMC-yə, xx.xx.2022-ci il tarixli, 2-2(113)-1045/2022 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən cəmi 10.248,42 manat tutularaq "xxxx" MMC-yə, xx.xx.2022-ci il tarixli, 2-2(113)-3795/2022 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən cəmi 6.554 manat tutularaq "xxxx" MMC-yə, xx.xx.2023-cü il tarixli, 2-2(113)-2735/2023 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən cəmi 8.492,89 manat tutularaq "xxxx" MMCyə ödənilməlidir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 3(006)- 3521/2022 saylı qərarına əsasən "xxxx" MMC-nin direktoru Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-3131/2021 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.200 manat məbləğində cərimə edilmişdir. Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla qeyd olunan icra sənədləri bir icraata birləşdirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasıicra məmurlarıtərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə "xxxx" MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Eyni zamanda onun tərəfindən eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məhkəmə İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimənin yuxarı həddinə uyğun inzibati tənbeh olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4022/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4022/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver