Məhkəmə qərarları › İş №3(006)-4032/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4032/2022

14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4032/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 09.20 radələrində özünə məxsus, idarə etdiyi “Mercedes Vito” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi ilə üzü Koroğlu parkı istiqamətində hərəkətdə olan zaman C.Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində svetaforun qırmızı işığında yolayırıcını düzünə keçərkən sağ tərəfdən Vaqif prospekti ilə hərəkətdə olan X3 idarə etdiyi “Kia Sportage” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə idarə etdiyi “Mercedes Vito” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən sərnişinlər Zərərçəkmiş şəxs və X1 yüngül bədən xəsarətlərinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli billərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 09.20 radələrində özünə məxsus, idarə etdiyi “Mercedes Vito” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi ilə üzü Koroğlu parkı istiqamətində hərəkətdə olan zaman C.Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində yolayırıcını düzünə keçərkən bir anlıq diqqətsizlik və ehtiyatsızlıq edərək svetaforun qırmızı işığında yol kəsişməsini keçmiş, həmin zaman sağ tərəfdən Vaqif prospekti ilə hərəkətdə olan X3 idarə etdiyi sonradan markasını gördüyü “Kia Sportage” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə idarə etdiyi “Mercedes Vito” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən sərnişinlər Zərərçəkmiş şəxs və X2 yüngül bədən xəsarətləri almışlar. Zərər çəkmiş şəxsləri həkimə aparmış, gücü çatan qədər maddi köməklik etmişdir. Avtomobillərə dəymiş maddi ziyanı sığorta şirkəti ödəmişdir. Taksi sürücüsüdür. Əvvəllər belə bir hadisə törətməmişdir. Göstərilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-yə və zərər çəkmiş şəxslərə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və zərər çəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 09.20 radələrində özünə məxsus, idarə etdiyi “Mercedes Vito” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi ilə hərəkət edərək həmin küçə ilə Vaqif prospektinin kəsişməsində yolayırıcını düzünə keçərkən svetaforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirib sürücü X3 etibarnamə əsasında idarə etdiyi “Kia Sportage” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində “Mercedes Vito” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs və X1 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 xx.xx.2022-ci tarixli, 845 №-li məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ bud-çanaq oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan bud-çanaq oynağı nahiyəsinin şişkinlik halında hematoması bərk küt əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 xx.xx.2022-ci tarixli, 875 №-li məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Ş.B.Kazımovanın bədənində aşkar olunmuş xəsarətlər – sol bud-çanaq oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan hematoma halında əzilməsi, döş qəfəsinin sağ yan səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 həftə əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X7 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 xx.xx.2022-ci tarixli, 874 №-li məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə X7 müraciət edərkən ona “Döş qəfəsinin sağ yarısının küt travması” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnoz xəsarətlərin obyektiv izləri ilə (qançır, şişkinlik, yara, sıyrıq və s.) təsvir olunmadığından və göstərilən tibbi yardım haqqında heç bir qeydiyyat aparılmadığından, qərarda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 09.20 radələrində özünə məxsus, idarə etdiyi “Mercedes Vito” markalı, **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi ilə üzü Koroğlu parkı istiqamətində hərəkətdə olan zaman C.Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində svetaforun qırmızı işığında yolayırıcını düzünə keçərkən sağ tərəfdən Vaqif prospekti ilə hərəkətdə olan X3 idarə etdiyi “Kia Sportage” minik markalı, **- SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə idarə etdiyi “Mercedes Vito” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən sərnişinlər Zərərçəkmiş şəxs və X1 yüngül bədən xəsarətlərinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar