Məhkəmə qərarları › İş №3(006)-4063/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4063/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4063/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında X4 Xidmətinin protokolu tərtib etmiş: nümayəndəsi Nümayəndə1 Elxan oğlunun Barəsində inzibati xəta Şəxs MMC-nin nümayəndəsi haqqında iş üzrə icraat Nümayəndə2 aparılan: iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi üzrə tərtib olunmuş 08 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC tərəfindən X3, X8, X5, X1 və X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 29 iyun 2024-cü il tarixdən 08 avqust 2024-cü il tarixdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə1 Elxan oğlu izahatında göstərdi ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya portalında X3, X8, X5, X1 və X6 barədə işçi statusu ilə icazələr alınmış, lakin işəgötürən tərəfindən həmin işçilərlə əmək müqaviləsinin bağlanılmaması müəyyən edilmişdir. Bu faktın əlavə araşdırılması ilə əlaqədar işəgötürənlərə rəsmi qaydada dəvət bildirişi göndərilmiş və işəgötürən tərəfindən sözügedən məsələnin əksini sübut edəcək hər hansı əsaslandırma təqdim olunmadığı üçün işçi statusu ilə alınan icazələrə dair çıxarış təkzib edilməmiş sübut kimi qiymətləndirilmişdir. Buna görə də Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə 08 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, protokol tərtib edilərkən iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçun lazımi tədbirlər görülməmiş, yalnız Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsas götürülməklə protokol tərtib edilmişdir. İşğaldan azad olunmuş ərazilərdə icra etdikləri dövlət əhəmiyyətli və ölkə rəhbərliyinin birbaşa nəzarəti altında olan layihələr icra olunmaqdadır. Dövlət əhəmiyyətli layihələr ilə əlaqədar daim işğaldan azad olunmuş ərazilərə səfərlərin edilməsi zərurəti vardır. MMC-nin birbaşa tikinti fəaliyyətinin göstərmədiyini nəzərə alaraq layihələri icra edən onlarla subpodratçılar üçün işğaldan azad edilmiş ərazilərə iş icazəsini verən qurumla əlaqə saxlanılmış və bu zaman müvafiq qurum tərəfindən bildirilmişdir ki, cəmiyyətin layihələri üzrə xidmət göstərən subpodratçıların əməkdaşlarına işğaldan azad edilmiş ərazilərə iş icazəsinin alınması ilə bağlı cəmiyyətin adından müraciətin edilməsi zəruridir. Bu tələb isə ərazidə baş verə biləcək hadisələrə vaxtında reaksiyanın verilməsi və nəzarətin təmin edilməsi ilə bağlı operativ şəkildə icazə üçün müraciət edən hüquqi və ya fiziki şəxsin aşkarlanması ilə əlaqədardır. Tikinti prosesin dayanmaması və subpodratçılarla dövlət müəssisəsinin münasibətlərinin tənzimlənməsi, o cümlədən icazə verən müvafiq qurumların iş yükünün artmaması xahişi nəzərə alınaraq subpodratçılarla icazə verən qurum arasında vasitəçilik etməyə dəstək olmuşlar. Beləliklə, subpodratçılardan onlara hansı şəxslərin azad olunmuş ərazilərə daxil olmasının zəruri olması barədə cədvəl formasında məlumat daxil olur və bu məlumatlar toplanaraq icazə verən quruma icazələrin aktivləşdirilməsi üçün təqdim edilir. Həmin cədvəldə subpodratçıların əməkdaşlarının şəxsiyyət vəsiqəsi məlumatları və hansı subpodratçının əməkdaşı olması barədə məlumatlar əks etdirilir. Bu məlumatların dəqiqliyi sadəcə subpodratçılara məlumdur və MMC olaraq onların doğruluğuna heç bir məsuliyyət daşımadan sadəcə icazə verən quruma təqdim edilməsində vasitəçilik rolu oynayırlar. Həmin cədvəldə subpodratçının, onun əməkdaşlarının adı və digər məlumatlar əks olunmaqla həmin əməkdaşların cəmiyyətlə heç bir əlaqəsinin olmadığı və müvafiq subpodratçının əməkdaşı olması qeyd edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilir ki, guya həmin şəxslər MMC-nin əməkdaşlarıdır və əmək müqaviləsi olmadan işlədilərək işğaldan azad edilmiş ərazilərə göndərilib. Rəsmi qaydada və şifahi danışıqlar zamanı dəfəlrlə bildirilmişdir ki, həmin şəxslər cəmiyyətin əməkdaşları deyil, sadəcə subpodratçılarla müvafiq qurum arasında vasitəçilik funksiyasını icra etmişlər. Həmin şəxslərlə əmək müqaviləsinin bağlanmamasına görə heç bir halda məsuliyyət daşımır və müvafiq subpodratçıların adları da siyahılarda təqdim edilmiş, həmin mənbələrə əsasən işəgötürən olaraq subpodratçıların çıxış etməsi aydındır. Bundan əlavə, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol heç bir sübuta istinad edilmədən tərtib edilmiş, protokol tərtib edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Portaldan çıxarışa əsasən Şəxs MMC tərəfindən xx.xx.2024cü il tarixdə işçi kimi X3, X8, X5, X1 və X6 barəsində icazə ilə bağlı müraciət edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, X4 Xidməti tərəfindən iş üzrə bütün faktiki halların tam və hərtərəfli qaydada öyrənilməsi üçün lazımi təbdirlər görülməmiş, X3, X8, X5, X1 və X6 müəyyən olunub izahatları alınmamış və onların Şəxs MMC-yə aidiyyətinin olub-olmaması dəqiqləşdirilməmiş, faktla bağlı Şəxs MMC-nin göstərdiyi dəlilləri təkzib edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da hüquqi şəxsin təqsirini şübhə altına almayacaq təkzibedilməz dəlillər toplanılmamışdır. Qeyd olunan prosessual hərəkətlər həyata keçirilmədən və mühüm əhəmiyyət kəsb edə biləcək bütün hallar araşdırılmadan inzibati xəta hadisəsinin mövcudluğunu müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3cü maddə); • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); • Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddə); • Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (53.2-ci maddə); • Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi hər hansı mötəbər dəlillərlə öz təsdiqini tapmadığından Şəxs MMC barəsində başlanılmız iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114-117-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar