Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4098/2025 07.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı – X3, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsindən daxil olmuş 07 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 iyul 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət X12 polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı – X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək izahatında göstərdi ki, Şəxs 07 iyul 2025-ci il tarixdə Nəsimi rayonunun ərazisində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət X12 polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi – X5 izahatında göstərdi ki, 07 iyul 2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonunun ərazisində xidmətdə olan zaman **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan avtomobili idarə edən şəxs davamlı olaraq yol hərəkəti qaydalarını pozduğu üçün Nəsimi Rayon Dövlət X12 əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, lakin sürücü polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq üç yolayrıcını keçdikdən sonra dördüncü yolayrıcında saxlamışdır. Sürücüdən sənədləri təqdim edilməsi xahiş edilmiş, lakin sürücü sənədlərini tədim etməyərək polis əməkdaşına sistemdə baxmasını bildirmişdir. Polis əməkdaşı tərəfindən sistemdə şəxs barəsində portala baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şəxsin sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmişdir. Bundan sonra həmin şəxsdən şəxsiyyət vəsiqəsi tələb edilmiş, lakin sürücü şəxsiyyət vəsiqəsini təqdim etməmişdir. Buna görə də həmin şəxs Nəsimi Rayon Dövlət X14 dəvət edilmişdir. Şöbədə olan zaman müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. Şəxs Nəsimi Rayon Dövlət X15 öz aqressiv hərəkətlərini davam etdirmiş, şöbənin iş rejimini pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Polis əməkdaşları tərəfindən Şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə aparılmış və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, 07 iyul 2025-ci il tarixdə, səhər saat 09 radələrində özünə məxsus idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsindən keçərək, üzü Kral şadlıq sarayından İnqilab istiqamətində hərəkətdə olan zaman Dövlət X12 avtomobilinin sayrışan işıqlarını yandıraraq onunla eyni istiqamətdə hərəkətdə olduğunu görmüş, lakin həmin işıqların ona aid olduğunu, saxlanması üçün işarə olduğunu bilməmişdir. Bundan sonra polis əməkdaşı saxla işarəsi vermiş və o, dərhal avtomobilini saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşaraq sənədlərini təqdim etməsini tələb etmiş, lakin onun üzərində sənədləri olmadığı üçün təqdim edə bilməmişdir. Dövlət X12 əməkdaşı ilk əvvəl onun avoxuliqanlıq etdiyini, daha sonra isə sürüclük vəsiqəsinin etibarlılıq müddətinin bitdiyini bildirmiş, o, isə belə bir halın olmadığını qeyd etmişdir. Bundan sonra Nəsimi Rayon Dövlət X14 dəvət edilmiş və o, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Nəsimi Rayon Dövlət X14 getmişdir. Nəsimi Rayon X1 zaman özünü çox yaxşı aparmış, heç bir halda səs tonunu qaldırmamış, hər hansı avadanlığa təpik vurmamış, nalayiq ifadələrdən istifadə etməmişdir. Nəsimi Rayon Dövlət X13 araşdırma zamanı müəyyən olunmuşdur ki, onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti ötməmişdir. Lakin heç bir əsas olmadan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə aparılmışdır. O, polis şöbələrində olan zaman polis əməkdaşlarına qarşı tabesizlik göstərməmiş, öz sakitliyini qorumuşdur. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət X12 yol patrul xidməti inspektoru, polis baş serjantı X4 izahat verərək bildirmişdir ki, 07 iyul 2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonunun ərazisində xidmətdə olan zaman **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan avtomobil davamlı olaraq yol hərəkəti qaydalarını pozduğu üçün saxla işarəsi vermişdir. Lakin, həmin avtomobilin sürücüsü əmrə tabe olmayaraq öz hərəkətini davam etdirmiş, üç işıqfor keçdikdən sonra dördüncü işıqforda avtomobili saxlamışdır. O, sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və sürücüdən sənədlərini təqdim etməsini xahiş etmişdir. Lakin sürücü əvvəl özünü təqdim etməkdən imtina etmiş, daha sonra isə səndədlərini təqdim etməmişdir. Sürücü ona bildirmişdir ki, sənədləri barədə məlumatı portaldan əldə edə bilər. O, isə sürücüyə bildirmişdir ki, özünü təqdim etdiyi halda portala baxa bilər. Sürücünün özünü təqdim etmədiyi üçün məcbur olub əraziyə digər polis əməkdaşlarını dəvət etmiş və sürünü Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət X14 dəvət etmişlər. Şöbədə olan zaman müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. Şəxs Nəsimi Rayon Dövlət X15 öz aqressiv hərəkətlərini davam etdirmiş, şöbənin iş rejimini pozmuş, səs-küy salmış, şöbədə olan stullara və qapıya ayağı ilə zərbə vurmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs öz qanunsuz hərəkətlərini davam etmişdir. Buna görə də, Şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı – X6 tərəfindən tərtib edilmiş 07 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 07 iyul 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət X12 polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət X12 əməkdaşının 07 iyul 2025-ci il tarixli raportunundan məzmunundan müəyyən olunur ki, 07 iyul 2025-ci il tarixdə “BMW” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq sənədlərini təqdim etməkdən imtina etmiş, sürücü səs-küy salaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət X12 iş rejimini pozmuş, dəfərlərlə nizam-intizama dəvət edilsə də, şəxs polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 07 iyul 2025-ci il tarixdə polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs tərəfindən məhkəmə iclası zamanı vermiş izahatın özünümüdafiə xarakterli olduğu qənaətinə gəlməklə, hazırkı işə münasibətdə mötəbərli sübut kimi olmasını qəbul etmir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini – yəni ictimai qayda əleyhinə olduğunu, təqsirin dərəcəsini – polis əməkdaşlarına tabe olmamasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli 07 iyul 2025-ci il tarixdən, saat 17:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 07 iyul 2025-ci il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4098/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4098/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver