Məhkəmə qərarları › İş №3(006)-4053/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4053/2022

02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4053/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol protokolu tərtib etmiş şəxs: Polisi İdarəsinin baş inspektoru X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68ci məhəllə, ev 07, mənzil 41-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 01 noyabr 2022-ci il tarixdə, saat 22:10 radələrində sürücülük hüququ olmadan «Opel Astra» markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ilə Azadlıq prospekti istiqamətində hərəkətdə olarkən yolun sağ kənarı ilə hərəkət edən X3 idarə etdiyi “Toyota Prius” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsinə dəyərək zərər çəkmiş şəxsə 300 manat məbləğində maddi ziyan yetirməklə yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Şəxs idarə etdiyi «Opel Astra» markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ilə Azadlıq prospekti istiqamətində hərəkətdə olarkən yolun sağ kənarı ilə hərəkət edən X3 etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsinə dəymiş, nəticədə zərər çəkmiş şəxsə 300 manat məbləğində ziyan yetirmişdir. Şəxs sürücülük vəsiqəsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, yeni vəsiqə almadan nəqliyyat vasitəsini idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 01 noyabr 2022-ci il tarixdə, saat 22:10 radələrində idarə etdiyi «Opel Astra» markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mirqasımov küçəsi ilə Azadlıq prospekti istiqamətində hərəkətdə olarkən sürəti azaltsa da, Azadlıq prospekti ilə hərəkət edən “Toyota Prius” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol tərəfinə dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Sürücülük vəsiqəsinin müddətinin bitməsindən xəbəri olmamışdır. Əməlindən səmimi peşmandır. Ona yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməsi tam sübuta yetirilir. İş materiallarında olan: - İnzibati xəta haqqında protokol və tərtib edilmiş sxemdən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:10-da Şəxs sürücülük hüququ olmadan «Opel Astra» markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ilə Azadlıq prospekti istiqamətində hərəkətdə olarkən yolun sağ kənarı ilə hərəkət edən X3 idarə etdiyi “Toyota Prius” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir; - Şəxs verilmiş AB 489698 nömrəli sürücülük vəsiqəsinin surətinə əsasən həmin sənədin müddəti xx.xx.2022-ci il tarixdə bitib. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İİ hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini onun İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar