Məhkəmə qərarları › İş №3(006)-4055/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4055/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4055/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs ASC 2024-cü ilin (aylıq) 4-əmək (aylıq) (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat avqust ayı üzrə sentyabr ayının 15-dək təqdim edilməli olduğu halda, sentyabr ayının 18-də 3 gün gecikmə ilə təqdim edilmiş, bununla da, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, 2024-cü ilin (aylıq) 4əmək (aylıq) (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabat avqust ayı üzrə sentyabr ayının 15-dək təqdim edilməli olduğu halda, sentyabr ayının 18-də 3 gün gecikmə ilə təqdim edilmiş və bununla bağlı İXM-nin 389-cu maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin bildirmişdir ki, protokol tərtib edilərkən hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən Şəxs ASC barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ünvanlanmış etiraz ərizəsinə uyğun izahata verərək bildirmişdir ki, Bakı Şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokolda tərəflərindən törədilməsi istinad edilən inzibati xətanı qəbul etmir, protokolu aşağıdakılara əsasən əsassız hesab edirlər:

1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 25 fevral 2014-cü il tarixli 15/06 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4-əmək №-li aylıq rəsmi statistika hesabatı formasfna əsasən Hesabat sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyrihökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları tərəfindən yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim edir.

2. Bununla əlaqədar elektron hesabatın təqdim edildiyi internet resursunda texniki nasazlıqla əlaqədar 2024-cü ilin avqust ayı üzrə təqdim edilməli olan hesabat sentyabr ayının 15-dək təqdim edilə bilməmişdir. Bununla əlaqədar Bakı Şəhər Statistika İdarəsi ilə əlaqə saxlanılaraq, məlumat verilmişdir. Qeyd olunan orqanın əməkdaşı tərəfindən bildirilmişdir ki, rəsmi statistik hesabat elektron qaydada təqdim edilə bilmirsə, kağız daşıyıcıda təqdim edilə bilər. Bu səbəbdən qeyd edilən hesabat kağız daşıyıcıda 18 sentyabr tarixdə təqdim edilmişdir. Bu fakt protokola əlavə edilən hesabatla da təsdiq edilir.

3. Beləliklə, hesabatın sentyabr ayının 15-dək təqdim edilməməsi Cəmiyyətlərindən asılı olmayan səbəbə görə baş tutmamışdır. Protokol tərtib edən orqan hesabatın kağız daşıyıcıda 18 sentyabr tarixində təqdim edilməsi ilə əlaqədar, həmçinin növbəti ay üzrə hesabat tarixinin 18 oktyabradək təqdim edilməsini məqsədəuyğun görmüş və Dövlət Statistika Komitəsinin elektron sistemində Cəmiyyətlərinin hesabatlarının təqdim edilməsi tarixini 18 oktyabr olaraq dəyişmişdir. Başqa sözlə, protokol tərtib edən orqanın özü hesabatların növbəti ayın 18-dək təqdim edilməsini məqsədəuyğun görərək, bu barədə sistemdə müvafiq qeyd etmişdir.

4. Həmçinin, protokol tərtib edilməzdən əvvəl Cəmiyyətlərinin nümayəndəsi izahat verilməsi üçün dəvət edilməmiş, izahat verilmə üçün dəvət edilmə barədə bildiriş İXM- nin 57-ci maddəsinin tələbləri pozulmaqla Cəmiyyətlərinə təqdim edilməmişdir. İş üzrə protokoldan da göründüyü kimi, protokol tərtib edən orqan “izahat verməkdən imtina etdi” qeydi yazmaqla kifayətlənmiş, bu faktı təsdiq edən sənədləri protokola əlavə etməmişdir. Halbuki, İXM-nin 8.2-8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

5. Beləliklə, inzibati xəta haqqında protokol Bakı Şəhər Statistika İdarəsinin hesabatı qəbul edən əməkdaşları ilə inzibati xəta haqqında icraat aparan əməkdaşları arasında məlumatların düzgün kommunikasiya edilməməsi səbəbindən tərtib edilmişdir.

6. Bunda başqa iş üzrə məhkəməyə təqdim edilmiş Dövlət Vergi Xidmətinin çıxarışından da göründüyü kimi, Cəmiyyətləri Nəsimi rayonu ərazisində deyil, Xətai rayonu ərazisində fəaliyyət göstərir. Beləliklə, protokol tərtib edən orqan, həmçinin, ərazi aidiyyəti qaydalarını pozmaqla işi Nəsimi Rayon Məhkəməsinə baxılması üçün göndərmiş, nəticədə İXM-nin 110.1-ci maddəsinin tələbini pozmuşdur. Beləliklə, cəmiyyətin əməlində inzibati xəta tərkibi olmamış, protokol tərtib edən orqan protokol tərtib edərkən izahatlarını almamış, protokol aidiyyət qaydaları pozulmaqla Nəsimi Rayon Məhkəməsinə baxılması üçün göndərilmişdir. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdim olunmuş materialları nəzərdən keçirib məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiyilin tələblərinə riayət olunmadığına görə həmin protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə görə hakim inzibati xətalar haqqında işlərə baxarkən maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında protokolda hüquqi şəxsin izahat verməkdən imtina etməsi barədə qeyd olsa da, inzibati xəta haqqında işə baxılması ilə bağlı hüquqi şəxsə məlumat verilməsinə dair bildiriş, həmin bildirişin həqiqətən hüquqi şəxsin ünvanına göndərilməsini və ona çatdırılmasını təsdiq edən hər hansı mötəbər sənəd iş materiallarına əlavə edilməmişdir. İşin bu halı isə hüquqi şəxsin inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatlı olmamasını və buna görə də protokolun onun nümayəndəsinin iştirakı olmadan tərtib edilməsini deməyə əsas verir. Halbuki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermək, işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər hüquqları vardır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs ASC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 118-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs ASC-nın Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinə geri qaytarılsın.

Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar