Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4087/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi – Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X2, icra vərəqəsi üzrə tələbkar X3 vəkili - Bakı şəhəri «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili X5, icra vərəqəsi üzrə borclu Şəxs vəkili - Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Nümayəndə, icra vərəqəsi üzrə borclu Şəxs iştirakları ilə, Vəzifəli şəxs - "xxxx" Mənzil-Tikinti Kooperativinin (bundan sonra – MTK) rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin böyük icra məmuru X6, Bakı şəhəri Nəsimi Məhkəməsinin e-2(006)-664/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin böyük icra məmuru X6 izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-664/2022 saylı icra vərəqəsinə əsasən borclu "xxxx" MTK-ya Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində X1 əsasında tikilmiş, sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin - ümumi yığıncağın qərarın, protokoldan çıxarışın, qeyri-yaşayış sahəsinin layihə-planın, tikinti obyektinin istismara icazə aktının tələbkar X4 verilməsi həvalə edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və həmin tarixdən icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə borcluya göndərilmiş, könüllü müddət ərzində məhkəmə qərarı icra edilmədiyi üçün borclu rəhbərinə inzibati məsuliyyət barədə xəbərdarlıq göndərilərək icra sənədinin icrasının təmin olunması tələb olunmuşdur. Borclu icra vərəqəsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş. Tələbkarın şikayəti əsasında borclunun səlahiyyətli nümayəndəsi icra şöbəsinə dəvət olunmuş, direktor Şəxs izahatında icra vərəqəsinin icra olunmasının səlahiyyətləri kənarında olmasını izah etmişdir. Lakin səlahiyyətlərinə aid olmamasına dair hər hansı bir sübut təqdim olunmamışdır. Əsaslı səbəblər olmadığına görə icra sənədinin icra olunmaması səbəbindən borclunun səlahiyyətli nümayəndəsi barəsində inzibati protokol tərtib olunmuşdur. “Caspian İnşaat MB» MTK-nın rəhbəri Şəxs icra vərəqəsini icra etməməmiş, müxtəlif bəhanələr gətirərək icra vərəqəsini icra etməkdən yayındığına görə borclunun rəhbəri - vəzifəli şəxs barəsində inzibati tənbeh tədbirinin tətbi edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra vərəqəsi üzrə borclu "xxxx" MTK-nın rəhbəri Şəxs izahatında göstərdi ki, barəsində tərtib olunmuş protokol əsassızdır. Həmin tələb olunan sənədlər MTK-da deyil MMC-yə məxsus olan sənədlərdir. O da MMC-nin direktoru deyil MTK-nın direktorudur. Həmin sənədlərin təqdim olunması onun səlahiyyətimdə deyildir. Bu nizamnamədə də göstərilmişdir. Yaşayış sahələri üçün müvafiq sənədləri o təqdim edir, lakin qeyri yaşayış sahələri üçün sənədləri isə birbaşa MMC təqdim edir. Ona görə barəsində tərtib olunmuş protokolu əsassız olduğundan barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra vərəqəsi üzrə borclunun vəkili Nümayəndə həmin MTK-nın və MMC-nin adı eyni addır. Belə ki, hər ikisi "xxxx" adlanır. İş Nəsimi Rayon məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında aparılanda da əslində iddiaçı ilkin olaraq cavabdeh qismində "xxxx" MMC-ni qoymuşdu. Bundan sonra "xxxx" MTK-nı işə cəlb etdilər və sonradan MTK-nı cavabdehə çevirdilər. Həmin dövrə aid olan MTK-nın sədri hal hazırda etdiyi əməllərə görə məhkəmənin qanuni qüvvəsini almış hökmü ilə həbsdədir. Sırf bu işlərə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunmuş və hal hazırda cəzasını çəkir. Bundan sonra Şəxs keçirilmiş ümumi yığıncaqla MTK-nın sədri seçilibdir. Şəxs belə bir səlahiyyəti olub-olmamasına dair müvafiq orqanlara sorğu verilə bilər. Bundan əlavə qeyd edir ki, müqavilənin ləğv olunması ilə bağlı iddia qaldırmışlar və həmin iddiaya Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatında baxılır. İcra məmuru tərəfindən iki əsasa görə icraatı dayandırmalıdır, birincisi hal hazırda həmin iş üzrə məhkəmə mübahisəsi gedir, ikincisi isə həmin Şəxs həmin sənədləri vermək səlahiyyəti yoxdur. Qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra vərəqəsi üzrə tələbkarın vəkili X7 izahatında bildirdi ki, protokol əsaslıdır. Belə ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi var, bu iş kifayət qədər məhkəmələrdə araşdırılmış və yekun qərar qəbul olunmuş və həmin qərar qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Əslində bu şəxslərin əllərindən çıxmış fayda var. Ona görə icra sənədini icra etmirlər. Ona görə də qərəz var. Qeyd olunanların nəzərə alınaraq protokol əsaslı olduğundan təmin olunmasını xahiş etdi. Məhkəmə iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəzifəli şəxs Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi hallar mövcud deyil və bu səbəbdən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-664/2022 nömrəli icra vərəqəsindən görünür ki, "xxxx" MTK-ya Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində X1 əsasında tikilmiş, sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin ümumi yığıncağın qərarın, protokoldan çıxarışın, qeyri-yaşayış sahəsinin layihə-planın, tikinti obyektinin istismara icazə aktının iddiaçı X4 verilməsi həvalə edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, "xxxx" MTKnın rəhbəri Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-664/2022 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4939/2024 saylı iş üzrə "xxxx" MMCnin cavabdeh X4 qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş icraatdadır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». 28.2-ci maddəsinə görə icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. 84.1-ci maddəsinə əsasən «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməli və ya icra məmurunun digər qanuni tələblərinin yerinə yetirməməlidir. Hazırki şəraitdə iş üzrə tərəflərin izahatları və təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MTK-nın rəhbəri Şəxs Bakı şəhəri Nəsimi Məhkəməsinin e-2(006)- 664/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasına mane olan hərəkətlərə yol verməsi öz təsdiqini tapmır. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs sözügedən icra sənədində göstərilən - Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində X1 əsasında tikilmiş, sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin ümumi yığıncağın qərarın, protokoldan çıxarışın, qeyri-yaşayış sahəsinin layihə-planın, tikinti obyektinin istismara icazə aktının iddiaçı X4 verilməsinin məhz Şəxs tərəfindən həyata keçirilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Əksinə icra icraatı zamanı könüllü surətdə izahat alınmış borclu Şəxs hazırkı qətnamənin icra edilməsinin onun səlahiyyətləri daxilində olmadığını, onun tərəfindən icra sənədindəki tələbin hər-hansı bir üzrsüz səbəbdən yerinə yetirilmədiyini, qətnamə üzrə müəyyən edilmiş məhz qeyri-yaşayış sahəsi üzrə sənədlər toplusunun tələbkara verilməsi səlahiyyətlərinin (02 avqust 2017-ci il tarixli nizamnaməyə əsasən) "xxxx" MTK-ya məxsus olmadığını bildirmiş və bu səbəbdən icra sənədinin icra edilməsinin tərəfindən qeyrimümkün olduğunu göstərmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırki inzibati xəta haqqında material üzrə mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçı "xxxx" MMC-nin cavabdeh X4 (hazırkı icra işi üzrə tələbkar) qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4939/2024 saylı mülki iş icraatdadır. Belə olan (hər-hansı bir üzrsüz səbəbin olmaması və qətnamə üzrə verilməli olan sənədlərin məhz Şəxs tərəfindən verilməsinə dair sübutların təqdim edilməməsi xüsusatlarına əsasən) təqdirdə, "xxxx" MTK-nın rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti hesab oluna bilməz. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar "xxxx" MTK-nın rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, icra sənədinin icrasına mane olan hərəkətlərin törədilməsində "xxxx" MTK-nın rəhbəri Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs - "xxxx" MTK-nın rəhbəri Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4087/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4087/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver