Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4095/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru X8, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X9 iştirakları ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Gəncə şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X23 Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 08 may 2025-ci il tarixli qərar qəbul etmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 08 may 2025-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs "xxxx" QSC-nin xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsləri, vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi - mağaza-şöbə müdiri vəzifəsində işləyən X18 tərəfindən "xxxx" QSC-nin Gəncə şəhəri, X29 prospektində yerləşən "Ofisait" mağazasında X10 2021-ci il tarixdən 2024-cü ilin iyun ayınadək xadimə vəzifəsində, mağaza-şöbə müdiri vəzifəsində işləyən X11 tərəfindən "xxxx" QSC-nin Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən "Ofisait" mağazasında X3 2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək xadimə vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxs "İnci Group of Companies QSC" (VÖEN: **********) - hüquqi ünvanı ünvan 1 İXM-in 192.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru X14 çıxış edərək bildirmişdir ki, hüquqi şəxs "xxxx" QSC-nin xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsləri, vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi - mağaza-şöbə müdiri vəzifəsində işləyən X18 tərəfindən "xxxx" QSC-nin Gəncə şəhəri, X29 prospektində yerləşən "Ofisait" mağazasında X10 2021-ci il tarixdən 2024-cü ilin iyun ayınadək xadimə vəzifəsində, mağaza-şöbə müdiri vəzifəsində işləyən X11 tərəfindən "xxxx" QSC-nin Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən "Ofisait" mağazasında X3 2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək xadimə vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılmış, iş üzrə adı keçən şəxslərin izahatları alınmış, “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 08 may 2025-ci il tarixli qərar ilə "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qeyd olunanların nəzərə alınaraq "xxxx" QSC barəsində müfaviq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X16 izahatında göstərdi ki, Gəncə şəhər Prokurorluğu tərəfindən Şəxs QSC barəsində qərəzli münasibət göstərilmişdir. İş üzrə inzibati araşdırma qərəzli olaraq aparılmışdır. Araşdırma zamanı izahatı alınmış şəxslərin hər biri qərəzli izahat vermişdir. Ümumiyyətlə, iş üzrə araşdırma aparılan zaman Şəxs QSC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş, nümayəndənin izahatı alınmamış, şirkət sübutlarını təqdim etmək hüququndan məhrum edilmişdir. Bu isə şirkətə qarşı olan qərəzli münasibətin göstəricisidir. Qeyd etdiklərinin nəzərə alınaraq Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 28 aprel 2025-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs X11 barəsində Azərbaycan Respublikası İXM-İn 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs X11 barəsində Azərbaycan Respublikası İXM-İn 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 08 may 2025-ci il tarixli qərarın təsviri əsaslandırıcı hissəsindən görünür ki, X18 izahatında bildirmişdir ki, 02 ildir ki, "xxxx" QSC-nin Gəncə şəhəri, X29 prospektində yerləşən "Ofisait" mağğazasında müdir vəzifəsində işləyir. Vəzifəsi ağazada işçilərə nəzarət, müştərilərlə əlaqə, satışın təminindən və s-dən ibarətdir. Mağazada ondan əlavə yalnız 3 satıcı - Sevil, Xəyal və Vüqar işləyir. X15 izahatında bildirmişdir ki, xatırlamadığı tarixdən isə Gəncə şəhər MKTİB-də işləyir. Həftənin 06 günü MKTİB-nin müəyyən etdiyi işləri yerinə yetirir, iş vaxtı saat 06:00-dan saat 12:30-dək və saat 15:00-dan saat 18:00-dəkdir. Həmin vaxtda yolları süpürür. Bundan əlavə Gəncə şəhəri, X29 prospektində yerləşən dəftər kitab ləvazimatları satılan "Ofisait" mağazasında təxminən 07 il, 2024-cü ilin iyun ayınadək xadimə işləmişdir. Mağazaya yolları süpürdükdən sonra əlavə qazanc əldə etmək üçün 12:30-da getmiş, mağazada həftənin 06 günü, hər gün 02 saat olmaqla işləmişdir. Fəaliyyəti əlaqədar ona ödənişi mağaza müdiri etmişdir. Əvvəlcə mağaza müdiri Orxan, daha sonra Pərviz adlı şəxs olmuşdur. Mağaza müdirləri ona aylıq 50 manat pul vermişlər. X11 izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs QSC-nin tərkibində olan Ofisait mağazasının Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən filialında mağaza müdiri vəzifəsində işləmişdir. Mağazada təmizlik işlərini xadimə həyata keçirmişdir. Xadimə ilə əmək müqaviləsi bağlanmamışdır. Filialda isə Tamilə adlı qadın xadimə kimi işə cəlb olunmuşdur. Həmin xanım 2021-ci il tarixdən 2024-cü il tarixdə o işdən ayrılanadək mağazanı təmizləmişdir. Xadiməyə aylıq 30 manat pul vermişdir. Tamilə xanım həftədə 4-5 gün gəlib səhər saatlarında mağazanı təmizləmişdir. QSC-nin X29 prospektindəki filialında isə xadimə vəzifəsinə MKTİB-nin işçisi Ulduz adlı xanım cəlb olunmuşdur. O, X29 prospektindəki mağazaya gəlib-gedən zaman Ulduzu görmüşdür. Ulduz səhər saat 09:00-da mağazaya gəlib mağazanın döməşəsini, rəflərini və aynalarını, pəncərələrini təmizləmiş, qadını mağaza müdiri Pərviz müəllim tanımışdır. Həmin qadın həftəsonu istisna olmaqla hər gün mağazanı təmizləmişdir. Ulduz xanıma Pərviz müəllim tərəfindən aylıq 50 manat pul verilmişdir. Mağazaların böyüklüyü ilə əlaqədar təmizlik vaxt apardığından, həm də işçilərin əmək funksiyasına daxil olmadığından mağazalarda xadiməyə ehtiyac olmuşdur. Xadimə ilə əmək müqaviləsi bağlanmamışdır. X12 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Şəxs QSC-nin Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən "Ofisait" mağazasında satıcı vəzifəsində işləmişdir. X1 xadimə vəzifəsində işləmişdir. Lakin bildiyi qədəri ilə, sonuncunu ilə QSC arasında əmək müqaviləsi bağlanmamışdır. Tamilə xanım həftənin 05 günü olmaqla saat 08:00-da işə başlayıb 01-02 saat təmizlik işlərini həyata keçirmişdir. Həmin qadın döşəməni süpürmüş, silmiş, mağazanın pəncərə şüşələrini təmizləmişdir. Həmin qadın o işə başladığı tarixdən işdən çıxdığı xx.xx.2025-ci il tarixədək mağazada təmizlik işlərini həyata keçirmişdir. Xadiməyə aylıq 40 manat pulu mağazada müdir vəzifəsini icra edən İsmayıl Hümbətzadə vermişdir. X25 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Şəxs QSC-nin Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən "Ofisait" mağazasında satıcı vəzifəsində işləmişdir. X1 xadimə vəzifəsində işləmişdir. Lakin bildiyi qədəri ilə, sonuncunu ilə QSC arasında əmək müqaviləsi bağlanmamışdır. Tamilə xanım həftənin 05 günü olmaqla saat 08:00-da işə başlayıb 01-02 saat təmizlik işlərini həyata keçirmişdir. Həmin qadın döşəməni süpürmüş, silmiş, mağazanın pəncərə şüşələrini təmizləmişdir. Həmin qadın o işə başladığı tarixdən işdən çıxdığı xx.xx.2025-ci il tarixədək mağazada təmizlik işlərini həyata keçirmişdir. Xadiməyə aylıq 40 manat pulu mağazada müdir vəzifəsini icra edən İsmayıl Hümbətzadə vermişdir. X6 izahatında bildirmişdir ki, 2024-cü ilin əvvəlindən təxminən 2024-cü ilin oktyabr ayınadək əmək müqaviləsi olmadan Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən "Ofısait" mağazasında xadimə kimi işləmişdir. Həmin mağazada səhər saat 08:00- dan 09:00-dək işləmişdir. Fəaliyyəti mağazada döşəmələrini və pəncərələrini silməkdən, təmizləməkdən ibarət olmuşdur. Ona aylıq 30 manat əmək haqqı verilmişdir. İsmayılla yaxın olduğu üçün İsmayıl işdən çıxdıqdan sonra o da mağazadan ayrılmışdır. X5 Sisteminin “Əmək müqaviləsi məlumatları” bölməsinə X13, X4, X7, X2 iş yerinin və vəzifələrinin müəyyən edilməsi məqsədilə baxış keçirilmiş, baxış zamanı X13 xx.xx.2021ci İİ tarixdən Şəxs QSC-də mağaza - şöbə müdiri, X4 xx.xx.2021-ci il tarixdən Şəxs QSCdə mağaza-şöbə müdiri vəzifəsində işlədiyi, hazırda müqavilənin qüvvədə olmadığı, X7 və X2 adına Şəxs QSC ilə bağlanmış əmək müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 08 may 2025-ci il tarixli qərarı ilə hüquqi şəxs "İnci Group of Companies QSC" (VÖEN: **********) - hüquqi ünvanı ünvan 1 İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs QSC tərəfindən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçilər ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş üzrə araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, hüquqi şəxs "xxxx" QSC-nin xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsləri, vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi - mağaza-şöbə müdiri vəzifəsində işləyən X18 tərəfindən "xxxx" QSCnin Gəncə şəhəri, X29 prospektində yerləşən "Ofisait" mağazasında X10 2021-ci il tarixdən 2024-cü ilin iyun ayınadək xadimə vəzifəsində, mağaza-şöbə müdiri vəzifəsində işləyən X11 tərəfindən "xxxx" QSC-nin Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən "Ofisait" mağazasında X3 2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək xadimə vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxs "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs QSC barəsində haqlı olaraq Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri, X23 tərəfindən “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. (İXM-in 32-ci və 33-cü maddələri). Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Solmaz Mustafayeva