Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4109/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7, Şikayət verən şəxs “Kalyon RSY X17 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasının filialının direktoru Ali Durdunun vəkili "İsmayılbəyli və partnyorları" Vəkil Bürosunun vəkili - X2 iştirakı ilə, “Kalyon RSY X17 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasının filialının direktoru Ali Durdu barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli, MN № seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Kalyon RSY X17 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasının filialının direktoru Ali Durdu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional Şöbəsinin rəisi X1 20 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarda qeyd edilmişdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydasının 2.6-cı bəndinin tələblərində göstərilən müddətdə müəssisə tərəfindən İZ aktı yazılmamışdır. Bu səbəbdən barəsində 2200 (iki min iki yüz) manat məbləğində cərimə tətbiq etmişdir. xx.xx.2023-ci il tarixində saat 17:00 "Kalyon RSY X17 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının inşa etdiyi "Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd" avtomobil yolunun 84-cü kilometrliyində vətəndaş X8 100-120 km/saat sürətlə etibarnamə əsasında idarə etdiyi **-GT-*** dövlət nömrə nişanlı "Mitsubishi L200 Pick Up" markalı avtomobil ilə yolu sağdan sola piyada keçmək istəyən filialın işçisi X5 vurmuş və nəticədə sonuncunun ölümünə səbəb olmuşdur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17- 5/3-2625/2023 nömrəli əmri ilə Təhqiqat Komissiyası təsis edilmiş və həmin Komissiya tərəfindən təhqiqat aparılmışdır. Komissiya aşağıdakılar barədə qərar vermişdir: - X8 etibarnamə ilə idarə etdiyi "Mitsubishi L22 PİKAP" markalı 77GT960 dövlət nömrə nişanlı avtomobil ilə yolu piyada keçən X5 vurması nəticəsində sonuncunun ehtiyatsızlıqdan aldığı xəsarətlərdən hadisə yerində ölməsi; "Kalyon RSY X17 Ticari İşletmesi Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyinin təsdiq etdiyi "Yol tikintisi işçisinin vəzifə təlimatı"nın 2-ci bəndinin 2.7-ci bölməsinin 2-ci abzasının (Əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, həyat üçün təhlükəli mənbələrdə iş görməmək) tələblərinə riayət edilməməsi; "Kalyon RSY X17 Ticari İşletmesi Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyinin təsdiq etdiyi "Briqada nəzarətçisinin vəzifə təlimatı"nın "İİ. Vəzifə öhdəlikləri" bölməsinin 2.2-ci bəndinin (Təhlükəyə uyğun tədbir görmək üçün əvvəlcədən, təmiri davam edən yollarda nişanların quraşdırılması üçün göstəriş verir) və 2.4-cü bəndinin (Nişanları, yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılması üçün göstəriş verir) tələblərinə riayət edilməməsi. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci və 4.2-ci bəndlərinə əsasən "Kalyon RSY X17 Ticari İşletmesı Şirkətinin Azərbaycan Respublikasındakı filialının yol tikintisi işçısı X3 ehtiyatsızlığını və 4.3-cü bəndinə əsasən "Kalyon RSY X18 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialının briqada nəzarətçisi Akkoc Sıdıkın cavabdehliyini müəyyən etmişdir. Qeyd olunan Komissiya qərarı ilə razı olmadıqları üçün xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəisi cənab Vəli Quliyevə şikayət ərizəsi ünvanlanmışdır. Həmin şikayət ərizəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2023- cü il tarixli 3-17-5/3-2-625/2023 nömrəli əmri ilə təsis edilmiş Təhqiqat Komissiyasının qərarı tamamilə qanunsuz, əsassızdır və hazırki bədbəxt hadisə ilə bağlı yenidən araşdırma aparılmalıdır. Lakin buna baxmayaraq, tərəfimdən verilmiş şikayətə baxılmamış və əvəzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydasının 2.6-cı bəndində qeyd olunub ki, bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İz formalı akt tərtib edilməli və onun İ nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Hazırki işin hallarından da görünür ki, X3 ölümünə səbəb olmuş bədbəxt hadisə ilə bağlı təhqiqat başa çatmamışdır. Belə ki, cavabdehin tərtib etdiyi təhqiqat aktına şirkətin nümayəndələri imza atmamışlar. Belə olan halda təhqiqat başa çatmış hesab oluna bilməz və ilk öncə mənim şikayətimə baxılmalı idi. Odur ki, cavabdeh tərəfindən barədə belə bir qərar qəbul oluna bilməz. Hadisə zamanı X3 hər hansı günahı olmamış, lakin araşdırmanı aparan inzibati orqan onu günahkar hesab etmişdir. Hadisə xx.xx.2023-cü il tarixində saat 18.00 radələrində baş verib. Hadisənin baş verdiyi yer magistral km: 42+600 ətrafı üst tikili işlərinin aparıldığı ərazidədir. Hadisənin baş verdiyi yer tikinti davam edən və hələ də nəqliyyatın hərəkəti üçün açılmayan ərazidədir Hadisə zamanı çəkilən fotoşəkillərdə giriş-çıxışın yol nişanları və işarələrı ilə bağlandığı aydın görünür. Hətta layihədə işləyən işçilər də bu əraziyə daxil ola bilməz. Azərbaycan ictimaiyyətinə də məlumdur ki, sözügedən yolun tikintisi davam edır və hələ də nəqliyyatın hərəkətinə açılmayıb və yolun tikintisinin davam etməsi yazılı və vizual mediada daimi bildirilir. ** GT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən X15 tikintisi davam edən və hələ də nəqliyyatın hərəkəti üçün açılmamış, giriş-çıxış baxımından yol nişanları ilə məhdudlaşdırılan bu yola icazəsiz daxil olmuşdur. O, bu yolda nəqliyyat vasitəsini həddindən artıq sürətlə idarə edərkən (şahidlər onun 100-120 km sürətlə getdiyini bildiriblər) yolu keçmək istəyən X5 vurmuşdur. Şahidlərin ifadəsinə görə 30-40 m hündürlüyə atıb və bu zərbə onun ölümünə səbəb olmuşdur. Maşın əməkdaşı vurduqdan sonra təxminən 100 metr aralıda dayana bilmişdir. Bu faciəvi qəzaya ** GT *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X8 tikintisi davam edən və nəqliyyat vasitələrinin hərəkəti üçün bağlı olan, başqa heç kimin keçməsinə icazə verilməyən bu yola daxil olması səbəb olmuşdur. Beləliklə, X3 ölümünə səbəb, Təhqiqat Komisiyasının qərarında qeyd edildiyi kimi, onun ehtiyatsızlığından deyil, sürücü X8 təqsiri ucbatından baş vermişdir və bunu sübut edən bir sıra aydın sübutlar mövcuddur. Lakin bütün bunlara baxmayaraq, Təhqiqat Komissiyası sürücü X11 deyil, mərhum X5 təqsirli bilmiş və "Kalyon RSY X17 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialının briqada nəzarətçisi Akkoc Sıdıkın cavabdehliyini müəyyən etmişdir. İlk dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar verilmişdir. Həmin Qərardan məhkəməyə şikayət verilmiş və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-1042/2024 nömrəli qərarının 5-ci səhifəsinin 7-ci abzasında qeyd edilmişdir ki, iş üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar ləğv edilməli, qərarın surəti yenidən araşdırma aparılması üçün həmin orqana qaytarılmalıdır. Araşdırma zamanı inzibati orqan «Kalyon RSY X17 Ticari İşletmesi Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdunun şikayətində göstərilən halların təsdiq edilməsi üçün mötəbər sübutlar əldə etməli və əldə edilmiş sübutlara əsasən qərar qəbul edilməlidir. Məhkəməyə təqdim edilən şikayət ondan ibarət olmuşdur ki, xx.xx.2023-ci il tarixində saat 17:00 "Kalyon RSY X17 Ticari İşletmesi Şirkətinin Azərbaycan Respublikasındakı Filialının inşa etdiyi "Əhmədbəyli- Horadiz-Mincivan-Agband" avtomobil yolunun 84-cü kilometrliyində vətəndaş X8 100-120 km/saat sürətlə etibarnamə əsasında idarə etdiyi **-GT-*** dövlət nömrə nişanlı "Mitsubishi L200 Pick Up" markalı avtomobil ilə yolu sağdan sola piyada keçmək istəyən filialın işçisi X5 vurmuş və nəticədə sonuncunun ölümünə səbəb olmuşdur. Eyni zamanda şikayətimizdə göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2- 625/2023 nömrəli Əmri ilə təsis edilmiş Təhqiqat Komissiyasının qərarı tamamilə qanunsuz, əsassızdır və hazırki bədbəxt hadisə ilə bağlı yenidən araşdırma aparılmalıdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-1042/2024 nömrəli qərarının 3-cü səhifəsinin 6-cı abzasında təsbit edilmişdir ki, hadisə xx.xx.2023-ci il tarixində saat 17:00 "Kalyon RSY X18 Ticari İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının inşa etdiyi "Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, avtomobil yolunun 84-cü kilometrliyində tikintisi davam edən və nəqliyyat vasitələrinin hərəkəti üçün bağlı olan, başqa heç kimin keçməsinə icazə verilməyən yolun ərazisində baş vermişdir. Beləliklə, məhkəmə də hesab etmışdır ki, ölüm hadisəsinin baş verməsinın səbəbi mərhum X3 ehtiyatsızlığı deyil, X8 qeyri-qanuni hərəkətləri olmuşdur. Lakin, məhkəmənin qeyd olunan qərarına baxmayaraq, cavabdeh tərəfindən hər hansı yeni təhqiqat aparılmamış və İZ formalı aktının vaxtında tərtib olunmaması ilə bağlı inzibati məsuliyyətə cəlb etmişdir. Məhkəmə işindən sonra cavabdeh tərəfindən təkrar təhqiqatın aparılıbaparılmaması ilə bağlı hər hansı məlumatı olmamışdır. Bu səbəbdən İZ formalı akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydasının 2.6-cı bəndinin tələblərində göstərilən müddətdə tərtib edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən təkrar təhqiqatın bitməsi ilə bağlı hər hansı xəbərdarlıq edilməmişdir. Qeyd edilənlərə əsasən, X9 Xidmətinin Qarabağ Regional Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli, MN № seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi “Kalyon RSY X17 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasının filialının direktoru Ali Durdunun vəkili X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X13 izahatında X9 Xidmətinin Qarabağ Regional Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli, MN № seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydasının 2.6-cı bəndinin tələblərində göstərilən müddətdə müəssisə tərəfindən təkrar İZ aktı yazılmaması faktına görə, “Kalyon RSY X17 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasının filialının direktoru Ali Durdu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 2200 (iki min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etm əyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 555.3-cü maddəsinə əsasən, bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə - min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X9 Xidmətinin Bakı şəhər idarəsi yerli bölməsinə (və ya birbaşa X9 Xidmətinin Bakı şəhər idarəsi aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X9 Xidməti həyata keçirir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydasının 2.6-cı bəndinin tələblərində göstərilən müddətdə müəssisə tərəfindən İZ aktı yazılmaması faktını müəyyən edərkən X9 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Belə ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)-1042/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və yenidən araşdırma aparılması üçün həmin orqana qaytarılmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə yenidən araşdırma aparılması qərara alınsa da, orqan tərəfindən yeni tədqiqat aparılmadan İZ aktı tərtib edilmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, “Kalyon RSY X17 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasının filialının direktoru Ali Durdu barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla “Kalyon RSY X17 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasının filialının direktoru Ali Durdu barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası İXM-in 555.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli, MN № seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin “Kalyon RSY X17 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasının filialının direktoru Ali Durdunun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli, MN № seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4109/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4109/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver