Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4078/2023 11.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 86, mənzil 07; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-02076/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC tərəfindən gömrük orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsi, daşınması, yüklənməsi əməliyyatları həyata keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • xx.xx.2023-cü il tarixli Akta əsasən Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən anbarına baxış keçirilən zaman xüsusi gömrük proseduru altında saxlanmalı olan 126 bəyannamə üzrə ümumi gömrük dəyəri 3.288.216,78 manat olan mal və materialların sayılıb, ölçülüb, çeşidlənməsi həyata keçirilmiş, bu vaxtı mal və materialların istifadə olunduğu aşkar olunmuşdur; • Şəxs MMC xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək “Müvəqqəti Saxlanc” xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların hamısının cəmiyyətə məxsus anbarda istifadə olunmadan saxlanıldığını bildirmiş və yaranmış anlaşılmazlığın səbəbi kimi gömrük orqanları tərəfindən eyniləşdirmə üçün əsas gömrük bəyannaməsinin nömrəsi olması, lakin şirkətdə eyniləşdirmənin PO (Purchase Order-Sifariş Sənədi) nömrəsi ilə aparılması göstərilmişdir. Mallara təkrar yoxlama keçirilməsi üçün yenidən komissiya təşkil edilməsi xahiş olunaraq müvəqqəti saxlancda olan malları təqdim ediləcəyi bildirilir; • Şəxs MMC-də Dəniz bazasının supervayzeri vəzifəsində işləyən X2 03 iyul 2023-cü il tarixli izahatında qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 22-ci km-də yerləşən “X16 LİMİTED" MMC-və məxsus “Dəniz təchizat və Loqistika” bazasında işdə olan zaman “Edelvveis” şirkətində işləyən Əlizadə Cavadov ona məxsus mobil telefon nömrəsinə zəng edərək gömrük nümayəndəsinin müvəqqəti saxlancda olan mallara baxış keçiriləcəyini bildirmişdir. Bundan təxminən 1-2 saat sonra “Edelvveis” şirkətindən Əlizadə Cavadov və Anar adlı gömrük nümayəndəsi Şəxs MMC-yə məxsus Dəniz təchizat və Logistika bazasına daxil olmuşlar. Bundan sonra Əlizadə Cavadov ona gömrük bəyannamələri təqdim edərək bəyannamədə olan malların harada olmasını soruşmuşdur. O isə malların qeydiyyatını gömrük bəyannaməsi ilə aparmadıqlarını bildirmişdir. Belə olan halda o, Əlizadə Cavadova bildirmişdir ki, anbarda saxlanılan mallar həddən artıq çoxdur və ona satınalma nömrəsini bildirsin. Əlizadə Cavadov isə ona heç bir satınalma nömrəsi təqdim edə bilməmiş, onların axtardıqları malların anbarda olan yeşiklərin içərisində ola biləcəyini demiş və anbarda olan yeşikləri Anar adlı gömrük əməkdaşına və “Edelvveis” şirkətinin işçisi Əlizadə Cavadova göstərmişdir. Onlar həmin yeşiklərə çöldən baxmışlar. Bu zaman ona zəng gəlmiş və o, telefonla danışmaq üçün kənara çəkilmişdir. Təxminən 2-3 dəqiqə telefonla danışdıqdan sonra geri qayıdarkən “Edelvveis” şirkətindən Əlizadə Cavadov və Anar adlı gömrük əməkdaşının artıq getdiklərini görmüşdür. Bundan təxminən 15 dəqiqə sonra Cavadov Əlizdadə ona zəng edərək akta qeyd etmək üçün lazım olduğunu bildirərək soyadını soruşmuşdur. O da Əlizadəyə soyadını bildirsə də, o hər hansı bir akta qol çəkməmişdir. Bundan sonra “X16 LİMİTED" MMC-də Baş Ofisdə Təchizat işləri üzrə supervayzer vəzifəsində işləyən Taleh Atayev ona zəng edərək ilk öncə müvəqqəti gələn malların harda olduğunu soruşmuşdur. O isə həmin malların anbarda olduğunu bildirmişdir. Daha sonra Taleh həmin mallar anbarda olduğu halda nə üçün gömrük əməkdaşına təqdim etmədiyini və akta nə üçün imza atdığını soruşdu. O isə cavabında malların anbarda qutularda olduğunu göstərdiyini və heç bir akta qol çəkmədiyini bildirmişdir. Keçirilmiş baxışın nəticəsi olaraq gömrük əməkdaşı tərəfindən tərtib olunmuş aktda 126 bəyannamə üzrə olan malların aşkar edliməməsi barədə qeyd həqiqəti əks etdirməmişdir. Bütün mallar anbarlarında rəflərdə, bəziləri isə bağlı taxta qutularda olmuşdur. Yaranmış anlaşılmazlıqlardan biri gömrük orqanları tərəfindən eyniləşdirmə üçün əsas gömrük bəyannaməsinin nömrəsi olması, lakin şirkətdə eyniləşdirmənin PO (Purchase Order-Sifariş Sənədi) nömrəsi ilə aparılmasıdır. Şəxsən müvəqqəti saxlancda olan malları təqdim edəcəyini bildirərək mallara təkrar yoxlama keçirilməsi üçün yenidən komissiya təşkil edilməsini xahiş etmişdir; • LQC181101 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilə əsasında “X16 LİMİTED" MMC-nin gömrük işlərini həyata keçirən "xxxx" MMC şirkətində gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyən X3 izahatında bildirmişdir ki, o, “Edelweiss Logistics MMC-də gömrük işləri üzrə mütəxəssis işləyir. xx.xx.2023-cü il tarixdə əməliyyat şöbəsinin inspektoru Məmmədov Anar telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq anbarda saxlancda olan yüklərə baxış keçirəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə “X9 Limited” şirkətinin ünvan 3 ünvanda yerləşən anbarına getmişlər. X15 tərəfindən təqdim olnan bəyannaməyə əsasən yüklərə baxış keçirilmiş, lakin saxlancda olan mallara cavabdeh olan anbar işçisi həmin gün işdə olmadığına görə yüklərin bir qismini tapmaqda çətinlik çəkmişlər. “X10 Limited” şirkətinin anbarına daxil olan yüklər, TİR-dan boşaldılan kimi anbarda quraşdırılmış xüsusi metal rəflərdə yığılır. Daha sonra baş anbardara müraciət edilmiş, lakin anbardar gömrük bəyannaməsi nömrəsi ilə yükü sistemlərində axtarışa verə bilmədiyini bildirmiş və onların anbarında yüklərin axtarışı ancaq PO (Purchase Orde-Sifaris Sənədi) nömrəsi ilə aparıldığını söyləmişdir. Bu səbəbdən yoxlanış tam təmin olunmadığı üçün Məmmədov Anar, “yüklərin istifadə olunduğu aşkarlanmış” kimi akt tərtib edib və ona akta qol çəkməli olduğumu bildirmişdir. “X10 Limited” şirkətində “Yaşıl işıq” adlı daxili prosedur var, yəni ofisdən hər hansı malın istifadəsinə icazə ilə bağlı öz daxili sistemlərində təsdiq gəlməyənə qədər, o yüklərə toxunmaq, qutusunu açmaq və ya istifadə etmək qəti qadağan olunduğunu bildirmişdir; • 31 iyul 2023-cü il tarixdə Şəxs MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesində yerləşən anbarında “müvəqqəti saxlanc” xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Saxlancda olan mallara baxış keçirilməsi haqqında 31 iyul 2023-cü il tarixli protokola əsasən baxış zamanı 126 gömrük bəyannaməsi üzrə “Müvəqqəti Saxlanc” xüsusi gömrük prosedurunda saxlanılmalı olan, ümumi gömrük dəyəri 3.288.216,78 manat olan mal və materialların istifadə olunmadığı bəyannamələr üzrə eyniləsdirilərək təsdiq olunmuş və anbarda mövcud olduğu müəyyən edilmişdir. • Şəxs MMC-nin nümayəndəsi X5 03 avqust 2023-cü il tarixli izahatında “Müvəqqəti saxlanc” xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların istifadə olunmadığını, ancaq zərurət olduğu üçün malların avtokara yüklənərək başqa yerə daşındığını bildirmişdir. • "xxxx" MMC-nin nümayəndəsi X13 08 avqust 2023-cü il tarixli izahatında “Müvəqqəti saxlanc” xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların istifadə olunmadığını, ancaq gömrük orqanının icazəsi olmadan malların verinin dəyişdirildiyini, anbarda avtokarlara yüklənərək daşındığını bildirmişdir. • "xxxx" MMC-nin nümayəndəsi X4 08 avqust 2023-cü il tarixli izahatında 31 iyul 2023-cü il tarixdə Şəxs MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesində yerləşən anbarında “müvəqqəti saxlanc” xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara baxış keçirildiyini, bu barədə protokol tərtib olunduğunu, anbarda saxlancda olan mal və materialların istifadə olunmadığını bildirmişdir. • "xxxx" MMC-nin direktoru X14 10 avqust 2023-cü il tarixli izahatında bildirmişdir ki, "xxxx" MMC loqistika, nəqliyyat və ekspedisiya fəaliyyətləri ilə məşğul olur. 14 dekabr 2018-ci il tarixli, LQC181101 nömrəli müqaviləyə əsasən “X12 Limited” MMC-yə nəqliyyat, gömrük rəsmiləşdirilməsi, loqistika xidmətləri həyata keçirilir. Müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda olan mallara gömrük baxışı keçirmək üçün gömrük inspektoru təyin edilmişdir. Onların işçisi ilə birlikdə saxlancda olan mallara baxış keçirilmişdir. Baxış zamanı verilmiş gömrük bəyannamələri üzrə malların identifikasivası anbardar tərəfindən PO istifadə olunduğu üçün həmin malların eyniləşdirilməsi mümkün olmamışdır. Sonra yenidən gömrük orqanına müraciət olunmuş və mallara baxış keçirilmişdir. Bu zaman mallara PO üzrə eyniləşdirmə aparılmışdır. Təkrar baxış zamanı 120-yə yaxın bəyannamə PO ilə üzləşdirilmiş və mallar eyniləşdirilmişdir. Müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda olan mallar sərbəst dövriyyə gömrük prosedurunda bəyan olunan mallar avtokar vasitəsi daşınaraq yerləri dəyişdirilmişdir. Ancaq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında olan mallar istifadə olunmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir verdən başqa yerə yüklənməsinə, qablasdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablasdırılmasına və va daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılması inzibati xəta tərkibi yaradır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək, dövlətin xeyrinə imtina olunanadək, malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud həmin Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək və ya mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olurlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4078/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4078/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver