Məhkəmə qərarları › İş №3(006)-4025/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4025/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4025/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Cavid Emin oğlunun katibliyi, Nəsimi RPİnin 19-cu Polis Şöbəsinin polis sahə rəisi X8, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 5, mənzil 30 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-ci Polis Şöbəsindən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, təxminən saat 15:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 5 ünvanında X4 döymüşdür. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi X11 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, təxminən saat 15:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 5 ünvanında X5 ağacların kəsilməsi səbəbi ilə bağlı ona öz iradını bildirdikdə sonuncu üstünə gələrək onu təhqir etmiş və üzünə yumruqla vurmuşdur. Lakin buna baxmayaraq o, ona heç bir bədən xəsarəti yetirməmişdir. Ona görə də DİN 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verərək qanuni tədbir görülməsini xahiş etmişdir. X1 Nəsimi RPİnin 19-cu PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, o ağacların kəsilməsi və budanması ilə bağlı aidiyyatı orqanlara rəsmi müraciət etmiş və xx.xx.2020-ci il tarixdə saat 15:10 radələrində onun müraciəti əsasında Yaşıllaşdırma İdarəsinin işçilərinin iştirakı ilə yaşıllıq ərazisində ağacların kəsilməsi və budanması işləri görülən zaman Cavadxan küçəsi 5 ünvanında yaşayan Dadaş adlı şəxs qaçaraq briqadirin üstünə gələrək onunla mübahisə yaratmış və onun sinə nahiyəsinə vuraraq nəticədə o, Qaz-53 markalı avtomaşının altına yıxılmışdır. Orada ona köməklik edib yerdən qaldırılmış və o ərazidə xidmət aparan polis əməkdaşlarına bu barədə müraciət edərək, Dadaş adlı şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Təhqiqat orqanı tərəfindən şikayətlə bağlı araşdırma aparılmış və xx xxxxxxx 2020-ci il tarixli cinatət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İzahatının sonunda qəbul olunacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə, təxminən saat 15:10 radələrində yaşadığı ünvandan çıxarkən mişar səsinin gəldiyini eşitmiş və həmin tərəfə yəni, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 5 ünvanına gəldikdə oradakı ağacların naməlum şəxslər tərəfindən kəsildiyini görmüşdür. Ağacların hansı səbəbdən kəsilməsini soruşduqda qonşuluqda yaşayan X6 onun üstünə gələrək onu təhqir etmiş və üzünə yumruqla vurmuşdur. X6 onu vurduqdan sonra qorxduğu üçün geriyə addım atmış bu zaman ayağı büdrəyərək yıxılmış və o zaman da xəsarət almışdır. Tərəfindən ona heç bir bədən xəsarəti yetirilməmişdir. Ona görə də DİN 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verərək qanuni tədbir görülməsini xahiş etmişdir. X6 tərəfindən ağaclar mütəmadi olaraq kəsilir və satılır. Səhv etmirsə bundan əvvəl də 28 dənə şam ağacı kəsilmişdir. O isə hər zaman ağacların kəsilməsinə qarşı olmuşdur. İzahatının sonunda təqsirinin olmadığını bildirərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş X6 izahatında bildirmişdir ki, o ağacların kəsilməsi və budanması ilə bağlı aidiyyatı orqanlara rəsmi müraciət etmiş və xx.xx.2020-ci il tarixdə saat 15:10 radələrində onun müraciəti əsasında Yaşıllaşdırma İdarəsinin işçilərinin iştirakı ilə yaşıllıq ərazisində ağacların kəsilməsi və budanması işləri görülən zaman Cavadxan küçəsi 5 ünvanında yaşayan Dadaş adlı şəxs qaçaraq briqadirin üstünə gəlmiş və onunla mübahisə yaratmışdır. O, isə Dadaş adlı şəxsə öz iradını bildirən zaman sonuncu onu təhqir etmiş sonra isə onun sinə nahiyəsinə vurmuş və nəticədə o, Qaz-53 markalı avtomaşının altına yıxılmışdır. Orada ona köməklik edilib yerdən qaldırılmış və sonra o ərazidə xidmət aparan polis əməkdaşlarına bu barədə müraciət edərək, Dadaş adlı şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İzahatının sonunda hal-hazırda Şəxs ilə barışmadığını və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İşdə olan Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs X6 tərəfindən döyülməsi öz təsdiqini tapmadığından həmin epizod üzrə cinayət işi başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra olunması üçün aidiyyatı üzrə göndərilmişdir. xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda əks olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin 800 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, X3 bədən səhtində aşkar edilmiş xəsarətlər- sol sağrı nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi Elnur Babayev tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə tərəfindən inzibati xəta törətmiş Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar