Məhkəmə qərarları › İş №3(006)-4042/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4042/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4042/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin tərtib etmiş şəxs: X7 şöbəsinin inspektoru X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: oğlunun iştirakları ilə xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 03-də (H/Hos) qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 31 avqust 2022-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində idarə etdiyi “Vaz-2107” markalı, MS009TR21 qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, “Tik Tok” sosial şəbəkəsindən aşkar olunmuş görüntülərə əsasən Şəxs 31 avqust 2022-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində etibarnamə olmadan idarə etdiyi “Vaz-2107” markalı, MS009TR21 qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qəflətən onu sürətləndirməklə davamlı olaraq təkərləri yolun səthi ilə sürtərək səslər çıxarmış, çoxsaylı təkər izləri buraxmışdır. Bununla da o, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olur, “Mercedes-Benz” markalı, **-DF- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. “Vaz-2107” markalı, MS009TR21 qeydiyyat nişanlı avtomobil isə ona məxsus deyil, onun sahibi Fazil adlı şəxsdir. Bu avtomobili o, sadəcə olaraq cəmi iki dəfə idarə etmiş, bir dəfə Xaçmaz rayonu, Nabran qəsəbəsinə və bir dəfə də Nəsimi rayonu, metronun “Əcəmi” stansiyasının yaxınlığında asta sürətlə sürmüş, həmin vaxtı da heç bir avtoxuliqanlıq hərəkətlərinə yol verməmişdir. “Tik Tok” sosial şəbəkəsində olan görüntüdə o, həmin vaxtı bu avtomobili idarə etməmiş, onun adına açılmış hesabdan kimsə paylaşmışdır. İş materiallarında olan: - Şəxs Nəsimi Rayon Polis İdarəsinin X7 Şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatında göstərir ki, 31 avqust 2022-ci il tarixdə, saat 21:30 radələrində Nəsimi rayonu, Cavadxan-H.B.Əliyev küçələrində olan, sosial şəbəkədə qoyulan video görüntüdə üzərində tranzit nömrə olan MS009 nömrəsi “VAZ 2107” markalı avtomobil ona məxsus deyil, lakin görüntüdə avtomobili özü idarə edib, bir daha belə hallara yol verməyəcək. Həmin görüntünü “WhatsApp” sitəsilə özü qoyub, “Tik Tok” hesabı onun deyil. Avtoxuluqanlıq hərəkəti etməyib. - Fotoşəkildən görünür ki, “Vaz-2107” markalı, MS009TR21 qeydiyyat nişanlı avtomobilin ön mexanizm hissəsində dəyişikliklər edilib; - Diskdəki görüntülərə əsasən “Tik Tok” sosial şəbəkəsində “Maga_967” adlı səhifədə (aşağısında qeyd kimi “**-DF-***” yazılıb) yayımlanmış videoya görə sutkanın qaranlıq vaxtı şəhər daxilində qara rəngli “Vaz-2107” markalı, dövlət qeydiyyat nişanı dəqiq görünməyən bir avtomobilin sürücüsü onu digər nəqliyyat vasitələrinə nisbətdə yüksək sürətlə təkərləri yolun səthindən qaldırmaqla qərəzli şəkildə idarə edir, bir neçə dəfə sağ və sol tərəfdən manevrlər edərək əks istiqamətdə olan yola çıxır; - xx.xx.2020-ci il tarixli, AE seriyalı, 055854 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “BC” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş xətanın tərkibi vardır. Bu xətanın törədilməsi məhkəmədə Şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş dəlillərlə, o cümlədən diskdəki olan görüntülər və barəsində icraat aparılan şəxsin məhkəməyədək vermiş olduğu izahatı ilə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə (511.1.1-ci maddə); mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə (511.1.2-ci maddə); mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına (511.1.3-cü maddə) görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinə görə nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar