Məhkəmə qərarları › İş №3(006)-4117/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4117/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4117/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu 19-cu polis şöbəsinin polis sahə inspektoru tərtib etmiş şəxs: X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.2002-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 39 saylı binanın həyətindən Zərərçəkmiş şəxs məxsus 400 manat dəyərində “Huawei Nova Y90” markalı mobil telefonu oğurlamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin polis sahə inspektoru X3 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə naməlum şəxs Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 39 saylı binanın həyətində olan masanın üzərindən onun 400 manat dəyərində “Huawei Nova Y90” markalı mobil telefonunu oğurlanmışdır. Əməldə cinayət tərkibi olmadığından xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, daha sonra xətanı törədən şəxs Şəxs müəyyən edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, bina 39-da yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində azyaşlı nəvəsi ilə həyətdə olarkən masanın üzərinə dəyəri 400 manat olan “Huawei Nova Y90” markalı telefonunu qoymuşdur. Lakin, bir müddət sonra telefonun oğurlandığını aşkar edib bu barədə “102” xidmətinə şikayət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, oğurluq edən şəxs Şəxsdur. Hazırda onun Şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışıb. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 39 saylı binanın qarşısında olan zaman masanın üzərində mobil telefonun olduğunu görmüş, sakitcə onu götürüb oradan uzaqlaşmışdır. Telefonu 3-cü mikrarayon dairəsi yaxınlığında olan mağazalardan birinə 80 manata satmışdır. Törətdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxs onu bağışlamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar