Məhkəmə qərarları › İş №3(006)-4107/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4107/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4107/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Qubadlı rayonu, Zilanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, Zilanlı ərazi dairəsi, Zilanlı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 40-cı məhəllə, yataqxana yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində YPX əməkdaşına qarşı nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmaqla dayan əmrinə tabe olmayaraq polis əməkdaşının qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:15 radələrində Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan yol-patrul xidməti alayı yol-patrul xidmətinin inspektorları, polis baş serjantı X5 və polis kiçik serjantı X6 Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində xidmət olarkən “X10” markalı, 99-BE441 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dayanma qaydasını pozduğu üçün Rövşən Cəfərov küçəsində saxlanılmışdır. YPX əməkdaşı özünü təqdim etdikdən sonra qayda pozuntusunu izah etmiş, daha sonra sənədlərin təqdim edilməsini xahiş etdik də Şəxs sənədlərini təqdim etmişdir. YPX əməkdaşı ona protokol yazmaq istəyərkən Şəxs polis əməkdaşının ünvanına nalayiq ifadələri işlətmiş, YPX əməkdaşı onu qanuna tabe olmağa dəvət etmiş, lakin Şəxs yenidən polis əməkdaşına nalayiq ifadələr işlətməklə onu təhqir etmişdir. Bundan sonra Şəxs avtomobilinə əyləşib həmin yerdən uzaqlaşmaq istəyərkən YPX əməkdaşı sürücünün dayanmasını tələb etsə də, polisin qanuni tələbinə tabe olmamış və həmin yerdən uşaqlaşmışdır. YPX əməkdaşı Şəxs yenidən Rövşən Cəfərov küçəsində saxlayıb həmin əraziyə 20-ci Polis Şöbəsinin əməkdaşlarını dəvət etmişlər və ÇPA-nın əməkdaşlarının köməyi ilə 20-ci PŞ-nə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, təxminən 5 aydır ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə Tbilisi prospektində idarə etdiyi “X10” markalı, 99-BE441 dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin minərkən qapı açıq vəziyyətdə hərəkət başladığı üçün YPX əməkdaşı saxla əmri vermiş, o da avtomobilini saxlamış və əməkdaş ona törətdiyi xətanı ona izah etdikdən sonra barəsində protokol tərtib etmişdir. Təxminən 20 dəqiqə sonra digər avtomobillər kimi dayanma durmanın qadağan edildiyi yerə gələrək avtomobilini orada saxlamışdır. Biraz sonra həmin YPX əməkdaşı gələrək digər avtomobillərə fikir vermədən onun avtomobilinə dayanma durmaya görə cərimə yazmışdır. Bu zaman o, YPX əməkdaşı ilə kobud danışmış və həmin yeri tərk edib yolda gedərkən YPX əməkdaşı ona saxla əmri vermiş o da avtomoblini saxlamışdır. O, polis əməkdaşına qarşı tabesizlik etməmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan yol-patrul xidməti alayı yol-patrul xidməti inspektoru polis baş serjantı X5 zahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:15 radələrində o və polis kiçik serjantı X6 Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində xidmət olarkən “X10” markalı, 99-BE441 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dayanma qaydasını pozduğu üçün Rövşən Cəfərov küçəsində saxlanılmışdır. O, özünü təqdim etdikdən sonra qayda pozuntusunu izah etmiş, daha sonra sənədlərin təqdim edilməsini xahiş etmiş, Şəxs sənədlərini təqdim etmişdir. O, Şəxs protokol yazmaq istəyərkən sürücü onun ünvanına nalayiq ifadələr işlətmiş, o sürücünü qanuna tabe olmağa dəvət etmiş, lakin Şəxs yenidən ona nalayiq ifadələr işlətməklə onu təhqir etmişdir. Bundan sonra Şəxs avtomobilinə əyləşib həmin yerdən uzaqlaşmaq istəyərkən o, sürücünün dayanmasını tələb etsə də, onun qanuni tələbinə tabe olmamış və həmin yerdən uşaqlaşmışdır. O, Şəxs yenidən Rövşən Cəfərov küçəsində saxlayıb həmin əraziyə 20-ci Polis Şöbəsinin əməkdaşlarını dəvət etmiş və ÇPA-nın əməkdaşlarının köməyi ilə 20-ci PŞ-nə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:15 radələrində Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan yol-patrul xidməti alayı yol-patrul xidmətinin inspektorları, polis baş serjantı X5 və polis kiçik serjantı X6 Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində xidmət olarkən “X10” markalı, 99- BE441 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dayanma qaydasını pozduğu üçün Rövşən Cəfərov küçəsində saxlanılmışdır. YPX əməkdaşı özünü təqdim etdikdən sonra qayda pozuntusunu izah etmiş, daha sonra sənədlərin təqdim edilməsini xahiş etdik də Şəxs sənədlərini təqdim etmişdir. YPX əməkdaşı ona protokol yazmaq istəyərkən Şəxs polis əməkdaşının ünvanına nalayiq ifadələri işlətmiş, YPX əməkdaşı onu qanuna tabe olmağa dəvət etmiş, lakin Şəxs yenidən polis əməkdaşına nalayiq ifadələr işlətməklə onu təhqir etmişdir. Bundan sonra Şəxs avtomobilinə əyləşib həmin yerdən uzaqlaşmaq istəyərkən YPX əməkdaşı sürücünün dayanmasını tələb etsə də, polisin qanuni tələbinə tabe olmamış və həmin yerdən uşaqlaşmışdır. YPX əməkdaşı Şəxs yenidən Rövşən Cəfərov küçəsində saxlayıb həmin əraziyə 20-ci Polis Şöbəsinin əməkdaşlarını dəvət etmişlər və ÇPA-nın əməkdaşlarının köməyi ilə 20-ci PŞ-nə gətirilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan hadisənin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disklə Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, Həsənov X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 30 avqust 2023-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar