Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4039/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Qərarından şikayət verilmiş orqan Bakı şəhər BPİ-nin X11 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin X3 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-4636/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, X2 Bakı şəhər X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 21373509 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 21373509 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə X5 "xxxx"ASC-nə direktor təyin edilmişdir. Cəmiyyətə məxsus ** AZ *** dövlət qeydiyyat nişanlı "JEEP" markalı avtomobil 01.03 2024-cü il tarixdən onun tərəfindən idarə edilir. (yol vərəqi № 0000198) Lakin cəmiyyətin sabiq işçisi X4 ** AZ *** dövlət qeydiyyat nişanlı “JEEP” markalı avtomobili idarə etmədiyi halda onun barəsində həmin avtomobili idarə etdiyinə gorə İXM-nin 328.1-ci və İXM-nin 332.3-cü maddəsinin tələbini pozduğu üçün elektron qərarlarla uyğun olaraq 10 manat və 300 manat cərimə edilmişdir. X9 əmək müqaviləsinə xx.xx.2023-cü tarixdə xitam verilmiş idi. İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan xəta sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməkdir. Bu maddəyə əsasən S.Əliyev 300 manat məbləğdə cərimə olunmuşdur. Həmin vaxt S.Əliyevin əmək müqaviləsinə xitam verildiyi üçün cəmiyyətin abtomobilini idarə edə bilməzdi. Bundan başqa həmin vaxtlar məhkəmə tərəfindən S.Əliyev barəsində azadlığın məhdudlaşdırılması barədə məhkəmə hökmü çıxarılmışdır. Tərtib olunmuş elektron qərarlar müəssisəyə və S.Əliyevə təqdim olunmamışdır. Həmən səbəbdən də bu yalnış cərimə mübahisələndirilməmişdir. DYPİ tərəfindən ** AZ *** dövlət qeydiyyat nişanlı "JEEP" markalı avtomobilin üzərinə həbs qoyulmuş və xx.xx.2024-cü il tarixdən avtomobil YPX-nin əməkdaşları tərəfindən götürülərək cərimə meydançasına yerləşdirilmişdir. Tətbiq olunmuş cərimə məbləğinə görə isə dəbbə pulu hesablanmış və hesablanmaqda davam edir. "xxxx" ASC-nin yuxarıda göstərdiyi uyğunsuzların aradan qaldırılması üçün Baş Dövlət YPİ-nə müraciət ünvanlamış, lakin heç bir nəticəyə nail ola bilməmişdir. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Müəssisəyə məxsus ** AZ *** dövlət qeydiyyat nişanlı “JEEP” markalı avtomobilin üzərinə həbs qoyub onu götürüb cərimə meydançasına yerləşdirməklə cəmiyyətin hüquqları YPİ tərəfindən kobud surətdə pozulmuşdur onun üçün də S.Əliyev barəsində tərtib olunmuş qərar ləğv edilməli və ASCyə məxsus avtomobilin üzərindən həbs götürülməlidir. Qeyd olunanların nəzərə alınaraq, müəssisəyə məxsus ** AZ *** dövlət qeydiyyat nişanlı “JEEP” markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və xx.xx.2024-cü il tarixli, EQ/ seriyalı 21373509 nömrəli qərarın ləğv edilməsini xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə1 DİN X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın qüvvədə saxlanılmasını, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X4 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, EQ/ 21373509 nömrəli qərar əsasında DİN X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 23:35-də X4 Azərbaycan Respublikası İXM-nin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən barəsində 300 manat məbləğində cərimə tətbiq edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-811/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən, X4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X2 xx.xx.2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdulaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının X3nə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi - bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyi X3 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixində, saat 23:35-də ünvan 1 ünvanında “JEEP GRAND CHEROKEE minik” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma durma qaydalarını pozması və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı (xx.xx.2024-cü il tarixli, EQ/ 21373509 nömrəli qərar əsasında) qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan əlavə iş üzrə qərar qəbul edilərkən X2 iştirakı olmadan, onun iştirakı ilə heç bir araşdırma aparılmadan xx.xx.2024-cü il tarixli, EQ/21373509 nömrəli qərar qəbul edilmişdir, həmçinin hadisə zamanı qeydə alınmış videogörüntülər ona təqdim olunmamışdır. Məhkəmə şikayət ərizəsinin “JEEP” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı “avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi”nə dair hissəsinə münasibətdə isə qeyd edir ki, qeyd olunan tələb hazırkı inzibati xəta haqqında iş üzrə icraatın predmeti deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4039/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4039/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver