Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4023/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu X2 tərtib etmiş şəxs: Zərər çəkmiş hüquqi şəxsin Bakı şəhəri Nəsimi Rayon Mənzil nümayəndəsi: Kommunal Təsərrüfatı Birliyinin 51 saylı MKİS-in müdiri Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs., sıra-14, ev 38-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 27 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 2021-ci il 24 və 25 dekabr tarixlərində Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, R.Məmmədov və H.Əliyev küçələrinin kəsişməsində yerləşən parkda işıq dirəklərinin üst hissələrini oğurlayaraq zərər çəkmiş hüquqi şəxs Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 51 saylı MKİS-nə 450 manat məbləğində maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru X3 izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 51 saylı MKİS-in şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, R.Məmmədov və H.Əliyev küçələrinin kəsişməsində yerləşən parkdan 2021-ci ilin dekabr ayının 24-də gecə saatlarında iki ədəd, 25-də isə bir ədəd işıq dirəklərinin üst hissələri oğurlayaraq doğranılmış vəziyyətdə onları metal qəbulu məntəqəsinə 40 manata satmaq istəmişdir. Hadisə nəticəsində Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 51 saylı MKİS-nə 450 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmədə zərər çəkmiş hüquqi şəxs Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 51 saylı MKİS-in müdiri Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, R.Məmmədov və H.Əliyev küçələrinin kəsişməsində yerləşən parka onun rəhbəri olduğu təşkilat xidmət edir. Həmin parkdan 2021-ci ilin dekabr ayının 24-də gecə saatlarında iki ədəd, 25-də isə bir ədəd işıq dirəklərinin üst hissələri oğurlanmış və bunun nəticəsində təşkilata 450 manat ziyan yetirilmişdir. Vurulmuş zərər ödənilməmiş, əməli törədən şəxsdən şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, cari ilin 25 dekabr tarixlərində “3-cü mikrorayon bazarı” deyilən yerdə metal qəbulu ilə məşğul olan Sübhan adlı şəxsə doğranmış metal verərək ondan 40 manat pul almaq istəmişdir. Lakin həmin metalı Yusif adlı şəxs gətirmiş və ondan metalı təhvil verməyə köməklik etməyi xahiş etmişdir. Metalın oğurluq olmasını bilməmişdir. İİ qrup əlildir. Məhkəmədə Şahid izahatında göstərdi ki, o, Nəsimi rayonu ərazisində yerləşən, “3cü mikrorayon bazarı” deyilən yerdə metal qəbulu məntəqəsini işlədir. 25.12.2021-ci il tarixdə Şəxs bir nəfər şəxslə məntəqəyə gələrək 40 manata doğranmış metal təhvil vermək istəmiş, lakin o, bu şəxslərə metalın oğurluq olmasından şübhələndiyini bildirəndə, onlar metalı orada atıb qaçıb getmişlər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Eyni zamanda “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumata əsasən Şəxs İİ dərəcəli əlildir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında inzibati tənbeh növü kimi ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 28.4-cü və 30.2-ci maddələrinə əsasən isə ikinci dərəcə əlilliyi olan şəxslərə ictimai işlər və həbs növündə inzibati tənbeh tətbiq oluna bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Bundan əlavə iş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 25.12.2021ci il tarixli protokoldan aydın olur ki, Şəxs həmin tarixdə, saat 18:30-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinməli, İİ dərəcəli əlilliyi olduğu üçün o, həmin Məcəllənin 34-1-ci maddəsinin tələblərinə uyğun cərimə olunmalı, bu zaman inzibati qaydada tutulduğuna görə qeyd olunan Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 34-1-ci maddəsi tətbiq olunmaqla o, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4023/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4023/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver