Məhkəmə qərarları › İş №3(006)-4085/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4085/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4085/2023 11.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan X2 hüquqi şəxsin nümayəndəsi: iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, A.A.Bakıxanov küçəsi, ev 24, “Bridge Plaza”; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC 6.499.348,80 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsaitdən 1.068.237,60 Rusiya rublu dəyərində alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən OOO "xxxx" şirkəti arasında malların alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, FLM/AZE-04 saylı müqavilə imzalanmışdır. Bu müqavilə üzrə MMC-nin "xxxx" ASC-də olan hesabından həmin şirkətə xx.xx.2021-ci il tarixli, 92/00021 saylı invoys üzrə xx.xx.2021-ci il tarixdə qabaqcadan ödəniş kimi 6.499.348,80 Rusiya rublu məbləğində pul göndərmişdir. Bununla əlaqədar OOO "xxxx" şirkəti tərəfindən MMC-nin ünvanına göndərilən bütün mallar, o cümlədən 1.068.237,60 Rusiya rublu dəyərində mallar da **********0051 və **********8825 saylı gömrük bəyannamələri ilə ölkəyə idxal olunmuşlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2023-cü il tarixli məlumatda qeyd olunur ki, Şəxs MMC xx.xx.2021-ci il tarixdə ölkə xaricinə 6.499.348,80 Rusiya rublu göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsaitdən 1.068.237,60 Rusiya rublu dəyərində alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən OOO "xxxx" şirkətinin hesabına qabaqcadan ödəniş kimi xx.xx.2016-cı il tarixli, FLM/AZE-04 saylı müqavilə ilə bağlı 92/00021207-21, 92/00021336-21, 92/00021418-21, 92/00021466-21, 92/00021549-21, 92/00021575-21, 92/00021747-21, 92/00021769-21, 92/00021770-21, 92/00021850-21, 92/00021836-21 və 92/00021856-21 saylı invoyslar üzrə xx.xx.2021-ci il tarixdə 6.499.348,80 Rusiya rublu məbləğində pul göndərilmişdir; • Şəxs MMC ilə OOO "xxxx" şirkəti arasında xx.xx.2016-cı il tarixli, FLM/AZE-04 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır (müqavilənin imzalanma tarixi xx.xx.2016-cı il tarix göstərilmişdir); • **********0051 saylı gömrük bəyannaməsinə görə OOO "xxxx" şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına xx.xx.2016-cı il tarixli, FLM/AZE-04 saylı müqavilə ilə bağlı 92/00021336-21 saylı invoys üzrə 494.575,20 Rusiya rublu dəyərində göndərilmiş mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur; • **********8825 saylı gömrük bəyannaməsinə görə OOO "xxxx" şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına xx.xx.2016-cı il tarixli, FLM/AZE-04 saylı müqavilə ilə bağlı 92/00021207-21 saylı invoys üzrə 573.662,40 Rusiya rublu dəyərində göndərilmiş mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur. Beləliklə müəyyən edilir ki, Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən OOO "xxxx" şirkəti arasında malların alqı-satqısına dair xx.xx.2016-cı il tarixli (imzalanma tarixi xx.xx.2016-cı il), FLM/AZE-04 saylı müqavilə imzalanmışdır. Bu müqavilə üzrə MMC "xxxx" ASC-də olan hesabından həmin şirkətə 92/00021207-21, 92/00021336-21, 92/00021418-21, 92/00021466-21, 92/00021549-21, 92/00021575-21, 92/00021747-21, 92/00021769-21, 92/00021770-21, 92/00021850-21, 92/00021836-21 və 92/00021856-21 saylı invoyslar üzrə xx.xx.2021-ci il tarixdə 6.499.348,80 Rusiya rublu məbləğində pul göndərilmişdir. **********0051 və **********8825 saylı gömrük bəyannamələrinə uyğun olaraq protokolda göstərilən 1.068.237,60 Rusiya rublu dəyərində alınan mallar 02 və 03 avqust 2021-ci il tarixlərdə ölkəyə idxal olunmuşlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar