Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4060/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X11 İnzibati xəta haqqında iş üzrə Xocalı rayon prokurorununköməkçisi icraatın başlanması haqqında Nümayəndə2 qərarı qəbul etmiş orqan: Barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi hüquqi şəxs: Nümayəndə1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 26, mənzil 01, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Xocalı rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC X4 ilə əmək müqaviləsi bağlamadan 2024-cü ilin aprel ayının 02-dən 25dək Xocalı rayonunun işğaldan azad edilmiş ərazilərində fəhlə kimi onu müəyyən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında Xocalı rayon prokurorunun köməkçisi Nümayəndə2 bildirdi ki, Şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - qanuni təmsilçi X14 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq X4 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək sonuncunu 2024-cü ilin aprel ayının 02-dən 25-dək Xocalı rayonunun işğaldan azad edilmiş ərazilərində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar X12 və X13 izahatları, X4 ilə telefon danışığından sonra tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayış, “X20 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 9021 saylı məktubu, “X6 Sistemi”nin elektron soruğu bölməsinə baxış keçirilməsi haqqında protokollarla sübut olunur. C.İ.Yılmaz izahatında göstərmişdir ki, işçilər onu “Erol” adı ilə tanısalar da, əsil adı Yılmaz Cilingerdir. M.Kərimzadə xx.xx.2024-cü il tarixdən Cəmiyyət rəhbərliyinin göstərişi üzrə aylıq 600-700 manat əmək haqqı qarşılığında işə götürülmüş, sonuncu onun nəzarəti altında körpü tikintisi ilə bağlı işləri icra etmiş, 19-20 aprel 2024-cü il tarixdə iş yükü ağır olduğundan işdən ayrılmış və ayrılan zaman əməkhaqqını tələb etmiş, həmin vaxt işçilərin əməkhaqları verilmədiyi üçün M.Kərimzadəyə 100 manat vermiş və geri qalan 350 manat pulunu isə verəcəyini bildirmişdir. M.Kərimzadə də sonradan barəsində şikayət etmiş, o isə məsələni Şəxs MMC-nin işlərinə nəzarət edən “Ayaz” adlı şəxsə bildirdikdən sonra sonuncu şəxsi kart hesabından M.Kərimzadəyə 357 manat pul göndərmişdir. X15 izahatında bildirmişdir ki, ərazi üzrə faəliyyət göstərən Şəxs MMC-nin işlərinə nəzarət edən şəxslərdən Tuncay Karoğlu 2024-cü ilin mart ayının sonlarında M.A.Kərimzadənin işə götürülməsi məqsədi ilə şəxsi məlumatlarını “Whatsapp” proqramı vasitəsilə ona göndərmiş, o isə sonuncunun işğaldan azad edilmiş ərazilərə keçə bilməsi üçün şəxsi məlumatlarını aidiyyəti quruma göndərmişdir. Xatırladığı qədəri ilə M.Kərimzadənin ilk elektron icazəsi xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş, 10 günlük müddət tamam olduğu üçün T.Karoğlu elektron icazə müddətinin uzadılması ilə bağlı M.Kərimzadənin şəxsi məlumatlarını yenidən ona göndərmiş, beləliklə də, sonuncunun icazə müddəti xx.xx.2024-cü il tarixdən yenilənmişdir. Həmçinin sonradan öyrənmişdir ki, M.Kərimzadə GökceMMC-də işlədiyi müddət ərzində əməkhaqqını tam şəkildə ala bilmədiyi üçün etiraz edərək işdən ayrılmışdır. xx.xx.2024-cü il tarixli telefon danışığına dair arayışdan görünür ki, hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayan X4 2-3 aprel 2024-cü il tarixdən “Kolin” şirkətinin işləri ilə bağlı onunla əlaqəsi olan və adını xatırlamadığı şirkətdə aylıq 600 manat əməkhaqqı qarşılığında fəhlə kimi işə başlamış, MMC-də onu işə götürən və adını “Erol” kimi bildiyi şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə əməkhaqqında ona yalnız 100 manat verilmiş və geri qalan əməkhaqqını isə bir neçə günə verəcəyini qeyd etmişdir. O isə buna etiraz edərək Xocalı rayon polis şöbəsinə müraciət etmiş, bundan sonra “Erol” adlı şəxs tərəfindən plastik kart hesabına 357 manat pul göndərilmiş və geri qalan 150 manat əməkhaqqını istədikdə isə sonuncu işlədiyi müddət ərzində ona həmin pulla fərdi mühafizə vasitəsi aldığını bildirərək verə bilməyəcəyini qeyd etmişdir. “X20 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 9021 saylı məktubdan görünür ki, X1 (Kolin) tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Həmin şəxsə ərazidə işləmək üçün icazə Şirkət ilə Şəxs MMC arasında olan subpodrat müqaviləsinə əsasən Gökce MMC tərəfindən icra edilməli işlərin icrası üçün alınmış və həmin şəxs məhz Gökce MMC tərəfindən müvafiq işlərin icrasına cəlb edilmişdir. Arayışlardan görünür ki, rayon prokurorunun köməkçisi tərəfindən inzibati araşdırma ilə bağlı müvafiq sənədlərin əldə olunması və həmçinin hüquqi şəxsin qanuni təmsilçisinin və ya sair nümayəndəsinin izahatının alınması üçün Şəxs MMC-nin hüquqi ünvanına məktublar yazılsa da, MMC-nin rəhbərliyi tərəfindən rayon prokurorluğuna heç bir sənəd təqdim edilməmiş, izahatının alınması üçün mobil telefon vasitəsi ilə əlaqə saxlanılıb bu barədə onlara bildirilsə də, Polşa Respublikasında olduğunu bildirən hüquqi şəxsin qanuni təmsilçisi Soner Sumerkan və ya sair məsul şəxs rayon prokurorluğuna gəlməmişdir. “X6 Sisteminin” tədbiqi vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X2 portalda açılan pəncərədə GökceMMC ilə arasında iş yeri ilə bağlı heç bir məlumat yoxdur, yəni onlarla Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlanmamışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən Xocalı rayon polis şöbəsində toplanmış HK-2/268 nömrəli material nəzarət qaydasında yoxlanılarkən toplanmış materialda inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların aşkar edilməsi olmuşdur. Faktla əlaqədar Xocalı rayon prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, MMC Qarabağ ərazisində fəaliyyət göstərən tikinti şirkətidir. Şirkət 107 nəfər şəxslə qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlayaraq onları müəyyən işlərin görülməsinə cəlb etmişdir. Şirkət əmək müqaviləsi bağlamadan heç kimi orada işləməyə məcbur etməmişdir. X4 ilə hansı səbəbdən əmək müqaviləsinin bağlanılmadığı məlum deyil. Şirkətə yüngül cərimənin tətbiq olunmasını xahiş edir. İş materiallarında olan: • 25 aprel 2024-cü il tarixli raportda və 05 may 2024-cü il tarixli arayışda qeyd olunur ki, X5 xx.xx.2024-cü il tarixdə DİN-nin “102” xidmətinə müraciət edərək Xocalı rayonu, Sığnaq kəndində “Kolin” şirkətində fəhlə kimi işləməsini və şirkət sahibi olan Türkiyə Respublikasının vətəndaşı “Erol” adlı şəxsin 400 manat pulunu vermədiyini bildirmişdir; • “Telefon danışığı haqqında” 05 may 2024-cü il tarixli arayışlarda qeyd olunur ki: • X5 ilə ərizə və izahatının alınması üçün istifadəsində olan 051 ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlanılıb Xocalı rayon polis şöbəsinə dəvət edilmiş, lakin o, hazırda Ağdaş rayonunda olduğunu və ailə vəziyyəti ilə əlaqədar olaraq gələ bilməyəcəyini qeyd etmişdir. Telefon danışığı zamanı o, Xocalı rayonu, Sığnaq kəndində fəaliyyət göstərən “Kolin” şirkətində fəhlə kimi işləməsini və şirkət sahibi Türkiyə Respublikasının vətəndaşı olan “Erol” adlı şəxsin 400 manat pulunu vermədiyini, həftənin sonuna kimi pulunun veriləcəyi ilə bağlı razılaşdıqlarını bildirmişdir; • Türkiyə Respublikası vətəndaşı olan “Erol” adlı şəxslə izahatının alınması üçün istifadəsində olan +90-***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanılıb Xocalı rayon polis şöbəsinə dəvət edilmiş, lakin o, hazırda “Kolin” şirkətindəki işi ilə əlaqədar olaraq gələ bilməyəcəyini qeyd etmişdir. Telefon danışığı zamanı o, Xocalı rayonu, Sığnaq kəndində fəaliyyət göstərən “Kolin” şirkətində iş icraçısı kimi işləməsini, Məhəmməd Kərimzadənin onun yanında təxminən 10 gün işləməsini, ona əvvəlcədən 100 manat avans verdiyini, daha sonra yerdə qalan maaşı olan 300 manatı kart vasitəsilə göndərdiyini bildirmişdir. • 04 sentyabr 2024-cü il tarixli telefon danışığına dair arayışdan görünür ki, hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayan X4 2-3 aprel 2024-cü il tarixdən “Kolin” şirkətinin işləri ilə bağlı onunla əlaqəsi olan və adını xatırlamadığı şirkətdə aylıq 600 manat əməkhaqqı qarşılığında fəhlə kimi işə başlamış, MMC-də onu işə götürən və adını “Erol” kimi bildiyi şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə əməkhaqqında ona yalnız 100 manat verilmiş və geri qalan əməkhaqqını isə bir neçə günə verəcəyini qeyd etmişdir. O isə buna etiraz edərək Xocalı rayon polis şöbəsinə müraciət etmiş, bundan sonra “Erol” adlı şəxs tərəfindən plastik kart hesabına 357 manat pul göndərilmiş və geri qalan 150 manat əməkhaqqını istədikdə isə sonuncu işlədiyi müddət ərzində ona həmin pulla fərdi mühafizə vasitəsi aldığını bildirərək verə bilməyəcəyini qeyd etmişdir; • X9 Xocalı rayon prokurorluğunda verdiyi 05 sentyabr 2024-cü il tarixli izahatında qeyd olunur ki, işçilər onu “Erol” adı ilə tanısalar da, əsil adı Yılmaz Cilingerdir. M.Kərimzadə xx.xx.2024-cü il tarixdən Cəmiyyət rəhbərliyinin göstərişi üzrə aylıq 600-700 manat əmək haqqı qarşılığında işə götürülmüş, sonuncu onun nəzarəti altında körpü tikintisi ilə bağlı işləri icra etmiş, 19-20 aprel 2024-cü il tarixdə iş yükü ağır olduğundan işdən ayrılmış və ayrılan zaman əmək haqqını tələb etmiş, həmin vaxt işçilərin əməkhaqları verilmədiyi üçün M.Kərimzadəyə 100 manat vermiş və geri qalan 350 manat pulunu isə verəcəyini bildirmişdir. M.Kərimzadə də sonradan barəsində şikayət etmiş, o isə məsələni Şəxs MMC-nin işlərinə nəzarət edən “Ayaz” adlı şəxsə bildirdikdən sonra sonuncu şəxsi kart hesabından M.Kərimzadəyə 357 manat pul göndərmişdir; • “X20 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən Xocalı rayon prokurorluğuna göndərilmiş xx.xx.2024-cü il tarixli, 9021 saylı məktubdan görünür ki, X3 işğaldan azad edilmiş Xocalı rayonun ərazisində işləməsi üçün alınan icazəni “X20 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin subpodratçısı olan GökceMMC-nin məsul şəxslərinin müraciətləri əsasında alınmışdır. X1 (Kolin) tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Həmin şəxsə ərazidə işləmək üçün icazə Şirkət ilə Şəxs MMC arasında olan subpodrat müqaviləsinə əsasən Gökce MMC tərəfindən icra edilməli işlərin icrası üçün alınmış və həmin şəxs məhz Gökce MMC tərəfindən müvafiq işlərin icrasına cəlb edilmişdir; • X13 Xocalı rayon prokurorluğunda verdiyi izahatında qeyd olunur ki, ərazi üzrə faəliyyət göstərən Şəxs MMC-nin işlərinə nəzarət edən şəxslərdən Tuncay Karoğlu 2024-cü ilin mart ayının sonlarında M.A Kərimzadənin işə götürülməsi məqsədi ilə şəxsi məlumatlarını “Whatsapp” proqramı vasitəsilə ona göndərmiş, o isə sonuncunun işğaldan azad edilmiş ərazilərə keçə bilməsi üçün şəxsi məlumatlarını aidiyyəti quruma göndərmişdir. Xatırladığı qədəri ilə M.Kərimzadənin ilk elektron icazəsi xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş, 10 günlük müddət tamam olduğu üçün T.Karoğlu elektron icazə müddətinin uzadılması ilə bağlı M.Kərimzadənin şəxsi məlumatlarını yenidən ona göndərmiş, beləliklə də, sonuncunun icazə müddəti xx.xx.2024cü il tarixdən yenilənmişdir. Həmçinin sonradan öyrənmişdir ki, M.Kərimzadə Gökce MMC-də işlədiyi müddət ərzində əməkhaqqını tam şəkildə ala bilmədiyi üçün etiraz edərək işdən ayrılmışdır. • Xocalı rayon prokurorunun “İnzibatı xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; • Müvafiq portaldan çıxarışdan aydın olur ki, Şəxs MMC-nin (VÖEN: **********) hüquqi ünvanı ünvan 2rkandır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə (hadisə baş verən vaxtı qüvvədə olan redaksiyası) görə: • Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (3-cü maddə); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7-ci maddənin 2-ci hissəsi); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (49-cu maddənin 1-ci hissəsi). Məhkəmədə müəyyən olunur ki, Şəxs MMC-də X4 ilə əmək müqaviləsi bağlamadan 2024-cü ilin aprel ayının 02-dən 25-dək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan və hüquqi qüvvəsini almadan işə cəlb edilərək fəhlə kimi işlədilmiş və bu fakt məhkəmədə tədqiq edilmiş dəlillərlə təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1-ci maddə); hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2-ci maddə); hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3-cü maddə) və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4-cü maddə). Bu Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək aşağı həddə cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4060/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4060/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver