Məhkəmə qərarları › İş №3(006)-4090/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4090/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4090/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın direktoru Şəxs iştirakları ilə, xx.xx.1950-ci il tarixdə İmişli rayonu, Çahar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-nin rəhbəri işləyən, İmişli rayonu, Çahar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan "xxxx" MTK-nın direktoru Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(103)-6653/2022 saylı icra vərəqəsinə əsasən ilkin iddia üzrə cavabdeh "xxxx" MTK-dan 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək iddiaçıya ödənilməyən kirayə haqqının əvəzi olaraq aylıq 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5500 (beş min beş yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxsnya ödənilsin və 2021-ci ilin avqust ayından başlayaraq aylar üzrə ayda 500 (beş yüz) manat kirayə haqqının "xxxx" MTK tərəfindən iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsi ilə qət edilən kompensasiya iddiaçıya ödənilənədək davam etdirilməsi qət edilmişdir. Lakin "xxxx" MMCnin direktoru Şəxs icra sənədinin icrasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X2 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(103)- 6653/2022 saylı icra vərəqəsinə əsasən ilkin iddia üzrə cavabdeh "xxxx" MTK-dan 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək iddiaçıya ödənilməyən kirayə haqqının əvəzi olaraq aylıq 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5500 (beş min beş yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxsnya ödənilsin və 2021-ci ilin avqust ayından başlayaraq aylar üzrə ayda 500 (beş yüz) manat kirayə haqqının "xxxx" MTK tərəfindən iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsi ilə qət edilən kompensasiya iddiaçıya ödənilənədək davam etdirilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən tam şəkildə icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın direktoru Şəxs məhkəməyə ünvanladığı etiraza ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6653/2022 saylı, 11 may 2023-cü il tarixdə verdiyi icra vərəqəsi ilə "xxxx" MTKdan 2020-ci ilin avqust ayından 2021ci ilin iyul ayınadək iddiaçıya ödənilməyən kirayə haqqının əvəzi olaraq aylıq 500 manat olmaqla, ümumilikdə 5500 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ödənilməsi və 2021-ci ilin avqust ayından başlayaraq aylar üzrə ayda 500 manat kirayə haqqının "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs ödənilməsi Bakı Apellyasiya Məhkəməsinin MK-nin xx.xx.2020-ci il tarixli, 2(103)- 3809/2020 nömrəli qətnaməsi ilə qət edilən kompensasiya iddiaçıya ödəniləndək davam etdirilmişdir. Bildrir ki, göstərilən qətnamə ilə 283730,40 manat qət edilmiş, göstərilən məbləğ tərəflərindən hissə-hissə, hər ay ödənilməklə, xx.xx.2024-cü il tarixdə tam ödənilmişdir. Bu barədə müvafiq qəbzlər Nəsimi Rayon İcra Şöbəsinə təqdim edilmişdir. Ona görə də, hazırki qətnaməni tam icra etmək mümkün olmamış, hər ay 10000 manat və daha çox pul tələbkara ödənilmişdir. Bundan əlavə, MTK tərəfindən binalar inşa edilmiş və istismara verilmişdir, balansında heç bir əmlak qalmamışdır. Yalnız kommunal işləri ilə bağlı xidmət göstərməklə məşğuldurlar. Yay fəsili olduğu üçün, mövsümi problemlər yarandı, bu barədə icraçıya məlumat vermiş, lakin gözləmədən protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Qətnamənin icrasından imtina etmirlər, vaxt veriləcəyi təqdirdə hissə-hissə ödəməyə hazırdırlar. İmkan veriləcəksə əldə olunan mənfəətdən və hətta aldığı əmək haqqından belə hər ay müəyyən məbləğ ödəyə bilər. Məhkəmə inzibati cərimə tətbiq etməklə, maddi vəziyyətlərini daha da hər dəfə ağırlaşdırır. Sonra borcları vaxtında ödəyə bilmirlər. Bundan əlavə, tərəflərindən Zərərçəkmiş şəxs həm 283730.40 manat maddi və mənəvi ziyan bu dövrdə ödənilmiş, həm də hazırki qətnamə üzrə 5855 manat ödənilmişdir. Nəsimi Rayon İcra Şöbəsi tərəfindən verilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati protokolda yanlışlığa yol verilmiş, borc düzgün hesablanmamış, artıq göstərilmişdir. Tərəflərindən Bakı Apellyasiya Məhkəməsiinin 2(103)-3809/2020 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə tam icra edildiyi üçün borcları 17675 manat təşkil etmir, daha azdır, 16675 manatdır. Ona görə də Nəsimi Rayon İcra Şöbəsi tərəfindən barəmdə tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, o, borclu tərəfindən icra sənədinin tam icra edilməsini tələb edir. Belə ki, onlar borcun qalan hissəsini ödəmək istəmirlər. Göstərilənləri nəzərə alaraq borclu barəsində müvafiq inizbati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu "xxxx" MTK-ya tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu "xxxx" MTK Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6653/2022 saylı, 11 may 2023-cü il tarixli icra sənədinin icrası üçün xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MTKnın direktoru Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6653/2022 saylı, 11 may 2023-cü il tarixli icra sənədinin icrasını tam təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" MTK-nın direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" MTK-nın direktoru Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında "xxxx" MTK-nın direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, "xxxx" MTK-nın direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MTK-nın direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MTK-nın direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar