Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4058/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X5 Zərər çəkmiş şəxsin 34 saylı Vəkil bürosunun vəkili nümayəndəsi: X6 Barəsində icraat aparılan şəxs: Şəxs Barəsində icraat aparılan şəxsin“ALYANSVəkil bürosunun vəkili vəkili: X7 iştirakları ilə xx.xx.1969-cu il tarixdə Qubadlı rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 102, mənzil 50-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(028)-285/2014 saylı icra sənədi üzrə Şəxs hər ay 200 manat sabit pul məbləğində aliment xx.xx.2014-cü il tarixdən başlayaraq tutulub xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 verilməlidir. Borclu icra sənədində göstərilən tələbin heç bir üzürlü səbəblər olmadan icra etməmiş, nəticədə onun 20.000 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X10 izahat verərək göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(028)-285/2014 saylı icra sənədi üzrə Şəxs hər ay 200 manat sabit pul məbləğində aliment xx.xx.2014-cü il tarixdən başlayaraq tutulub xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 verilməlidir. Borclu icra sənədində göstərilən tələbin heç bir üzürlü səbəblər olmadan icra etməmiş, nəticədə onun 20.000 manat məbləğində aliment borcu yaranmışdır. Borclu Şəxs Rusiya Federasiyasının vətəndaşı olduğu və Azərbaycanda yaşamadığı üçün onun tapılıb icra sənədini icra etdirmək mümkün olmamış, nəticədə onun axtarışı elan edilmişdir. Şəxs xx.xx.2022-ci il tarixdə ölkəyə daxil olarkən saxlanılıb icra şöbəsinə təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq onun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxsin nümayəndəsi X11 izahatında göstərdi ki, Mamedov X8 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(028)-285/2014 saylı icra sənədi ilə müəyyən edilmiş aliment üzrə bugünə qədər heç bir ödəniş etməmiş, nəticədə onun 20.000 manat borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Rusiya Federasiyasının vətəndaşıdır, Azərbaycanda yaşamır. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(028)-285/2014 saylı icra sənədindən məlumatı olmamış, hətta sonuncu dəfə Azərbaycana 2019-cu ildə gələndə də bu barədə ona məlumat verilməmişdir. Ümumiyyətlə qeyd edir ki, o, tələbkar X4 ilə evləndikdən sonra onunla cəmi 2 ay yaşamış, sonradan çıxıb Rusiyaya getmiş, Bakıda olan mənzilini də ona vermişdir ki, gələcəkdə ona qarşı heç bir tələb olmasın. Lakin bu gün Heydər Əliyev adına X9 Bakıya daxil olarkən saxlanılıb Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə gətirilən zaman bilmişdir ki, onun aliment borcu var. Məsələni qısa müddət ərzində həll edəcək. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X12 izahatında bildirdi ki, Şəxs hazırda məsuliyyətə cəlb edilməsi üçün qanuni əsaslar mövcud deyil. Belə ki, o, barəsində olan icra sənədi ilə bu gün tanış olmuş və məsələni də qısa müddət ərzində yoluna qoyacaq. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirirək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsində Qubadlı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(028)-285/2014 saylı icra sənədi ilə bağlı xx.xx.2015-ci il tarixdə icraat başlanılsa da, borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından onun axtarılması barədə qərar qəbul edilmiş və Şəxs xx.xx.2022cu il tarixdə şöbəyə gətirildikdən sonra sözügedən icra sənədi ilə həmin gün tanış olmuşdur. Məhkəmənin sözügedən icra sənədi ilə bağlı “İcraata başlamaq haqqında” qərar və Könüllü icra barədə” bildiriş də məhz həmin günü təqdim edilərək ona icra sənədini 10 gün müddətində könüllü icra olunması təklif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Qeyd olunan Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Göründüyü kimi, icra məmuru tərəfindən borcluya icra sənədi üzrə müəyyən olunmuş müddət bitmədiyi üçün inzibati xəta haqqında protokol tərtib olunması istisna olunur, bununla da İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə icraat başlanıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-cı maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4058/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4058/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver