Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4103/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: X4 vəkili X6 Protokolu tərtib etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi orqanın nümayəndəsi: Agentliyi Bakı regional bölməsinin nümayəndəsi X5 iştirakları ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətdə göstərilmişdir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti üzrə X2 idxalı həyata keçirilmiş 45.792 kq limon məhsulu partiyası, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti üzrə Türkiyə Respublikasında idxalı həyata keçirilmiş 11.600 kq limon məhsulu partiyası, xx.xx.2023-cü il tarixli, İD012307123 nömrəli müraciəti üzrə X2 idxalı həyata keçirilmiş 23.858 kq limon məhsulu partiyası, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD012307303 nömrəli və xx.xx.20223-cü il tarixli, İD********** nömrəli müraciətləri üzrə X2 idxalı həyata keçirilmiş qida məhsulu partiyaları, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müracəti üzrə X2 idxal olunan 4.000 kq portağal və 41.734 kq limon məhsulu partiyaları barədə müvafiq araşdırmalar aparılmış və qərar qəbul olunmuşdur. Həmin qərar əsasında sertifikatın verilməsindən imtina edilməsi, təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin nümayəndələri tərəfindən sözügedən qərarlar əsasında MN 1519201, MN 1519202, MN 1519203, MN 1519204, MN 1519205, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 15 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla "xxxx" MMC-nin direktoru kimi X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 10.000 manat cərimə olunmuş və bu cərimə şərti tətbiq edilərək hüquqpozmanın aradan qaldırılması üçün 3 gün vaxt müəyyən edilmişdir. Azərbaycan Qida Təhlükəsizliyi X3 Laboratoriyası tərəfindən verilmiş sınaq protokollarına baxış keçirilərkən şirkət tərəfindən olunan müraciətin tarixləri ilə sınağın bitdiyi və protokolun təsdiq tarixləri, həmçinin həmin nəticələr əsasında qərarın çıxarılaraq onlara təqdim edilməsi ortalama 20 gün müddət çəkmişdir. Həmin tarixdə onlar sahibkar kimi bu məhsulları havanın temperaturunun isti keçdiyi vaxtlarda necə saxlaya bilərlərdilər?! Həmçinin onlara gec cavab daxil olduğu üçün onlar məhsulların xarab olmasını gözləmədən, artıq laboratoriya nəticələrinin müsbət olduğunu düşünərək həmin məhsulların satışını həyata keçirmişlər. Bundan başqa, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndələri tərəfindən 328/FN, 337/FN saylı “Qida təhkükəsizliyi sertifikatını verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarında kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarları onlara göndərilməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçinin vəkili X6 şikayəti müdafiə edərək əlavə olaraq bildirdi ki, məhsul partiyaları üzrə ekspertizalar 07 iş günü ərzində keçirilməli olduğu halda, buna əməl edilməmiş və mallar artıq xarab olduğu üçün sahibkar da məcbur qalıb məhsulu satmışdır. Belə olan halda məhsulun ölkə hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi mümkün deyil. Bundan əlavə, analiz olunan məhsulun tərkibində aşkar olunan “sitrus tris-teza” virusu insan orqanizminə zərərli deyil, lakin torpağın virusoloji və bakterioloji xarakter xüsusiyyətinə ziyan vurur. Eyni zamanda, inzibati xəta haqqında protokolda da qeyri-müəyyənlik var, xətanı törədənin fiziki və ya hüquqi şəxsin olduğu aydın deyil. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinin sanksiyası da düzgün tətbiq edilməmiş, cərimə məbləğinin yuxarı həddi 5.000 manat müəyyən edildiyi halda, X7 10.000 manat məbləğində cərimə olunmuşdur. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş qurumun nümayəndəsi X8 izahatında bildirdi ki, "xxxx" MMC Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə xx.xx.2023-cü il tarixli, İD********** nömrəli məktubla müraciət edərək X2 idxal olunmuş 45.792 kq limon məhsulu partiyasına, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli məktubla müraciət edərək Türkiyə Respublikasından idxal olunmuş 11.600 kq limon məhsulu partiyasına, xx.xx.2023-cü il tarixli, İD012307123 nömrəli məktubla müraciət edərək X2 idxal olunmuş 23.858 kq limon məhsulu partiyasına, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD012307303 nömrəli və xx.xx.20223-cü il tarixli, İD********** nömrəli məktublarla müraciət edərək X2 idxal olunmuş qida məhsulu partiyalarına, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli məktubla müracət edərək X2 idxal olunan 4.000 kq portağal və 41.734 kq limon məhsulu partiyalarına qida təhlükəsizliyi sertifikatlarının verilməsini xahiş etmişdir. İdxal olunmuş məhsul partiyalarının sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparılmış ekspertizalara dair sınaq protokollarında karantin tətbiq olunan zərərli orqanizm aşkar olunmuş və buna görə də məhsul partiyaları qanunvericiliyin tələblərinə cavab verməmişdir. Bununla əlaqədar müvafiq sertifikatların verilməsindən imtina olunmuş və həmin malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunmuşdur. Lakin şirkət tərəfindən bu məhsullar satıldığından qərarlar icra olunmamış, bununla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə xx.xx.2023-cü il tarixdə MN 1519202, MN 1519203, MN 1519204, MN 1519205, MN ******* və xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmiş və bu sənədlər əsasında "xxxx" MMC-nin direktoru X7 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarla daha aöır tənbehə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi üzrə təqsirli bilinərək 10.000 manat məbləğində cərimə olunmuş, eyni zamanda cərimə şərti tətbiq edilərək törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 3 gün vaxt müəyyən edilmişdir. Həmçinin, qeyd edir ki, laboratoriya nəticələri ilə bağlı gecikmələr olmamış, bu müddət ərzində virusoloji və bakterioloji müayinələr aparılmışdır. Laboratoriya nəticələrinin çıxması 01 ay müddətində də mümkündür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2006-cı il 280 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları”na əsasən çətin və uzunmüddətli tədqiqatlar (virusoloji, bakterioloji, fitopatoloji, helmintoloji, rentgenoqrafik) aparılan zaman, karantin nəzarətində olan materialların ekspertizaya verilməsi və onların karantin vəziyyəti haqqında rəyin gecikdirilməsinin maksimum müddəti bir aydan artıq olmamalıdır. Şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan: • Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” xx.xx.2023-cü il tarixli, 308/FN saylı qərara əsasən ERTAGRO MMC-nin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunmuş 45.792 kq limon məhsul partiyasına, xx.xx.2023-cü il tarixli, 309/FN saylı qərara əsasən ERTAGRO MMC-nin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunmuş 11.600 kq limon məhsul partiyasına, xx.xx.2023-cü il tarixli, 311/FN saylı qərara əsasən “ERTAGRO MMC-nin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunmuş 23.858 kq limon məhsul partiyasına, xx.xx.2023-cü il tarixli, 325/FN saylı qərara əsasən ERTAGRO MMC-nin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciətləri əsasında X2 idxal olunan çəkisi 3.255 kq portağal və 18.921 kq limon məhsulu partiyasına, xx.xx.2023-cü il tarixli, 326/FN saylı qərara əsasən ERTAGROMMCnin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında X2 idxal olunan çəkisi 16.120 kq limon, 863 kq naringi, 2.170 kq portağal və 2.888 kq qreyfrut məhsulu partiyasına, xx.xx.2023-cü il tarixli, 327/FN saylı qərara əsasən ERTAGRO MMC-nin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında X2 idxal olunan çəkisi 46.190 kq limon məhsul partiyasına, xx.xx.2023-cü il tarixli, 330/FN saylı qərara əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında X2 idxal olunan çəkisi 4.000 kq portağal və 41.734 kq limon məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatlarının verilməsindən imtina edilmişdir. Həmin məhsul partiyalarının qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, icra edilmədiyi təqdirdə məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə 10 gün ərzində məhv edilməsi qərara alınmışdır; • Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarda göstərilir ki, idxal olunan qida məhsulları partiyaları barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 308/FN saylı, 309/FN saylı və 311/FN saylı, xx.xx.2023-cü il tarixli, 325/FN saylı, 326/FN saylı və 327/FN saylı, xx.xx.2023-cü il tarixli, 330/FN saylı qərarlar icra edilmədiyindən "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi üzrə təqsirli bilinərək 10.000 manat məbləğində cərimə edilmiş, eyni zamanda cərimə şərti tətbiq edilərək törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 3 gün vaxt müəyyən olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Məhkəmədə müəyyən olunur ki, "xxxx" MMC Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə xx.xx.2023-cü il tarixli, İD********** nömrəli məktubla müraciət edərək X2 idxal olunmuş 45.792 kq limon məhsulu partiyasına, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli məktubla müraciət edərək Türkiyə Respublikasından idxal olunmuş 11.600 kq limon məhsulu partiyasına, xx.xx.2023-cü il tarixli, İD012307123 nömrəli məktubla müraciət edərək X2 idxal olunmuş 23.858 kq limon məhsulu partiyasına, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD012307303 nömrəli və xx.xx.20223-cü il tarixli, İD********** nömrəli məktublarla müraciət edərək X2 idxal olunmuş qida məhsulu partiyalarına, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli məktubla müracət edərək X2 idxal olunan 4.000 kq portağal və 41.734 kq limon məhsulu partiyalarına qida təhlükəsizliyi sertifikatlarının verilməsini xahiş etmişdir. İdxal olunmuş məhsul partiyalarının sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparılmış ekspertizalara dair sınaq protokollarında karantin tətbiq olunan zərərli orqanizm aşkar olunmuş və buna görə də məhsul partiyaları qanunvericiliyin tələblərinə cavab verməmişdir. Bununla əlaqədar müvafiq sertifikatların verilməsindən imtina olunmuş və həmin malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunmuşdur. Lakin şirkət tərəfindən bu məhsullar satıldığından qərarlar icra olunmamış və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə xx.xx.2023-cü il tarixdə MN 1519202, MN 1519203, MN 1519204, MN 1519205, MN ******* və xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmiş və bu sənədlər əsasında "xxxx" MMC-nin direktoru X7 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi üzrə təqsirli bilinərək 10.000 manat məbləğində cərimə olunmuş, eyni zamanda cərimə şərti tətbiq edilərək törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 3 gün vaxt müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə məsuliyyət müəyyən edir və həmin normanın sanksiyasına əsasən belə pozuntulara yol vermiş şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbehin həddi düzgün tətbiq olunmamışdır. Eyni zamanda, "xxxx" MMC idxal etdiyi qida məhsullarına müvafiq sertifikatlar almadan onların satışını artıq həyata keçirdiyindən, bu malların gömrük ərazisindən kənara çıxarılması və ya məhv edilməsinin tələb olunması məntiqli və icrası mümkün olan görünmür. Belə olan halda məhkəmə hesab edir ki, qanun pozuntusuna yol vermiş şəxsin əməlinə İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinin tələbləri baxımından hüquqi qiymətin verilməsi daha məqsədəuyğun olardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); • Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər (134.1.4-cü maddə). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4103/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4103/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver