Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4088/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Dövlət Miqrasiya tərtib etmiş: Xidmətinin nümayəndəsi X2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 64, mənzil 13, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC iç icazəsi tələb olunduğu halda, belə icazə olmadan Çin Xalq Respublikasının vətəndaşını şirkətdə işə cəlb etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X5 izahatında göstərdi ki, Çin Xalq Respublikasının vətəndaşı, xx.xx.1984cü il təvəllüdlü Zou Shixiongun ölkədə olma, yaşama qaydalarına əməl etməsi xx.xx.2023cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı əcnəbinin iş icazəsi olmadan Şəxs MMC-yə məxsus “Çin Təbabəti” klinikasında həkim işlədiyi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinin tələbləri pozulmuşdur. Əcnəbinin izahatı alınaraq Şəxs MMC tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb olunması qaydalarının pozulması faktı aşkar olunmuş, bu barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • xx.xx.2023-cü il tarixli izahatında Zou Shixiong bildirmişdir ki, o, işləmək məqsədilə 30 aprel 2023-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. Onun iş vizasının vaxtı keçmişdir. Sonuncu dəfə o, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. O, Şəxs MMC-yə məxsus “Çin Təbabəti” klinikasında həkim kimi çalışmaqdadır və aylıq 1.200 manat məbləğində əmək haqqı alır. Əmək haqqısını əlbəəl almışdır. İş vizası üçün müraciət etsə də, bundan imtina gəlmişdir; • Şəxs MMC-yə məxsus “Çin Təbabəti” klinikasının tərcüməçisi X3 xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə verdiyi izahatında göstərmişdir ki, Çin Xalq Respublikasının vətəndaşı Zou Shixiong “Çin Təbabəti” klinikasında həkim işləyir, onun aylıq əmək haqqısı 1.200 manat olmuşdur. İşləmək üçün ona iş icazəsi alınmamışdır; • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, işəgötürən Şəxs MMC tərəfindən Çin Xalq Respublikasının vətəndaşı olan Zou Shixiong iş icazəsi olmadan həkim vəzifəsində haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 51.3-cü maddəsinə əsasən iş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. Həmin Məcəllənin 63.2-ci maddəsinə görə hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 15.000 (on beş min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4088/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4088/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver