Məhkəmə qərarları › İş №3(006)-407/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-407/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-407/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: 24 dekabr 2021-ci il tarixdə saat 20 radələrinda X3 idarə etdiyi “Mitsibushi Pajero” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayon, A.Məhərrəmov küçəsi ilə hərəkət edən zaman yolun ikinci zolağında, yəni hərəkət hissəsində saxlamış və onun avtomobilində olan sərnişin, Zərərçəkmiş şəxs düşən zaman, həmin küçədə hərəkətdə olan, Şəxs idarə etdiyi “Qaz 33021” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı yük maşını ondan qaçırmaq üçün yolun sağında qanuni şəkildə dayanan, X1 “Opel Vectra” markalı, **-SE-*** d.q.n-lı avtomobil ilə toqquşmuşdur. Bu zaman onun yük maşınının güzgüsü, Elnur Sultanovun avtomobilində sərnişin olan Zərərçəkmiş şəxs kürəyinə dəymiş və yerə yıxılmışdır. Nəticədə, Zərərçəkmiş şəxs YÜNGÜL bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, 24.12.2021-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi “Qaz 33021” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ilə hərəkət edən zaman yolun ikinci zolağında “Pajero” markalı avtomobilin saxlayıb adam düşürdüyünü görmüş və bu zaman o, yük maşını ilə toqquşmaqdan yayınmaq məqsədilə avtomobili qaçırmaq istəyən zaman sağa çəkərək yolun sağında dayanan “Opel” markalı avtomobili vurmuşdur. Bu zaman “Pajero” markalı avtomobildən enən sərnişin onun yük maşınına dəyməklə xəsarət almışdır. Daha sonra zərərçəkmiş şəxslər X7 avtomobili ilə xəstəxanaya müayinə üçün aparılmışdır. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə icraata dair barəsində cərimə cəzasının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs yol nəqliyyat hadisəsi ilə əlaqədar tanıyır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 24.12.2021-ci il tarixdə, saat 20 radələrində X2 idarə etdiyi “Mitsibushi Pajero” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil də sərnişin qismində olmuş və onlar Bakı şəhəri, Nəsimi rayon, A.Məhərrəmov küçəsi ilə hərəkət edən zaman Elnur Sultanov yolun sağında avtomobili saxlamış və o, avtomobildən endikdən təxminən 03 dəqiqə sonra endiyi avtomobildən iki maşın aralıda olarkən “Qaz 33021” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı yük maşını “Opel Vectra” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Həmin vaxt “Qaz 33021” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı yük maşınının güzgüsü onun kürəyinə dəymiş və o, “Opel Vectra” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mitsibushi Pajero” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arasında qalaraq xəsarət almışdır. Daha sonra o, özünü itirmiş və KTM-də ayılmışdır. Lakin Şəxs onunla ümumiyyətlə maraqlanmamış və ona dəymiş maddi ziyanı ödəmək təşəbbüsünü göstərməmişdir. Hal-hazırda hadisə nəticəsində ona dəymiş ziyan ödənilmədiyindən və sığorta ilə əlaqədar ona ödənilməli olan məbləği əldə edə bilmədiyindən Şəxs şikayətçidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 tərəfindən verilən 1294 saylı, 11.01.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ əlin əzilmiş-cırılmış yarası, sağ diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, burun nahiyəsinin səthi əzilmiş-cırılmış yaralan, alın nahiyəsinin, sağ əlin, hər iki diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X5 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 24.12.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Mirdamət Qədirli tərəfindən qəbul edilmiş 14 yanvar 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara əsasən yuxarıda qeyd edilmiş hadisə ilə bağlı toplanmış HK- 1/1054 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında iştirak edən şəxsi dinləyib, inzabat xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi tərəflərin izahatı, Nəsimi rayon Polis İdarəsi DYPŞ-nin YNH üzrə baş inspektoru Rəşad Süleymanov tərəfindən tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Şəxs oğlunun törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar