Məhkəmə qərarları › İş №3(006)-4111/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4111/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4111/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X1 və tələbkar X3 nümayəndəsi X5 iştirakları ilə, 16.122.1969-cU ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MTK-nin rəhbəri işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan "xxxx" MTK-nın direktoru Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(006)-4088/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfə məxsus evin sökülərək yerində cavabdeh tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 93.99 kv.m olan 2 otaqlı, binanın 10 və 11-ci mərtəbələrində yerləşən, hər birinin sahəsi 84.95 kv.m olan iki ədəd 2 otaqlı mənzillər, ümumilikdə 263,89 kv.m. yaşayış sahəsi iddiaçı X6 verilməsi qət edilmişdir. Lakin "xxxx" MTK-nın direktoru Şəxs icra sənədinin icrasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X4 bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(006)- 4088/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfə məxsus evin sökülərək yerində cavabdeh tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 93.99 kv.m olan 2 otaqlı, binanın 10 və 11-ci mərtəbələrində yerləşən, hər birinin sahəsi 84.95 kv.m olan iki ədəd 2 otaqlı mənzillər, ümumilikdə 263,89 kv.m. yaşayış sahəsi iddiaçı X6 verilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən tam şəkildə icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X3 nümayəndəsi X10 göstərmişdir ki, o, borclu tərəfindən icra sənədinin icra edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq borclu barəsində müvafiq inizbati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsini iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə ünvanlanmış və iş materiallarına əlavə edilmiş "xxxx" MTK-nın sədri Şəxs protokola etiraz verərək bildirmişdir ki, qeyd olunan icra sənədinin icrasında heç bir qəsd və maneçilik halları mövcud deyildir və icra sənədinin hazırda icra edilməməsi onun iradəsindən asılı deyildir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4088/2021 saylı, xx.xx.2021-ci cü tarixli qətnaməsinə əsasən X7 verilməsi qət edilmiş "xxxx" MTK tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının binanın 9-cu mərtəbəsində yerləşən sahəsi 93.99 kv.m olan 2 otaqlı, binanın 10 və 11-ci mərtəbələrində yerləşən, hər birinin sahəsi 84.95 kv.m olan iki ədəd 2 otaqlı mənzillə, məhkəmə qətnaməsindən əvvəl satılmışdır. Həmçinin icra sənədində qeyd edilən binanın 9-cu mərtəbəsində yerləşən sahəsi 93,99 kv.m. olan 2 otaqlı, 153 nömrəli mənzil Abidov Hicran Abdulla oğluna; binanın 10-cu mərtəbəsində yerləşən sahəsi 84,95 kv.m. olan 2 otaqlı, 166 nömrəli mənzil X8; binanın 11-ci mərtəbəsində yerləşən, sahəsi 84,95 kv.m. olan 2 otaqlı, 171 saylı mənzil isə X2 əvəzi tam şəkildə alınmaqla verilmişdir. Adı çəkilən müqavilələrin surətləri icra yerinə gəldikləri zaman onlara sizə təqdim edilmişdir. Həmçinin icra yerində müəyyən etdikləri kimi, həmin 3 mənzil sahiblərinin əməli istifadəsində və sərəncamlarındadır. İcra zamanı mənzil sahiblərinə məsələ bəlli olmuş və hüquqlarının müdafiəsi üçün həmin mənzillərə dair hissədə, MTK ilə Gülara Xəlilova arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaları Nərimanov Rayon Məhkəməsinin icraatında baxılır. Bu səbəbdən icra sənədində qeyd olunan mənzillərin tələbkara təqdim edilməsi, MTK-nın səalhiyyətləri və imkanları xaricindədir. Eyni binada sərbəst mənzillər olmadığından həmin binadan başqa mənzillərin verilməsi də mümkün deyildir. Lakin ortada məhkəmə qətnaməsi mövcuddur və icra edilməli olduğu baxımından, yeni layihələndirilən binanın inşasından sonra hazır mənzillərdən verilməsi təmin ediləcəyi barədə icra məmuruna dəfələrlə bildirilmiş və rəsmi yazılı müraciətlər təqdim edilmişdir. Bundan başqa icrası olan mənzillərin yerləşdiyi binanın ünvanı Nərimanov rayon inzibati ərazisinə aiddir. Nəsimi rayon icra şöbəsi tərəfindən icrası yol verilməzdir və Nərimanov rayon icra şöbəsinə göndərilməlidir. Bu barədə icra məmuruna vəsatət verilmiş lakin baxılmamış və nəzərə almamışdır. Protokola baxılanda qeyd olunanları da nəzərə alınmasını və protokolu təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(006)-4088/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfə məxsus evin sökülərək yerində cavabdeh tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 93.99 kv.m olan 2 otaqlı, binanın 10 və 11-ci mərtəbələrində yerləşən, hər birinin sahəsi 84.95 kv.m olan iki ədəd 2 otaqlı mənzillər, ümumilikdə 263,89 kv.m. yaşayış sahəsi iddiaçı X6 verilməsi qət edilmişdir İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu "xxxx" MTK-nın hüquqşünası F.Səfərova icraata başlamaq haqqında qərarın surəti təqdim edilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(006)-4088/2023 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MTKnin direktoru Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(006)-4088/2023 saylı icra sənədinin icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" MTK-nın direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" MTK-nın direktoru Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında "xxxx" MTK-nın direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, "xxxx" MTK-nın direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MTK-nın direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MTK-nın direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar