Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-405/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati icraat aparılan Lale Seidovanın iştirakı ilə, xx.xx.1976-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan (FİN:xxxxxxx), evli, orta təhsilli, ünvan 1 ünvanında qe7ydiyyatda olan və ünvan 2n Lale Seidova barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 19.01.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Lale Seidova 10.12.2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi «X1 C30 Minik» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə üzü D.Əliyeva küçəsi istiqamətində hərəkət edərək sağdan 2-ci zolaqla avtobus xəttinə keçmədən sağ istiqamətdə D.Əliyeva küçəsinə dönmək istədiyi anda R.Behbudov küçəsi ilə sağdan 1-ci zolaqla düzünə hərəkət edən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Tufan M-50” markalı, 49 kub mühərrikli mopedlə avtomobilin arxa hissəsi ilə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Aparılmış araşdırma nəticəsində Lale Seidovanın törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı Babək Mirzəyevin 09.01.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Lale Seidovanın əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Lale Seidova izahatında bildirdi ki, 10.12.2021-ci il tarixdə, saat 23 radələrində o, idarə etdiyi «X1 C30 Minik» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə R.Behbudov küçəsi ilə üzü D.Əliyeva küçəsi istiqamətində hərəkət edərək sağ istiqamətdə D.Əliyeva küçəsinə dönmək istədiyi anda Zərərçəkmiş şəxs idarə etdiyi moped onun tərəfinə daxil olub avtomobilinin arxa hissəsinə dəymişdir. Zərbənin təsirindən mopedin sürücüsü Zərərçəkmiş şəxs yerə yıxılmışdır. O da hadisə barədə 102 xidmətinə məlumat vermiş, daha sonra sığorta şirkətini məlumatlandırmışdır. Baş vermiş hadisədə onun heç bir təqsiri yoxdur, mopedin sürücüsü onun avtomobilinə dəymişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində icraat aparılan şəxs izahatında heç bir təqsiri olmadığını bildirsə də, buna əhəmiyyət verilməyərək hadisənin baş vermə şəraiti ətraflı tədqiq olunmamış, Zərərçəkmiş şəxs aldığı xəsarətə dair ekspert rəyi və izahatlarla kifayətlənilməklə Lale Seidovanın hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasının aşkar edilməsi üçün ekspertiza keçirilməmiş, iş üzrə araşdırma səthi aparılmışdır. Belə olan halda inzibati xəta haqqında protokola baxılarkən işi tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Sözügedən Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Lale Seidova barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi üzrə tərtib olunmuş 19.01.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-405/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-405/2022
15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver