Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4105/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 11 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1062483 saylı icra sənədi tam icra edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru C.Y.Əliyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5247/2018 saylı icra sənədinə əsasən borclu Şəxs 161875 ABŞ dolları məbləğində pul vəsaiti tələbkar X2 və 107904 ABŞ dolları məbləğində pul vəsaiti tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixində Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borcluya göndərilmişdir. Borcluya icraata başlamaq haqqında qərar və bildiriş xx.xx.2020-ci il tarixdə rəsmi təqdim edilmişdir. Borclunun xx.xx.2020-ci il tarixdə şöbəyə verdiyi izahatda məhkəmə qərarından şikayət verdiyini və qərarda göstərilən borc məbləğindən ödəniş etmədiyini bildirmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9789/2019 saylı qərarına əsasən şikayət təmin edilməmişdir. Borclu Şəxs xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə şöbəyə dəvət edilmiş, o, izahatlarında borcu ödəməyə imkanının olmadığını bildirmişdir. Borclu Şəxs xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə şöbəyə dəvət edilmiş, məhkəmə qərarı üzrə tələbi təmin edilməsi ondan tələb edilmiş, lakin o, izahatlarında borcunu ödəməyə imkanının olmadığını və tələbkarlarla razılığa gələcəyini bildirmişdir. İş üzrə tələbkarların etibarnamə üzrə nümayəndəsi Nüsrət Şəfiyev xx.xx.2020-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək borcluya xx.xx.2020-ci il tarixədək möhlət verilməsini xahiş etmişdir. Daha sonra tələbkarlar xx.xx.2020-ci il vı xx.xx.2021-ci il tarixlərdə şöbəyə ərizə ilə müraciət edərək borclu barəsində tədbir görülməsini xahiş etmişdirlər. Borclu xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət edilmiş, ondan qərar üzrə borcun ödənilməsi tələb olunmuş, lakin o, izahatında hazırda maddi vəziyyəti ilə əlaqədar heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Bununla da borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuş və protokol təmin olunaraq borclu 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2021-ci il tarixli təqdimatlı məhkəməyə müraciət olunmuş və Nəsimi Rayon Məhkəməsinin 8(006)-73/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ xx.xx.2021-ci il tarixdə məhdudlaşdırılmışdır. Borclu xx.xx.2021-ci il tarixdə yeni icra müddətin verilməsi və cinayət məsuliyyəti barədə xəbərdar olunması ilə bağlı xx.xx.2021ci il tarixli bildiriş təqdim edilmişdir. Bundan sonra borclu bir neçə dəfə şöbəyə dəvət olunmuş, izahatlar alınmış və xx.xx.2022-ci il tarixə şöbəyə verdiyi izahatında, onun yeganə ödənişinin ümid yeri Masallı rayonunda olan istixananın satışından əldə olunacaq vəsaitdir. İzahatında onu qeyd etmişdir ki, hazırda həmin istixananın satışı ilə bağlı alıcılarla danışıqlar aparılır və satışdan sonra məsələ öz həllini tapacaqdır. İş üzrə borclu Şəxs xx.xx.2022-ci il tarixə şöbəyə verdiyi izahatında tələbkar X3 hesabına 3.300 manat ödədiyini bildirmiş və xx.xx.2022-ci il tarixli qəbzi şöbəyə təqdim etmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə şöbəyə dəvət olunmuş, izahatı alınmış, izahatında icra sənədi üzrə borcdan hissə-hissə olaraq tələbkarlar Ehtiram Zeynalova 4000 manat, Elsəver Ağayevə 8800 manat (cəmi 12.800 manat) ödəniş etdiyini bildirmiş və qəbzləri şöbəyə təqdim etmişdir. İş üzrə tələbkarlar qərarın hissə-hissə yox tam icra olunmasını tələb edirlər. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra sənədindən məlumatlıdır, hazırda borcu tamamilə ödəməyə imkanı yoxdur, ancaq hissə-hissə ödəməyə imkanı çatır və elədə davamlı olaraq ödənişlər edir. Həmçinin "xxxx" ASC-nin 35.24% səhmi ona, 59.3% səhmi isə yoldaşı X4 məxsusdur, borcun ödənilməsi oraya yönəldilə bilər. Lakin icra məmuru tərəfindən bu hal araşdırılmamış və borcun ödənilməsi ASC-yə yönəldilməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kpmmersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" ASCnin 35.24% səhmi Şəxs, 59.3% səhmi isə yoldaşı Q.R.Şükürovaya məxsusdur. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra borclunun gəlirləri, əmlak vəziyyəti və adına olan hər hansı daşınar və ya daşınmaz əmlakı barədə heç bir araşdırma aparılmamışdır. Yəni, icra məmuru tərəfindən borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığortaolunan və ya əmək pensiyaçısı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilməmiş, sonuncunun əmlak və gəlirlərinin müəyyən edilməsi istiqamətində heç bir icra tədbiri həyata keçirilməmiş, qeyd edilən araşdırmalar aparılmadığından icra məmuru tələbin borclu Şəxs "xxxx" ASC-nin 35.24% səhminə yönəldilməsi ilə bağlı heç bir icra hərəkəti etməmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 11 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılsın. Hakim Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4105/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4105/2022
11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver