Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4090/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP 71955550 nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP 71955550 nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o özünə məxsus olan “TOYOTA VENZA” markalı, 77LF327 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini mütəmadi olaraq istifadə edir. Sürücülük təcrübəsi təxmini 22 ildir və bu müddət ərzində də demək olar ki, əsaslı olaraq heç bir zaman yol hərəkəti əleyhinə hər hansı bir qanun pozuntusuna yol verməmişdir. Nəticə etibarilə demək olar ki, barəsində hər hansı bir inzibati xəta icraatı aparılmamış və iş üzrə hər hansı bir qərar da qəbul olunmamışdır. Lakin buna baxmayaraq o xx.xx.2025-ci il tarixində, saat 20:50-da Bakı şəhəri, Ələddin Quliyev küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsində özünə məxsus “TOYOTA VENZA” markalı, 77LF327 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən guya yolayrıcını keçmə qaydalarını pozduğuma görə AR İXM-nin 327.2-ci maddəsində (polis inspektorun ona deməsinə görə,“yol ver” nişana riayət etməmişdir) inzibati xətanı törətdiyinə görə barəmdə İXP7195550 nömrəli inizbati xəta haqqında protokol (qərar nömrəsi TP7333010) tərtib olunmuşdur. Halbuki yolayrıcına tam qaydası ilə çıxaraq, qarşı tərəfdən gələn avtomobillərin hamısına yol verərək, maneə törədə biləcəyi digər avtonəqliyyat vasitələrin olmadığı halda dönmə əməliyyatını başa çatdırmışdır. Bu qərar ilə razılaşmadığını bu haqqda polis əməkdaşına məlumat verib, ona əsaslı etiraz bildirmişdir, lakin polis əməkdaşı etirazı nəzərə almamış, inzibati araşdırma aparmamış və özünün mülahizəsinə əsasən, heç bir sübut olmadan X4 barəsində bu qərar qəbul edilmişdir. Fərziyyəsinə görə törədilən inzibati xəta ilə əlaqədar video və foto görüntünün təqdim olunmasını polis əməkdaşından xahiş etmişdir, lakin bu vəsatəti təmin olunmamışdır. Hesab edir ki, barəsində tərtib olunmuş qərar qanunsuzdur və ona görə də qərar ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Həmin qərar haqqında onun mobil telefon nömrəsinə sms vasitəsilə bildiriş göndərilmişdir (surəti məktuba əlavə edilmişdir). AR İXM-nin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən protokolla razılaşmadığı hallarda səlahiyyətli orqana vəsatətlə müraciət edə bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi vaxtdan 10 gün müddətində şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalım vəsatətdə göstərə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Bu qərar ilə razılaşmadığı haqqda polis əməkdaşına məlumat verib, ona əsaslı etiraz bildirmişdir, lakin onun etirazı nəzərə alinmamış, inzibati araşdırma aparılmamış və polis əməkdaşının mülahizəsinə əsasən, heç bir sübut olmadan onun barəsində bu qərar qəbul edilmişdir. Xahiş etsə də, ona heçbir video vəfoto görüntü təqdim edilməmişdir. Hesab edir ki, barəsində tərtib olunmuş qərar qanunsuzdur və ona görə də qərar ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Bu səbəbdən, baş verən halların obyektiv şəkildə qiymətləndirilməsini, tətbiq olunmuş inzibati tənbehin ədalətli qərarla ləğv olunmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhər Baş X8 İdarəsinin polis kapitanı X3 TP ******* № -li xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və barəmdə İXM-nin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər BPİ X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin qurumun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, qanunsuz cərimə tətbiq edildiyini, şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər BPİ X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, İXP 71955550 nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əks etdirən çıxarışdan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 20:50-də idarə etdiyi “TOYOTA VENZA” markalı, 77LF327 dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X2 mahiyyəti üzrə hər hansı inzibati xəta törətmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, İXP 71955550 nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində olan xx.xx.2025-ci il tarixli, İXP 71955550 nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 nümayəndəsi Murat Seymenin həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP 71955550 nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP 71955550 nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4090/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4090/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver