Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4115/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Qərardan şikayət verən şəxs: X8 Qərarından şikayət verilən orqan: X12 Xidmətinin nümayəndəsi X15 oğlunun iştirakları ilə X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 10 avqust 2023-cü il tarixli, 3-17-5/1-Ə-21638/2023 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X14 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixli qərar işin həqiqi, faktiki hallarına zidd və yalnız formal mülahizələrdən ibarət olduğundan, eyni zamanda onun “qərar” hissəsində yol verilmiş yazı xətası səbəbindən ləğv edilməli, barəsində olan inzibati xəta haqqında işə isə qanunçuluq, obyektivlilik, ədalətlilik prinsipləri rəhbər tutularaq yenidən baxılmalıdır. Bu qərarın əsassızlığına və qüsurlu olmasına ilk növbədə bu hallar, yazılı sübutlar (sənədlər) dəlalət edir. X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, "xxxx" MMC-nin sabiq direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1.000 manat məbləğində cərimə edilmişdir. Buna əsas "xxxx" MMC-nin sabiq işçisi X3 cəmiyyətin 2022ci ilin fevral-iyul ayları dövründə ona əmək haqqının və son haqq-hesabının verilməməsi ilə əlaqədar X12 Xidmətinin Bakı şəhəri İdarəsinə etdiyi müraciəti olmuşdur. Halbuki, sözügedən inzibati xəta hadisəsi onun bu cəmiyyətdə direktor vəzifəsində işlədiyi dövrdə baş verməmiş və bu səbəbdən də hərəkətində (hərəkətsizliyində) İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. "xxxx" MMC-nin təsisçisinin xx.xx.2017-ci il tarixli qərarı ilə o, bu cəmiyyətin baş direktoru və qanuni təmsilçisi təyin edilmiş və həmin qərara görə bu səlahiyyətləri təsisçinin ona verdiyi xx.xx.2017-ci il tarixli etibarnamə əsasında yalnız 3 il müddət ərzində həyata keçirmişdir. Göründüyü kimi onun cəmiyyətdə qanuni təmsilçi və baş direktor səlahiyyətlərinin icra müddəti 2020-ci ilin iyun ayında artıq başa çatmışdır. Bu müddətdən isə məlum “COVİD- 19” pandemiyası ilə bağlı cəmiyyət fəaliyyətsiz olmuş, Böyük Britaniyada olan təsisçi ilə əlaqələr tam kəsilmiş və yalnız xx.xx.2021-ci il tarixdən cəmiyyətin direktoru vəzifəsindən o azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, təkzibedilməz haldır ki, o tarixdən də o, cəmiyyətə heç bir aidiyyəti olmadığından oranın işçisi olmuş N.X.Əhmədovla da heç bir faktiki “işəgötürən” statusunda əmək münasibətləri olmamışdır. Bu səbəbdən də qeyd olunan və 2022-ci il tarixə təsadüf edən inzibati hadisəyə heç bir aidiyyəti yoxdur. Bununla belə, X12 Xidmətinin Bakı şəhər İdarəsi onun barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərar çıxarmışdır. O, bu qərardan həmin inzibati orqanın yuxarı instansiyasına şikayətlə müraciət edərək onun ləğvini xahiş etsə də, X12 Xidmətinin vəzifəli şəxsi Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” xx.xx.2023-cü il tarixli qərarla şikayəti təmin edilməmişdir. Formal mülahizələrdən (ilk növbədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarına formal olaraq istinadən “işçinin əmək haqqı almaq hüququnun olması”nın, “işəgötürənin vəzifələri”nin, “Naqdsız hesablaşmalar haqqında” Qanununa uyğun “işəgötürənin işçi qarşısında öhdəlikləri”nin izahı və s.) ibarət olan xx.xx.2023-cü il tarixli qərar işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmadan, aydınlaşdırılmadan qəbul edilmişdir. Əslində barəsində olan inzibati xəta haqqında işə və bununla bağlı şikayətinə formal yanaşılmış, ona mahiyyəti üzrə baxılmamışdır. Birtərəfli, yəni yalnız işçinin N.X.Əhmədovun hüquqlarına üstünlük verən xx.xx.2023-cü il tarixli qərarda xüsusi ilə vurğulanır ki, 2022-ci ildə N.X.Əhmədovun işdən azad olunması barədə əmri məhz o, vermiş, onunla olan əmək müqaviləsinin ləğv olunması barədə bildirişi elektron informasiya sisteminə məhz o, daxil etmiş və imzalamışdır. Həmçinin bu işçinin əmək kitabçasında müvafiq qeydi o, aparmış, imzalamış və möhürləmişdir. İşin həqiqi hallarına, mahiyyətinə varmadan xx.xx.2023-cü il tarixli qərar qəbul edilərkən o, belə hərəkətləri öz əmək kitabçasını tələb edən N.X.Əhmədovun təkidi (xahişi) ilə onun maraqları naminə, onun yeni işə düzəlmək niyyəti olduğuna görə, həmçinin, gələcəkdə sosial təminat məsələləri ilə bağlı problemlərinin yaranmamasına görə səlahiyyətləri bitdikdən sonra həyata keçirməsi araşdırılmamış və nəzərə alınmamışdır. Belə ki, cəmiyyətin fəaliyyəti 2022-ci ildən faktiki dayandırılmış, ona aid bütün sənədlər isə (o cümlədən, işçilərə aid sənədlər, əmək kitabçaları və s.) cəmiyyətin ünvanında deyil, tam başqa ofisdə - Bakı şəhəri, ünvan 1a (7-ci mərtəbədə) saxlanılmış və cəmiyyətin sabiq işçilərinin tələbi ilə onlara təqdim olunmuşdur (sosial-pensiya və s. məsələlərlə bağlı əmək stajı barədə və s. arayışlar, elektron çıxarışlar, əmək kitabçaları). Onun bu Cəmiyyətin hələ 2020-2021-ci illərdən direktoru, yəni vəzifəli şəxsi olmadığından sözügedən inzibati hadisənin məhz onun direktor, yəni “işəgötürən” olduğu dövrdə törədilməməsi faktı xx.xx.2023-cü il tarixli qərarda mübahisələndirilmir, ümumiyyətlə buna toxunulmur. Bununla belə, qərardan göründüyü kimi hesab edilir ki, N.X.Əhmədova son haqq-hesabın ödənilməsi (faktiki cəmiyyətin ona olan borcun ödənilməsi) onun tərəfindən həyata keçirilməlidir. Təkzibedilməz haldır ki, onun vaxtilə cəmiyyətin vəzifəli şəxsinin səlahiyyətləri təsisçinin ona verdiyi etibarnamə üzrə hələ 2020-ci ilin iyun ayında başa çatmış, xx.xx.2021-ci il tarixindən isə bu cəmiyyət ilə olan əmək müqaviləsinə xitam verildiyindən, o bu müddətdən də vəzifəli şəxs deyildir. xx.xx.2023-cü il tarixli qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri də nəzərə alınmalı idi. 2022-ci ilin 1-ci yarımilliyinə aid inzibati xətaya görə verilmiş inzibati tənbehin tətbiqi arasında olan müddətə də (inzibati məsuliyyətdən azad etmə müddətinin bitib-bitməməsi halına) da diqqət yetirilməlidir. Göstərilənləri nəzərə alaraq X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-5/1-Ə-21638/2023 saylı “İnzibati xəta haqqında qərardan verilən şikayətə baxılması haqqında” qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X14 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X5 izahatında göstərdi ki, X10 xx.xx.2022-ci il tarixdə X12 Xidmətinə müraciət edərək "xxxx" MMC-də işlədiyi dövr üzrə son haqq-hesabın düzgün ödənilməsi və əmək müqaviləsinə əsassız xitam verilməsinin araşdırılması xahiş etmişdir. Bununla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə X10 arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmış və bu müqavilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışdır. X10 xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də gömrük rəsmiləşdirilməsi xidmətləri üzrə mütəxəssis vəzifəsində işləmişdir. Onunla əmək müqaviləsinin ləğv olunması barədə əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə X14 tərəfindən daxil edilmiş və imzalanmışdır. N.Əhmədovun əmək müqaviləsinə xitam verilməsi barədə əmr X14 tərəfindən verilmiş, işçinin əmək kitabçasında qeyd S.Əliyev tərəfindən edilmiş, imzalanmış və möhürlənmişdir. X3 əmək haqqı kartından çıxarışdan müəyyən olunmuşdur ki, 2022-ci ilin fevral ayından etibarən əmək haqqı və son haqq-hesabla bağlı sonuncunun əmək haqqı kartına heç bir mədaxil olmamışdır. Beləliklə, X6 2022-ci ilin 04 ayı üzrə əmək haqqı və son haqq-hesabı ödənilməmişdir. Həmçinin işçinin işdən azad olunması zamanı Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Bu qanun pozuntularına yol verildiyi üçün "xxxx" MMC-nin direktoru X14 Xidmətin Bakı şəhəri İdarəsi üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə olunmuş, həmin qərardan yuxarı orqana verilmiş şikayət də təmin edilməmişdir. Eyni zamanda onu da qeyd edir ki, elektron informasiya sistemindən əldə olunmuş çıxarışlara əsasən X14 "xxxx" MMC-nin rəhbəri kimi orada işləyən işçilər X4 və X2 barələrində də əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə bildirişlər daxil etmişdir. Bununla da aydın olur ki, o, MMC-nin rəhbəri kimi öz səlahiyətlərini icra etməkdə davam edir. Şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçılarının izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: • X10 xx.xx.2022-ci il tarixdə X12 Xidmətinə müraciət edərək bildirmişdir ki, o, 2016cı ilin oktyabr ayında "xxxx" MMC-də işə başlamış və 2022-ci ilin iyul ayında öz istəyi ilə işdən azad olunmuşdur. İşdən azad olunan zaman o, "xxxx" saytında müqaviləsinin mart ayında bitdiyinin şahidi olmuşdur. Şirkətin ona verdiyi əmək haqqı kartının istifadə müddəti bitməsinə və onun bu barədə rəhbərliyə müraciətinə baxmayaraq ona yeni əmək haqqı kartı verilməmişdir. O, işdən azad olunduqda əmək kitabçasında iş müddətini uzatmaq üçün rəhbərliyə bildirmişdir. Əmək kitabçasında vaxtı uzadıb axırıncı işlədiyi günə qədər qeyd etmişlər. Ancaq "xxxx" saytında onun maaşının 550 manat qeyd olunmağına baxmayaraq, yalnız yanvar ayı üçün 300 manat göstərilmişdir. Ona aprel ayına həmin aydan qalıq qalaraq nağd şəkildə pul ödəmişlər. Aprel, may, iyun və iyul ayları üzrə maaşları və son haqq-hesab olaraq heç bir ödəmə almamış və işdən 03 aydır ki, ayrılmışdır. O, şirkətin rəhbəri X11 bununla bağlı çox müraciət etmiş, lakin sonuncu “hara tələsirsən, adama sözü bir dəfə deyərlər” kimi ifadə işlətmişdir. O, şirkətdən ayrıldıqda oranın mühasibi hesabı itirmiş vəziyyətdə olmuş, ondan hansı ayın maaşlarını soruşmuş və yazışmaları sübut kimi saxlamışdır. Onlar sözlərinin üstündə durmamışlar. Hazırda mühasibin onun dediyi ödənişləri hesablayaraq şirkətin ona 2.170 manat borcu var. Bu barədə ona köməklik göstərilməsini xahiş edir; • “Murphy Shipping and Commercial Services Limited” şirkəti tərəfindən X11 verilmiş 14 iyun 2017-ci il tarixli etibarnaməyə əsasən həmin etibarnamə əsasında verilən səlahiyyətlər Şirkət tərəfindən ləğv olma halları istisna olmaqla etibarnamə imza olunan tarixdən etibarən 03 il müddətinə etibarlıdır; • “Baş direktorun və qanuni təmsilçinin dəyişdirilməsi barədə” "xxxx" MMC-nin təsisçisi “Murphy Shipping and Commercial Services Limited” şirkətinin 27 iyul 2017-ci tarixli qərarına əsasən "xxxx" MMC-nin baş direktoru vəzifələrinin icrası və qanuni təmsilçilik cəmiyyətin icraçı direktoru X8 üzərinə qoyulmuşdur; • xx.xx.2019-cu il tarixli əmək kitabçasındakı qeydə əsasən "xxxx" MMC X7 gömrük rəsmiləşdirilməsi xidmətləri üzrə mütəxəssis vəzifəsinə işə götürmüşdür; • "xxxx" MMC üzrə X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, İA-03/22 saylı əmrə görə X10 ilə bağlanılmış 63HTL3P000200 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir; • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 10 avqust 2023-cü il tarixli, 3-17-5/1-Ə-21638/2023 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərara əsasən X14 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmışdır; • xx.xx.2022-ci il tarixli, 0VPGBTZ000101 saylı “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş”inə əsasən "xxxx" MMC-də baş mütəxəssis işləyən X4 ilə bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır, bu bildiriş işəgötürənin adından X14 tərəfindən imzalanır; • xx.xx.2023-cü il tarixli, 2S66X1M000304 saylı “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş”inə əsasən "xxxx" MMC-də aparıcı mütəxəssis işləyən X2 ilə bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır, bu bildiriş işəgötürənin adından X14 tərəfindən imzalanır; • xx.xx.2023-cü il tarixli, 2S66X1M000601 saylı “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş”inə əsasən "xxxx" MMC-də baş mütəxəssis işləyən X2 ilə bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılır, bu bildiriş işəgötürənin adından X14 tərəfindən imzalanır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını tədqiq edib belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyət müəyyən edir. Beləliklə müəyyən edilir ki, X14 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci tarixli, MN ******* saylı qərara əsasən işçi X3 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir. Bu qərardan yuxarı orqana verilmiş şikayət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 10 avqust 2023-cü il tarixli, 3-17-5/1-Ə-21638/2023 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarı ilə təmin edilməmişdir. Şikayət vermiş şəxs barəsində qəbul edilmiş qərarın əsassız olduğunu qeyd etsə də, müəyyən olunur ki, S.Əliyev "xxxx" MMC-nin qanuni təmsilçisi kimi funksiyaları həyata keçirməkdə davam edərək işçi X10 ilə bağlanılmış əmək müqaviləsinə xitam vermiş, habelə digər işçilərlə belə müqavilələrin müddətlərini artırmışdır. Eyni zamanda o, X10 ilə əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini pozmuş, əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalanıb müvafiq sistemə daxil olunduqdan sonra son haqq-hesabın işçiyə ödənilməsini təmin etməmişdir. Belə olan halda onun əməlində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlamətləri olduğundan, barəsində düzgün olaraq həmin maddə üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə dair şikayətdə göstərilən halla bağlı məhkəmə qeyd edir ki, inzibati xətanın aşkar olunduğu andan, yəni X3 xx.xx.2022-ci il tarixdə X12 Xidmətinə müraciət etməsi və xx.xx.2022-ci tarixdə X14 barəsində inzibati tənbehin tətbiq olunması müddətləri arasında həmin vaxtı əmək qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb etməyə imkan verən İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin birinci cümləsində müəyyən edilmiş 3 aylıq müddət keçməmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 10 avqust 2023-cü il tarixli, 3-17-5/1-Ə-21638/2023 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4115/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4115/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver